BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

9 Mayıs 2014 Cuma

9 MAY QƏLƏBƏ GÜNÜDÜR - İKİNCİ DÜNYA MÜHARİBƏSİ

Posted at  5/09/2014  |  in  Əlamətdar günlər

     
 1939-cu ildə dünya tarixində ən qanlı müharibələrdən biri başlandı. Tarixdə bu İkinci Dünya müharibəsi adlanır. Bu, əvvəlki bütün müharibələrdən daha dəhşətli müharibə idi. Bu­rada dünyanın 65 dövləti işti­rak edirdi. Doğma Vətənimiz Azərbaycan bu müharibəyə SSRİ-nin tərkibində qatılmışdı. Başqa xalqlar kimi bizim xalqı­mız da dünyanın gələcəyinə, in­sanlığa qarşı böyük təhlükə olan faşistlər əleyhinə mübarizə aparırdı.
           Azərbaycan vahid hərbi dü­şərgəyə çevrilmiş SSRİ-nin bir hissəsi idi. Bu hərbi düşərgənin bir hissəsində Sovet qoşunları alman ordularına qarşı üz-üzə vuruşurdu.
           İkinci Dünya müharibəsi fa­şizmə qarşı dünya xalqlarının ölüm-dirim müharibəsi idi. Faşizm bəlasına qarşı mübarizə üçün xalqımız 600 minə qədər övladını cəbhəyə yola saldı. Azərbaycanın yüzlərlə qəhrə­man oğulları döyüşən orduda misilsiz qəhrəmanlıqlar göstər­mişdilər.
           1945-ci ilin 9 mayında SSRİ alman faşizm üzərində qələbə çaldı. Bu qələbənin əldə olun­masında Azərbaycan nefti əsas rol oynamışdı.
Dövlətimiz Böyük Vətən müharibəsinin iştirakçılarını diqqət mərkəzində saxlayır. Hər il qələbə günündə onlara birdə­fəlik maddi yardımlar göstərilir.
           Xalqımız bu müharibədə həlak olanların xatirəsini həmi­şə əziz tutur, öz qəhrəman oğul­ları ilə fəxr edir, onları unut­mur.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top