BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

9 Şubat 2014 Pazar

DÜNYA AZƏRBAYCANIN HAQQ SƏSİNƏ SƏS VERMƏLİDİR.

Posted at  2/09/2014  |  in  AZE

      HAQSIZLIĞIN DA BİR  HƏDDİ OLMALIDIR.     
  Qarşımda bir kitab var. Bu kitabın müəllifi Şaqen Mkrtçyandır. Albomu xatırladan bu kitab başdan-ayağa saxta və yalanlarla doldurulmuş, Tüık adları erməniləşdirilmiş, DQMV-nin ərazisində yerləşən 5 rayonun - Şuşa, Əsgəran, Ağdərə (Mardakert), Xocavənd (Martuni), Hadıut rayonlarınm saxtalaşdırılmış xəritələri erməniləşdirilərək verilmişdir. Ağ yalanlarla bəzədilən bu kitab adamda ikrah hissi doğurmaqla, ermənilərin necə məkrli, yalançı, qorxulu bir düşmən olduqları qənaətinə gəlirsən.

             Xankəndinin girəcəyində Sərkis Bağdasaryanm müəllifliyi ilə "Dadik-Babik" heykəli ucaldılmışdır. Heykəlin yarandığı il yox, XX əsr göstərilir. Həmin heykəli sök-mək üçün Vilayət Partiya Komitəsinin birinci katibi B.Gevorkov qərar çıxartdı, lakin bu qərar yerinə yetirilmədi. Qurucusu Zaxaryan isə qaçıb Ermənistana getdi. Həmin kitabda əks olunmuş heykəlin altında yazılmışdır: "

                Bax, elə o vaxtlardan da çox-çox əvvəl ermənilər Qarabağı özlərininki etmək yolunda hər cür fıtnə-fəsadlara əl atırdılar.

            Qırxqız (Qarabağ yaylası), Uzundərə, Tozlu, Qaran-lıq, Qaranlığın meşəsi, Kotanqaya, Cəfərbəyli, Yağlı bulaq, Səbətkeçməz, Meydan, Kosalı yurdu, Məhəmməd ağanın qoruğu, Dəvəboynu, Piyadalar, Pərişan doğranan, Məmməd bəyin gərdəni, Yeddi bulaq, Göy bulaq, Çalağan güneyi, Çiçəkli, Dəvəuçan və s. yer adları Qırxqız yaylaqlarındadır. Bu müqəddəs yerlərə ermənilərin nəfəsləri dəymədiyinə görə adlar öz bakirəliyini qoruyub saxlaya bilib və minlərlə belə adlar nə vaxtdan ermənilərin olubdur?

                 Ermənilərin zaman-zaman tarixi saxtalaşdıran, ikiüzlü, riyakar yazılar və daşlarla dünya ictimaiyyətini aldatmış və çox zaman da məqsədlərinə nail olmuşdular. Əslinə qalsa ermənilərin heç bir zaman nə Erməistandanə də Qarabağda tarixi torpaqları olmamışdır. Əksinə Azərbaycanm əzəli torpaqları hesabına Ermənistan dövlətini yaratmışdılar. "Dənizdən dənizə" iddiası ilə yaşayaraq "Böyük Ermənistan" dövləti yaratmaq xülyasına düşmüşdülər. Qarabağ, nə də Artsax erməni sözləri deyildir. B.Ə.Budaqov "Qara" sözü ilə əlaqədar olaraq 114 coğrafı adın yarandığmı qeyd edir. O, göstərir ki, Qaradağ, Qarabağ, Qaraboğaz, Qaıaqaya, Qaradaş, Qaraçay, Qaragöl (Laçın), Qarayoxuş, Qarabörk, Qarayazı, Qarayeri (Samux), Qararxac, Qarabulaq (DQMV-də kənd) və s. vardır.

                  Eyni zamanda Azərbaycanda Qarabağ, Qarabağlar (Şərur və Samuxda), Qarabağlı (Ağcaqabul) və s. kəndlər vardır. Qarabağ coğrafi adı ilkin və ən qədim olmaqla, həm düzənlik (Qarabağ düzü), həm də dağlıq əraziləri (Dağlıq Qarabağ), Qarabağ yaylası və dağ silsi əsi əhatə edir. Tədqiqatçılara görə Qarabağ etonimdir. Bunu ən çox Qiyasəddin Qeybullayev israr edir.
                  Ermənistanda yaşayan azərbaycanlıların mənşəyi Azərbaycan xalqı ilə üzvi surətdə bağlıdır. Hazırda erməni ünsürlərinin yiyələndiyi Üçkilsə (Eçmədzin) yəni üç "eç", Ağrı dağı, (Böyük Ağrı, Kiçik Ağrı (Ararat) - Ararat adı Urartu dövlətinin "Bibliya"da çəkilən adıdır. Demək bu oronimdə erməni sözü olmadığından erməni dili ilə izah edilmir. Irəvanda Zəngi çayı (Hrazdan) çayı üzərində salınmış yeganə körpü 1945-ci ilə qədər Pənahxan körpüsü adı ilə məşhur idi. Ermənistan ərazisindən uzanan ən iri dağ silsiləsi Ağmanqal (Qeqam), Ələyəz (Alagöz dağı), Göyçə gölü (Sevan) adlı yerlər var. Urartu dövlətinin sakinləri indiki Sevanı "su" adlandırmışlar ki, bu da qədim Türk dillərində "suv", "su", "su mənbəyi", "gölməçə" sözü ilə eynidir və yüzlərlə belə toponim, oronim və oykonimlərin nə vaxtdan ermənilərin olduğunu hansı məntiqlə iddia edirlər?
Yuxarıda adını çəkdiyimiz kitabda Şuşa şəhəri, onun salınması, tarixi abidələri ilə əlaqədar uydurmaların (bu uydurmalar erməni yazarlarından götürülmüşdür) bəzi məqamlarmı oxuyuculara mənəvi borcumuz saydıq.
                   Ş.Mkrtçyan göstərdiyi və "xaçkar" adlandırdığı həmin sal daşlar Xocalıda Kurqan qəbirsandıqlarında idi. Allahyar Xocalınm verdiyi dəqiq məlumata görə ermənilər həmin daşların çoxunu Sovet dövrundə gecə ikən oğurlayıb aparmışdılar. Yalançı Şaqenin göstərdiyi həmin daşlar Xocalıya aid idi.
                    Nədənsə Ş.Mkrtçyan ta-rixi mənbələrə istinad etmədən öz uydurmaları ilə puç fikirlərini təqlid etməyə çalışır və unudur ki, Şuşa qalası 1751-ci ildə tikilməyə başlamış, əvvəlcə Pənahabad, sonra onun 6 km-liyində yerləşən Şuşakəndin adı ilə Şuşa adlandırılmışdır. Eyni zamanda xalq arasında bu məşhur Azərbaycan şəhəri olan Şuşa Qala adı ilə də məşhurlaşmışdır.
                   III-IV əsrlərdə Şimali Qaf-qazda Hunlara tabe olmuş xalqlar olmuşdur. Məhz Hun-ların və ya başqa türkdilli tayfaların tərkibində Don-darların müəyyən hissəsi Albaniyaya gəlib məskunlaşmış və onların əmələ gətir-dikləri yaşayış məntəqələrindən biri Şoşi şəhərinin adı ilə Şoşu adlandırılmrş, sonradan Şuşukənd və Şuşakənd formalarına düşmüşdür.
                    1727-ci ilə aid arxiv sənədində Şuşi adlı kənd Qarabağ düzündə (indiki Ağcabədi rayonu ərazisində), Şoşu adlı yaşayış məntəqəsi isə Qarabağın Çulundur mahalında qeyd edilmişdir. Şuşa rayonunda indi Şuşakənd kimi yazılan toponim həmin sənəddə Şuşa kimi göstərilmişdir.

                                                                                      (Davamı gələn sayımızda) Qasını QIRXQIZLI


           Hal -hazırda bu mövzuda düzəlişlər gedir...

                 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top