BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Nisan 2014 Çarşamba

ÇOX ŞİRİNDİR DOĞMA DİLİM

Posted at  4/30/2014  |  in  AZE

           Ana dilimiz xalqımızın namusu, tarixi, vicdaındır (Səməd Vurğun)



                                                                                                                                                                Əziz vətəndaşlar, gərək öz doğma dilimizə dərin hörmət sevgi bəsləyək. Dilimizin saflığını göz bəbəyımiz kimi qoruyaq. Acı həqiqət olsa da bir çox soydaşlarımız dilimizin qrammatik qaydalarını bilmədikləri qalsın bir yana, guya çox bilirlərmiş kimi doğma dilimizi danışarkən bəzi yabancı sözlərdən istifadə edərək onun gözəlliyini itirirlər. Təəssüflər olsun ki, bunu ziyalılarımızdan da edənlər olur. Məncə insan öz dünyagörüşünü, savadını vətənə sevgisini bildirməsi üçün heç olmasa həmişə öz doğma dilində düzgün danışmağa cəhd etməli, dilimizdə danışarkən digər millətlərin dillərindən istifadə etməməlidir. Dilimiz bizim mənəvi dəyərimizdir. Dil ürəkdəki duyğuları ifadə etmək üçün vasitədir. Əsrlər boyu dilimizi məhv etməyə çalışmışlar. Bütün cəhdlərə baxmayaraq Azərbaycan xalqı öz dilini qoruyub saxlayıbdır.
    Milli liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O, ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Milli lider ana dili haqqında deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Böyük öndərin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilimizə yeni nəfəs, yüksəliş verdi.
   Dilimiz Azərbaycan xalqının keçmişi, bu gün bir xalq kimi var olmağımız gələcəyimizin güzgüsüdür. Ona görə dilimizi yabancı dillərlə korlamamaq gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir vətəndaşın borcudur.
   Azərbaycan dili ən poetik, ən şirin, ən zəngin dillərdən biridir. Gəlin doğma dilimizin sözün həqiqi mənasında dəyərini bilək.

Çox şirindir doğma dilim

Xalçaların naxışıdır,
Nurlu bulaq axışıdır,
Dədə Qorqud alqışıdır.
Şadlıq etsin Oğuz elim
Çox şirindir doğma dilim.

Ana südü qədər təmiz,
Dilim mənə candan əziz,
Qoymaq üçün dünyada iz.
Şən nəğmələr yazır əlim,
Çox şirindir doğma dilim.

O mənim saf məhəbbətim,
Şirin-şəkər, bal-şərbətim,
Sözə yoxdur qənaətim.
Tükənməyəm varım, ləlim
Çox şirindir doğma dilim.

Qalib Nəğməkar

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top