Silahlı münaqişələr və ya daxili iğtişaşlar nəticəsində yoxa çıxmış insanlar itkin düşmüş
hesab edilir.
İnsanların itkin düşməsi ümumdünya əhəmiyyətli problem olaraq bütöv ölkələr və xalqlar üçün əsil bəladır. Nəticədə ailələr əzizlərinin taleyi və yeri barədə tam məlumatsızlıq şəraitində yaşayır. Bu müxtəlif səbəblərdən baş verə bilər.
* Bir çox hallarda ailələr silahlı qüvvələr və ya silahlı dəstələrin üzvləri olan qohumlarının yeri barədə onlarla əlaqə saxlaya bilmədiklərindən məlumatsız olur.
* Döyüşdə həlak olmuş silahlı qüvvələr və ya silahlı dəstələrin üzvləri üzərlərində sənədlərin və ya fərqləndirici medalyonun olmamasından şəxsiyyətləri təsdiq edilmədikdə itkin düşmüş hesab edilə bilər.
* İnsanlar əsir götürüldükdə, həbs edildikdə və ya oğurlandıqda öldürülə bilər. Azadlıqdan məhrum edilmiş insanlar həbsdə olduğu müddətdə ölə bilər, gizli sığınacaqda və ya inkommunikado şəraitində saxlanıla biiər. Bir çox hallarda ailələr onların yeri barəsində məlumata malik olmur, onlara baş çəkə bilmir və ya yazışma hüququndan məhrum edilir. Azadlıqdan məhrum edilmiş insanlar barədə məlumatlar (həbsin, yerdəyişmənin, ölümün və ya dəfnin tarixi və yeri) qeydə alınmır, gizlədilir və ya məhv edilir.
* Təəssüflər olsun ki, kütləvi qətllər hələ də bir çox itkin düşmə hallarının səbəbi olaraq qalmaqdadır. Belə hallarda qurbanların cəsədləri dəfn olunmamış qalır, tələsik dəfn edilir və ya məhv edilir.
* Köçkünlər və qaçqınlar, təcrid olunmuş əhali və işğal edilmiş ərazilərdə yaşayan şəxslər çox vaxtlar qohumları ilə əlaqə yarada bilmir və uzunmüddətli ayrılığa məhkumdurlar.
* Bir çox hallarda uşaqlar valideynlərindən ayrı düşür. Bu, hərbi əməliyyatlar və ya daxili iğtişaşlar zamanı ailələr xilas olmaq üçün qaçaq düşdükdə və ya uşaqlar məcburi olaraq hərbi birləşmələrə cəlb edildikdə, həbsxanaya salındıqda və təcili olaraq oğulluğa-qızlığa götürüldükdə baş verir.
* Sonuncu, lakin heç də az əhəmiyyətə malik olmayan amil odur ki, ölüm haqqında sənədlər heç də həmişə saxlanılmır, eksqumasiya və ya autopsiya barədə sənədlər isə lazımi qaydada tərtib edilmir.
0 şərhlər: