BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Nisan 2014 Çarşamba

"QARABAĞ MÜNAQİŞƏSİ AVROPADA ƏN TƏHLÜKƏLİ MÜNAQİŞƏLƏRDƏN BİRİDİR."

Posted at  4/30/2014  |  in  Dağlıq Qarabağ münaqişəsi

ATƏT sədri Didye Burkhalter ABŞ-ın münaqişələrin həllində daha yaxından iştirakını zəruri sayır

"Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir"; Bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D.Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.
D.Burkhalter bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: «Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm Gürcüstanda ABŞ-in yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür».

D.Burkhalter amerikalı həmsədr Geyms Uorlikin fəaliyyətini yüksək qiymətləndırib.
Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.
Didye Burkhalter çıxışında həmçinin deyib ki, Cənubi Qafqaz bölgəsinə səfər edəcək. O, səfərin tarixini açıqlamayıb. D.Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.

Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top