BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

30 Nisan 2014 Çarşamba

ŞURA İCLASI

Posted at  4/30/2014  |  in  Görüşlər

Rayon İcra Hakimiyyəti yanında Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014- ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına qarşıda duran vəzifələrlə əlaqədar keçirdiyi müşavirə ilə əlaqədar şura iclası keçirilmişdir.
Rayon Vergi Şöbəsinin rəisi Nurəddin Allahverdiyev məruzə ilə çıxış etdi. Məruzəçi vergi ödənişləri ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirdi.
Təhsil Şöbəsinin baş məsləhətçisi Nəcəf Həsənov da çıxış edərək təhsil sahəsində qazanılan müvəffəqiyyətlərdən, baş verən nöqsanlardan problemlərdən danışdı.
Rayon əhalisinin tibbi müayinədən keçirilməsi haqqında məsələ müzakirə olundu. Müzakirədə mərkəzi xəstəxananın baş həkimi Məmməd Nağıyev bildir ölkə Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi mütəşəkkil şəkildə həyata keçirilir. Fevral ayında 672, mart ayında isə 872 nəfər tibbi müayinədən keçib. Az müddətə bu mühüm proses müvəffəqiyyətlə başa çatdırılacaq.
Kosalar kənd İƏD üzrə nümayəndəsi Şahid Rzayev, Cəmilli üzrə nümayəndə Ramiz Qəhrəmanov, İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış edərək rayon səviyyəsində keçirilən bir çox tədbirlərin məzmununu açıqladılar.
Musiqi məktəblərində tədrisin vəziyyəti haqqında İH başçısının müavini Lamiyə Qarayeva çıxış edərək musiqi məktəblərində tədrisin vəziyyəti, baş verən nöqsanlar haqqında ətraflı məlumat verdi.
Rayon İH-nin başçısı Şahmar Usubov çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildirdi, rəy təkliflərini verdi, qarşıda duran vəzifələri diqqətə çatdırdı şuranın işini yekunlaşdırdı.

Şura iclasında müzakirə olunun məsələlərə müvafiq qərar qəbul olundu.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top