BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Ocak 2014 Salı

İTKİN DÜŞMÜŞ İNSANLARIN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLDİ

Posted at  1/14/2014  |  in  AZE

               Ermənilər tərəfindən başla yan Qarabağ müharibəsində bir çox günahsız insanlarımız itkin düşmüşdür. Onlaıın acı taleyi haqqmda hələhk heç bir  məlumat yoxdur. Şəhid olanlrın və itkin düşənləriıı xatirəsi bizim üçüıı həmişə əzizdir.
             Aşağı Ağcakənd qəsəbəsində itkin düşənlərin xatirəsini əbədiləşdirən “Bulaq kompleksi” tikilmişdir. Bulaq Beynəlxalq Qızıl Xaç Komitəsmin Qarabağ müharibəsində itkin düşmüş insanlanın ailələrinə dəstək qrupunun Goranboy üzrə nümayəndəsi, Xocah şəhər sakini Rahilə Hacıyevanın təşəbbüsü ilə inşa olunmuşdur..
            Bulağın tikintisinə xərclə-nən vəsait komitənin ayırdığı vəsait hesabına reallaşmışdır. Tikintinin aparılmasında cəmiyyətin sədri Ətrabə Məmmədovanın da xüsusi xidməti olmuşdur.
            Bulağın açılışında rayon, hüquq-mühafızə orqanlarının  rəhbərliyi, itkin düşmüşlərin ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Açılışda məktəblilər vətənpərvər ruhlu  şeirlər söyləmişdir. Tədbir çay  süfəsi arxasında başa çatmışdır.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top