BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Nisan 2014 Çarşamba

ƏN DƏHŞƏTLİ QƏZA - ÇERNOBIL

Posted at  4/30/2014  |  in  Ümumi hadisələr

 Dünya nüvə energetikası tarixində ən dəhşətli qəza XX əsrdə, 26 aprel 1986- ildə baş
vermişdir. Qəzada Çernobıl AES-nin 4- blokunun tam sıradan çıxması nəticəsində radioaktiv maddələrin havaya atılması səbəbindən ətraf  mühitə ciddi ziyan dəymiş, nəticədə insanların həyatı üçün böyük təhlükə yaranmışdır.
Qəza keçmiş SSRİ, xarici ölkələr respublikamız üçün bir çox fəsadlar törətmişdir. Qəzadan Avropa ölkələri Türkiyə zərər çəkmişdir. Respublikamızın 7000 nəfərdən çox vətəndaşı ən ağır işlərə cəlb olunmuş, bu dəhşətli faciənin qarşısının alınmasında xüsusi xidmət göstərmişdir. Onlardan 2500 nəfərdən çoxu şüalanmadan, aldıqları xəsarətdən dünyasını dəyişmişdir. Yerdə qalanlar isə ömürlük əlil olmuşdur.
Çernobıl faciəsinin iştirakçılarının doğulan övladları da ağır xəstəliklərə düçar olmuş bir çoxu vəfat etmişdir.
Respublikamızda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunub. Bu qayğı ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da reallaşmışdır.
Ulu öndərin təşəbbüsü ilə 1993- ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi «Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında» qanun qəbul etmişdir. Ölkə Prezidenti İlham Əliyev Çernobıl əlilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətinə aid fərman sərəncamlar imzalamışdır.
Rayonumuzdan olan Məzahir Salman oğlu Məmmədov, Qərib Bulud oğlu Şahvələdov, Kamal Cəlal oğlu Səfərov Çernobıl qəzasının aradan qaldırılmasında fəal iştirak ediblər. Rayon rəhbərliyi onların qayğı problemləri ilə mütəmadi məşğul olur.
Çernobıl faciəsinin 28 illiyi ilə əlaqədar respublika səviyyəsində bir çox tədbirlər həyata keçirilir, qəzanın iştirakçılarına növbə əsasında minik avtomobilləri verilir.
        Anar ƏLİYEV

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top