BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Ocak 2014 Cuma

QARABAĞ - BİZƏ ƏMANƏT VERİLƏN DİYAR...

Posted at  1/10/2014  |  in  AZE

                                                                                 Məhəmməd  Məmmədov
             

             Məhəmməd Ədil oğlu Məmmədov 1960-cı ildə Xankəndi rayonunun (indiki Xocalı) Kosalar kəndində anadan olub. Xankəndi şəhər 4 saylı orta məktəbini bitirdikdən sonra Xankəndi pedaqoji institutuna qəbul olub, fızika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurub. İnstitutda oxuduğu ilbrdə riyaziyyat fənnindən keçirilən olimpiadalann dəfələrlə qalibi olub. Ali məktəbi bitirdikdən sonra Kosalar sovetliyinin Başkənd kəndində müəllim işləməyə başlamışdır. Məhəmməd müəllimin təhsil sahəsində göstərdiyi nümunəvi xidmətlərlə bərabər Dağlıq Qarabağda ermənilər tərəfindən başlayan müharibədə ön cərgədə dayanmış, ‘Tanar” postunun yaradılmasında fəallıq göstərib və bir çox müdafiə tədbirlərinin ideyasını vermişdir.
Özünümüdafıə dəstəsində manqa komandiri kimi həmişə döyüşlərin ön cərgəsində dayanmışdır. Məhəmməd müəllim evinin qapısından götürlüyü torpağı və suyu əziz bir nemət kimi saxlayır. Vətən pərvər bir ziyalı kimi həmişə əlsizlərə əl tutmuş, haqlıların haqqına qovuşması üçün gərgin mübarizə aparmışdır. Vətən, yurd həsrəti Məhəmməd müəllimin ürəyində sağalmaz bir yaraya çevrilib. O, səbirsizliklə Qarabağa - doğma ata-baba yurduna qovuşacağı günü gözləyir. Doğma yurdundan uzaq düşdükdən sonra bir neçə yurd yeri dəyişib. Hazırda Hacıkənd qəsəbəsində yaşayır. Vaxtı ilə Başkənd kəndində, ancaq ibtidai siniflər fəaliyyət göstərirdi. Onun gərgin əməyi nəticəsində həmin təhsil müəssisəsini orta məktəb səviyyəsinə qaldıra bilmişdir. Uzun illərdir ki, Başkənd tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Bu məktəbi bitirən məzunlnn səsi respublikamızın bir çox sahələrindən gəlir.
Məhəmməd müəllimi tanıyanlar onu yaradıcı bir ziyalı kimi də dəyərləndirirlər. Onun Qarabağ həsrətli şeirləri oxucular tərəfındən maraqla oxunur.
              Məhəmməd müəllimin dediklərindən:
           - Qarabağ ata-babalanmızdan bizə yadigar qalan müqəddəs bir diyardır. Kəndimiz, onun təbii gözəllikləri heç bir zaman yadımdan çıxmır. Kosalar kəndi son nəfəsinə qədər ermənilərlə vuruşdu, sonda arxasızlığın, sahibsizliyin qurbanı oldu. Dəfələrlə bizim kəndin döyüşçülərinin düşmənlərə verdikləri itkilərə görə Ermənistanda matəm günləri elan olunmuşdur.
              O, keçmişə qayıdaraq elmi əsərlərdə rast gəlinməyən bir düstur kəşf etdiyini bildirdi. Sonradan o kəşfı müyyən dairələr yox ediblər. O, elmər namizədi - alimlik dərəcəsi almalı imiş.
             Məhəmməd müəllimə uğurlar arzulayaraq onun bir şeirini oxuculara təqdim edirik.
               
        Məskəni ürəkdə, müjganı gözdə                                                           
        Onu vəsf etməyə qüdrət yoxdur sözdə
        Kiminə doğmadır, kiminə özgə
        Sevgidir, aləmdir, qəmdir məhəbbət,
        Şehli bənövşətək nəmdir məhəbbət.

        Vüsalı nəşədir, hicranı kədər 
        Onsuz günlərimiz sayılmış hədər,
        Qiymətli hər kəsə öz eşqi qədər
        Sevgidir, aləmdir, qəmdir məhəbbət,
        Şehli bənövşətək nəmdir məhəbbət.
     
        Axıdar çox zaman qəlblərə dərdi,
        Nadana aldanar, əydirər mərdi
        Həyatın özütək gəldi - gedərdi.
        Sevgidir, aləmdir, qəmdir məhəbbət,                  
        Şehli bənövşətək nəmdir məhəbbət.                      
                                                                                      
        İstəyir alim ol, istər üləma,                                                            
        Sirli möcüzədir, gəlmiş cahana                             
        Satılsa əşyadır onu alana
        Sevgidir, aləmdir, qəmdir məhəbbət,
        Şehli bənövşətək nəmdir məhəbbət.

        Uca zirvəsidir, durar başında
        Sevgini yaradan dağın, daşın da
        Baş əyir Məhəmməd sənin qarşında
        Sevgidir, aləmdir, qəmdir məhəbbət,
        Şehli bənövşətək nəmdir məhəbbət.  

           Riyaziyyatla poeziya vəhdət təşkil etdikdə maraqlı poeziya nümunələri yaranır. Bu nümunələr  Məhəmməd Müəəllimin şeirlərində də sezilir və doğma yurddan qaynaqlandığı aydın olur.


   

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

2 yorum:

  1. SALAM.TEWEBBUSKARLARA MINNETDARLIGIMI BILIRIREM,BELI HEQIQETEN DE MEHEMMED MUELLIM QEYRETLI VETEN OGULLARINDANDIR,QARABAGI GORMEK ARZUSUYLA YAWAYAN INSANLARDANDIR.XALQININ ,MILLETININ YOLUNDA YORULMAZ FEALIYYETLERI COX OLMUW VE BU GUN DE DAVAM EDIR.ALLAHDAN ONA UZUN OMUR CAN SAGLIGI ARZU EDIRIK...

    YanıtlayınSil
  2. Təşəkkür edirik diqqətinizə və fikirlərinizə görə...

    YanıtlayınSil

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top