Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QARABAĞ YOZUMLARI

Nə yoğurdu, nə yapdı, qohumlarını başı­na yığıb, hazırca vəzifə tapdı.
Qaşma-qaşma, çıxdı vəzifə başına.
Əkəndə yox, biçəndə yox, yeyəndə beşəlli cuman qardaş.
Nə əkərlər, onu da hamıyla biçib öz tor­bana tökərsən.
Dost vəzifədən çıxandan sonra tanmar.
İgid odur anbardan çıxıb atlana,
İgid odur piştaxta dalında hər əzaba qatlana.
Daldan atılan daş kasıbın başının lap or­tasına dəyər.
Palaza bürün, sovet sədrləri ilə sürün.
İti söz Qarabağda hər şeydən kəsərsizdir. Yüz ölç, öz xeyrinə bir biç.
Cücəni payızda, pulu alverdən sonra sa­yarlar.
Rəisi gör, şəhəri tala.
Anbardar müdirə tən gərək,
Tən olmasa gen gərək.
Oğru müavin elə qışqırdı ki,
Doğru rəisin bağrı yarıldı.
Arxalı sədr el basar.
El üçün yanan gözün ikisi bir deşikdən çı­xar.
Özgənin cibinə göz tik ki, gözün işıqlı ol­sun.
Bir yeyənin olsun, əl çalıb yüz deyənin.
Özgəyə quyu qazan pul verər, özgə də qu­yuya düşər.
Bazarda əl-əli yuyar, əl də qayıdıb cibləri.
Qaz vurub kabab bişir, qazanı pulla doldur.
Kələklə gələni külək cibə doldurar.
Nazirlər və deputatlar hər şeyi öz arşınla­rı ilə ölçürlər.
Demblokdan ötdü, bu dəfə partokrata dəydi.
Bürokratla dostluq elə, qələmini əldən ye­rə qoyma.
Öz gözündə tiri gizlət ki, özgənin gözün­də tükü seçə biləsən.
Özünü beş inəkli istə ki, qonşunun biri də olmasın.
Yalançı namizədi prezident seçilənə kimi qovarlar.
Yaxşı iş üz qaraldar.
Nə tökərsən aşma, o da çıxmaz qaşığına.

                                                                     Qasım QIRXQIZLI 1992-ci il
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi