BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Ocak 2014 Perşembe

XOCALI SOYQIRIMI İLƏ BAĞLI YENİ FAKTLAR...

Posted at  1/30/2014  |  in  Dağlıq Qarabağ münaqişəsi

               Xocalı soyqırımı ilə bağlı yeni faktlar aşkarlanıb. Bu barədə APA - ya Azərbaycanın İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib.  Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, Xocalıya hücumda Rusiyanın 366 - cı motoatıcı alayı ilə yanaşı keçmiş SSRİ - nin xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət 150 nəfərlik qrup iştirak edib...

       Eyni zamanda o da məlum olub ki, Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırıb. Belə ki, 1989-cu ilin dekabrında Ermənistan ordusunun zabitləri Baqdasar Gevorkyan, Bano Siraderyan və Samvel Şarinyan SSRİ quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda döyüşmüş rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onu Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən ibarət xüsusi təyinatlı qrup təşkil etməyə və bu qrupla Xocalıya hücum etməyə razı salıblar. Vladimir Varonov 1990-cı ilin birinci rübündə artıq 150 nəfərlik batalyonu təşkil edərək, döyüşə hazır vəziyyətə gətirib. Bu batalyonun qərargah rəisi tanınmış sovet kəşfiyyatçısı İvan Qukasov, onun yardımçıları isə Alik Petrosyan və Feliks Qeoxlyan təyin edildilər.

          Yeni yaradılmış xüsusi təyinatlı batalyonun döyüş komandirləri Qukosov, Sumbat Akopyan, Karen Gevorkyan olublar. Peşəkarlardan seçilmiş bu batalyonun partizan metodu ilə hərəkət cədvəlinə və hücum xəttinə Vladimir Vardanov və Vazgen Sarkisyan rəhbərlik edibdilər.


           Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücuma keçərək, günahsız insanları qətliam edib. Faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarınları süngü ilə deşilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (onlardan 76-sı uşaqdır), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld. rubl dəyərində ziyan dəyib. 




Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top