BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Nisan 2014 Çarşamba

AĞIL İTİ BİR QILINCDIR

Posted at  4/30/2014  |  in  AZE

(Müasir dövrümüzdə insan ağlına zəkasına böyük ehtiyac vardır)
                                                                      

 İnsanın öz cahilliyini etiraf etməsi onun ağıllı olduğunu göstərir.
Ağıllı adam günahlardan uzaqlaşan qürurlardan təmizlənən adamdır.
Susanda düşünən, danışanda zikr edən baxanda ibrət alan adam ağıllıdır.
Ən gözəl bəzək, ən üstün məziyyət elmdir.
İnsanın üstünlüyü ağılla mümkündür.
Ağıl iti bir qılıncdır.
Ağıl bəyənilməyə layiq olan dostdur.
Ən ağıllı insan ağıl sahiblərinin yolu ilə gedəndir.
Ağıl sahibi sabahını düşünən, öz azadlığı uğrunda mübarizə aparan zəruri olan şeyləri yerinə yetirən adamdır.
Ağıllı adamın zənginliyi elmində əməlindədir.
Allahın ən gözəl hədiyyəsi ağıldır.
Ağıllı insanı fikri xilas edər.
Ağıllı bir adamın düşmənçiliyi cahil birisinin dostluğundan daha xeyirlidir.
Hər kəsin dəyəri öz ağılı ilə ölçülür.
Ədəb ağılla birgə olanda faydalıdır.
Düşüncə ağıl sahiblərinin bağçasıdır.
Ağıllı olmaq kimi varlılıq, cəhalət kimi fəqirlik, ədəb kimi gözəl miras, xətiblik kimi yardım yoxdur. Yaxşı işlənmiş bir yaxşının özündən daha yaxşıdır. Pis görülmüş bir şey pisdən daha pisdir.
Alimə yaraşar ucalıq, mərdlik,
Allahın yolunda göstərmək tədbir.
Elmsiz adamdan uzaqda dayan,
Cahillik ölümdür, bunu bil, oyan
Yaraşır alimə ucalıq mərdlik,
Allahın yolunu göstərir bilik.
Cahildən uzaq ol, dost olma əsla,
Alimi ölümə nadan aparar.

Topladı: Fərman ƏZİZLİ,

Respublikanın əməkdar müəllimi.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top