BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

1 Mart 2014 Cumartesi

MƏHƏBBƏTSİZ QALAN DÜNYA

Posted at  3/01/2014  |  in  Ümumi hadisələr

               Əsl adı Möhübbət Allahverdi oğlu Kazımovdur. 1953 - cü il iyul ayının 2 -də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə 7 bacı, 4 qardaş olublar. Atası Allahverdi kişi təsərrüffatla məşğul olub, anası Südabə isə evdar xanım olubdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kişik yaşlarından istedadına görə digər bacı - qardaşlarından seçilmişdir. Müsuqi təhsili alması üçün qohum - əqrəbanın təkidi ilə 1974 - cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına müsuqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nərman Əliyevdən alımış, sonradan Ağaxan Abdullayevin sinfində oxumuşdur.
               1976 - cı ildən professional səhnədə çıxış edirdi. "Dan ulduzu" ansanbılının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə - Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli müsuqi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. Azərbaycan Respublikasının "Əməkdar arsist" fəxri adına layiq görülüb.
              1990 - cı ildə ailə həyatı qurub, 3 övladı var. 
              27 yanvar 2014 - cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 
              O, yanvarın 28 - də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. 
              Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instrumental ansanbılının rəhbəri olmuşdur.
              Məhəbbətsiz qalan dünya, qalan dünya...

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top