BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Ocak 2014 Cuma

MİLLİ MƏTBUATIMIZIN İNKİŞAFI

Posted at  1/10/2014  |  in  Ümumi hadisələr

                                           


          Milli  mətbuatımızın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə  nəşrinə başladığı "Əkinçi" qəzeti ilə qoyulmuşdur. Məlumdur ki, 1877-ci ilədək qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi  xalqı maarifləndirmək idi. Daha sonra 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində "Ziya" qəzeti çıxmağa başladı. İdeya istiqamətinə görə mətbuat üç qrupa bölünmüşdü: demokratik, milli burjuaziya və bolşevik.               
          Demokratik mətbuatın nümunələri içərisində 1903-1905-ci illərdə M.Şahtax- tinskinin redaktorluğu ilə ana dilində nəşr olunan "Şərqi-rus" qəzeti və C.Məm mədquluzadənin redaktorluğu ilə 1906-cı ildən işıq üzü görən "Molla Nəsrəddin" jurnalı xüsusilə seçilirdi. Xalq şairi Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutanböyük simalardan biri  olmuşdur...
Onun inqilabi-demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisində
müstəsna rol oynamışdır...
 Beləliklə, Sabirin böyük xalq şairi, inqilabçı satirik kimi yetişməsində, onun mütərəqqi dünyagörüşü və poetik üslubunun formalaşmasında
"Molla Nəsrəddin" jurnalı həlledici rol oynamışdır.
 
          Vətənpərvər milli burjuaziyanın nümayəndələrinin maliyyələşdirdiyi "Həyat", "İrşad", "Dirilik", "İqbal" və
s. qəzet, jurnallarda millətin, xalqın taleyüklü problemlərinə toxunulurdu.
           Azərbaycan Respublikasının Konstitusiyasında da mətbuat və söz azadlığı müəyyən edilmişdir. Ölkəmiz demokratik və dünyəvi dövlət kimi bu dəyərlərə qiymət vermişdir. Məlum olduğu kimi müstəqil dövlətimiz Azərbaycanda söz və mətbuat azadlığının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfındən qoyulmuşdur. Ulu öndərimiz 1996-cı il avqustun 6-da "Ölkədə söz, fıkir və mətbuat azadlığınm təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" imzaladığı
fərmanm bir bəndində mətbuatda dövlət siyasətini mühafizə edən baş idarənin ləğv
olunması göstərilirdi. Bu isə mətbuatda senzuranm ləğvi demək idi.
          Müstəqil Azərbaycan Res- publikasının Prezidenti İlham Əliyev ölkədə azad sözün qarantı olduğunu dəfələrlə öz çıxışlarında qeyd etmişdir. Ölkəmizdə mətbuata diqqət və qayğı bir çox istiqamətdə özünü büruzə verir. Belə ki, ən əsası mətbuata maddi yardımların edilməsidir. Mətbuatın borclarınm ləğv edilməsi, onlara birdəfəlik yardımların verilməsi dövlət tərəfındən mətbuata qayğının gözəl nümunəsidir. Gündən-günə böyüyən, çiçəklənən respublikamızda mətbuat, söz azadlığı demokratik şəkildə həyata keçirilir. Ölkəmizdə hər kəs öz fikrini, sözünü mətbuatda açıq şəkildə
ifadə etmək imkanma malik olmuşdur. Bu, reallıq Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmış qaydaya uyğun aparılan prosesdir. Azərbaycan dövlətin də mətbuatın qayğılan, eyni zamanda, cəmiyyət və mətbuat arasmdakı münasibətlər daim ölkə başçısmın diqqət mərkəzində olmuşdur
           Milli mətbuatımıza göstərilən dövlət qayğısmın nəticəsi olaraq, mətbuatımız bu gün dünya standartlanna uyğun olaraq inkişaf edir və
təkmilləşir.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top