BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Mart 2014 Perşembe

HEYDƏR ƏLİYEV ERMƏNİLƏR ÜÇÜN ƏN BÖYÜK MANEƏ İDİ.

Posted at  3/27/2014  |  in  Dağlıq Qarabağ münaqişəsi

                  Əsrlər boyu Azərbaycana qarşı torpaq iddasında olan erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq arzusunu gerçəkləşdirmək üçün XX əsrin  80 - ci illərində yenidən fəallaşaraq, 1992 - ci ilin fevralın 26 - da azğınlaşaraq bəşəriyyət tarixində insanlığa qarşı ən qatı cinayəti həyata keçirdilər.
                  Ermənilərin bu dərəcədə güclü, sərbəst və açıq - aşkar fəaliyyətə başlamalarının, hədsiz şəkildə fəallaşmalarının ən başlıca səbəbi isə Heydər Əliyevin 1987 - ci ilin oktyabr ayında SSRİ Nazirlər Soveti sədrinin birinici müavini vəzifəsindən və Sovet İKP Siyasi Büro üzvülüyündən istefa verməsi idi. Həmin ərəfəni ümummilli liderimiz Heydər Əliyev belə səciyyələndirirdi.
                 - "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyətcə erməni olan professor Aqanbekyan Parisdə keçiridi bir mətbuat konfransında iqtisadi cəhətdən inkişaf etdirmək məqsədi ilə "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçuvu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siayasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanıbmış,lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

                   Danılmaz faktdır ki, Heydər Əliyev ermənilər üçün ən böyük maneə idi. Bu dünya səviyyəli siyasətçinin  və görkəmli dövlət xadiminin istefası ermənilərin çoxdan arzuladıqları və gözlədikləri bir məqam idi.
                   Əvvəlcə, bütövlükə Dağlıq Qarabağ işğal olundu. Sonra isə ətraf rayonlarda erməni silahlı birləşmələri iri miqyaslı hərbi əməliyyatlar keçirdilər. Azərbaycanın bir sıra rayonları - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli , Qubadlı, Zəngilan bir - birinin ardınca işğal olundu. 1992 - ci ilin fevarılın 25 - dən 26 - na keçən gecə isə əsrin ən böyük faciəsi baş verdi. Ermənilər Xocalıda azərbaycanlılara qarçı soyqırım törətdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin acizliyi, səriştəsizliyi, qeyri - prinsipiallığı nəticəsində ölkənin müdafiə qabiliyyəti zəifləyərək sıfır dərəcəsinə çatdı. Müharibədə 20 min azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralandı, 50 min nəfər əlil oldu. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu keçdi.
                   1989 - 1994 - cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1987 - ci ildən başlayan erməni təcavüzü 1993 - cü ilin ortalarına qədər daha geniş vüsət alımışdı. Həmin dövrü ümummilli liderimiz Heydər Əliyev belə qiymətləndirirdi:
                   Nə üçün belə oldu? Ona görə yox ki, Azərbaycan xalqı ermənilərdən gücsüzdür. Yox! Bizim çoxəsrlik tariximiz Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirir. Birinicisi, ona görə ki, ermənilər, Ermənistan bu məsələyə uzun müddət hazırlıq görmüşdür. Amma Azərbaycanda bu məsələ, həmin o illər unudulmuşdur. İkincisi, bu münaqişə başlayan zaman, yəni Ermənistanın torpaq iddası meydana çıxandan sonra ermənilərin hamısı - həm Ermənistanda, həm də dünyanın hər yerində yaşayan ermənilər bütün daxili ziddiyətləri, münasibətləri unutdular, hamısı birləşdilər. Hamısı "Miasum" ideası ətafında birləşdi və gücünü bir yerə yığıb, bizi bu günkü günə gətirdilər. Onlardan fərqli olaraq Azəbaycanda bu hadisə başlayan zaman xalqımız birləşə bilmədi, xalqa rəhbərlik edən adamlar səbatsızlıq etdi və bir - iki ildən sonra artıq Dağlıq Qarabağ məsləsi unuduldu, Azərbaycanda daxili çəkişmələr vuruşmalar, hakimiyyət mübarizəsi başladı. Ona görə də belə bir vəziyyətdə ermənilər asanlıqla Azəraycan torpaqlarını işğal etdilər.
                 Bu fikirlərin müəllifi olan ulu öndər Heydər Əliyev 1993 - cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı və Qarabağ münaqişəsi onun gərgin fəaliyyətində başlıca yer tutdu. O, ilk növbədə vətəndaş həmrəyliyinə nail oldu. Həmin dövrdə erməni işğalçılarına qarşı mübarizdə Azərbaycanın hərbi - iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Heydər Əliyev noyabrın ikində televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi - təşkilatı tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu.
                Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Qarabağ məsləsi ən öndə duran məsələ idi. Ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə görüşlərdə, beynəlxalq forumlarda sammitlərdə, Ermənistan prezidenti ilə danışıqlarda, ümumilliklə bütün xarici səfərlərdə Qarabağ problemi ilə bağlı Heydər Əliyevin apardığı ardıcıl siyasət bu məslənin ədalətli həllinə doğru yeni addımlar idi. Qeyd etmək lazımdır ki, 1993 - 2000 - ci illər arasında Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130 -dan çox görüş keçirmişdir. ATƏT -ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri aparılan danışıqları da buraya əalvə etsək, Dağlıq Qararabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.
                Heydər Əliyev 1993 - cü ildən 2001 - ci ilədək 68 ölkənin prezidenti və dövlət başçıları ilə 485 görüş keçirmiş, bütün bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Məhz bu danışıqlarda Heydər Əliyevin zəkası, dəmir məntiqi, tarixi faktlara söykənən çıxışları nəticəsində bütün dünyaya, beynəlxalq ictimaiyyətə bəyan olmuşdur ki, Qarabağ münaqişəsi ermənilərin torpaq iddası ilə bağlı olan süni yaradılmış problemdir. " Tarix  həmişə hər şeyi öz yerinə qoyur" ifadəsini söyləyən Heydər Əliyev Qarabağın Azərbaycana məxsus olduğunu həmişə böyük məharətlə sübut etmişdir.
                Xocalının işğalından 22 il keçməsinə baxmayaraq biz xocalılar, biz qarabağlılar bir an belə o vəhşilikləri, o faciəni unutmadıq və unutmayacağıq da...
                Bu da sirr deyil ki, ölkə başçısı cənab İlham Əliyevin Prezident olduğu bu müddət ərzində apardığı bütün danışıqlarda Qarabağ və ümumilikdə işğal olunmuş bütün rayonların, qeyri - şərtsiz qaytarılması başlıca amil olmuşdur. Cənab Prezidentimiz İlham Əliyev bütün xarici səfərlərində və Ermənistan Prezidenti ilə görüşdə qeyd etmişdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidi və biz heç zaman güzəştə getməyəcəyik.
Lazım gələrsə öz qanımızla, öz canımızla, öz ordumuzla torpaqlarımızı azad edəcəyik.
                Bu gün ölkəmiz çox qüdrətli ordusu var. Biz sülh yolu ilə olmasa belə silaha sarılıb, qüdrəli ordumuzun gücünə torpaqlarımızı düşmənlərdən azad edəcəyik. Bu gün öz doğma yurd - yuvamızdan ayrı olsaq da, hər zaman cənab Prezidentimizin qayğısını hiss etmişik. Bütün qaçqın və məcburi köçkünlərin mənzil və sosial şəraitinin  yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. Buna görə cənab Prezidentimizə təşəkkür edirik.
                 22 il keçməsinə baxmayaraq öz yurd -yuvamıza, doğma Qarabağımıza -Xocalımıza qayıdacağımız günü səbrsizliklə gözləyirik. Hər zaman ümidli olduğumuz kimi, bu gün də ümidliyik. Çünki, bu gün dünya səviyyəsində tanınan, iqtisadi cəhətdən regionun lider dövləti olan dövlətimiz hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Prezidentimiz Ali Baş Komandanımız var!                    

                                                                                                                     Şahmar USUBOV,
                                                                                                                      Xocalı Rayon İcra                                                                                                                              Hakimiyyətinin Başçısı


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top