Xocalı rayonunun Kosalar kəndi ziyalı elitası ilə seçilib - sayılan bir kəndir. Həmin ziyalılardan biri,
uzun illər təhsil sayəsində qüsursuz fəaliyyət göstərən, Qarabağ müharibəsinin iştirakçısı, bu müharibəyə 3 döyüşçü oğul verən Maarif İbrahim oğlu Quliyevdir.
Quliyev Maarif İbrahim oğlu 1935 - ci ildə Kosalar kəndində anadan olub. 1953 - cü ilə Kosalar kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Balı Dövlət Universitetini bitirib. 1965 - ci ildən məktəb direktoru kimi fəaliyyətə başlayan Maarif müəllim düz 56 il fasiləsiz Kosalar kənd orta məktəbinə rəhbərlik etmişdir.
Maarif müəllimin rəhbərlik etdiyi təhsil ocağı nümunəvi iş rejiminə görə həmişə yüksək səviyyədə dayanmışdır.
Qarabağ müharibəsi başlayan gündən erməni vəhşiliklərinə qarşı dönməz mübarizə aparmış, ağsaqqal kimi Kosaların qorunmasında yorulmadan, var gücü ilə çalışanlardan biri olmuşdur.
Səmimi, işgüzar, əməksevər, vətənpərvər, metodiki cəhətdən hazırlıqlı olan Maarif müəəlim yeniyetmə və gənclərin inkişafında əzmlə çalışmış, qarşısına çıxan maneələri mərdanə dəf etməyi bacarmışdır.
İşlədiyi uzun illər ərzində bir dəfə də olsun işində nöqsana yol verməmiş, əksinə həmişə təltif olunanların sırasında dayanmışdır. Onun yetirmələrinin sorağı respublikamızın ən yüksək sahələrindən gəlir.
Bu qocaman maarif fədaisi 3 oktyabr 2008 - ci ildə " Müəllim günü " münasibəti ilə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Amansız ölüm Maarif müəllimi sıramızdan apardı. Maarif müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
8 Şubat 2014 Cumartesi
Homepage
» MAARİF FƏDAİSİ
MAARİF FƏDAİSİ
Posted at 2/08/2014 |  in AZE
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: