Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

            7 may 2014-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 -ci ildönümü münasibəti ilə Mə­dəniyyət evində rayon rəhbərliyi və ictimaiyyətin iştirakı ilə geniş təd­bir keçirilmişdir. Tədbir iştirakçıla­rı Ulu Öndərin möhtəşəm abidəsini ziyarət etmiş, abidənin önünə gül- çiçək dəstələri qoymuşdular.
           Tədbir YAP rayon təşkilatının rəhbərliyi ilə təşkil olunmuşdur. Tədbirdə çıxış edənlər "Heydər Əli­yev və Azərbaycan gerçəklikləri" haqqında iştirakçılara hərtərəfli məlumat verdilər.
Tədbir konsert proqramı ilə başa çatdı.   
                                                             
                                                     ***
        
           RMX-da görkəmli alim, oftal­moloq Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü­nə həsr olunmuş geniş tərkibdə təd­bir keçirilmişdir. Xəstəxananın baş həkimi Məmməd Nağıyev Zərifə xanım Əliyevanın həyat və yaradı­cılığı mövzusunda yaddaqalan mə­ruzə ilə çıxış etdi. Əlavə çıxış edən­lər Zərifə xanımın tibb sahəsində qazandığı müvəffəqiyyətlərdən və keçdiyi şərəfli həyat yolundan bəhs etdilər.
           Tədbirdə rayon İH-nin başçısı­nın müavinləri Lamiə Qarayeva, Yaşar Salahov və şöbə müdiri Va­qif Ağayev çıxış etdilər.

                                                     ***

           Alman faşizm üzərində qələbə­nin 69-cu ildönümü münasibətilə rayonun təhsil, mədəniyyət ocaqla­rında bir sıra tədbirlər keçirilmiş­dir. Rayon İH-nin təşəbbüsü ilə də­yirmi masa təşkil olunmuşdur.
           Tədbirlərin əsas qayəsini Bö­yük Vətən müharibəsində Azər­baycan xalqının göstərdiyi qəhrə­manlıq nümunələri təşkil etmiş, qə­ləbənin qazanılmasında Bakı nefti­nin oynadığı mühüm rolun əhə­miyyəti də bildirilmişdir.
                                                    ***

           15 may Beynəlxalq Ailə Günü­nün keçirilməsi ilə bağlı Ailə, qadınvə Uşaq problemləri üzrə Dövlət Komitəsinin tədbirləri planına uy­ğun olaraq rayon İH-nin başçısı Şahmar Usubovun təsdiq etdiyi tədbirlər planı yerlərdə mərhələlər­lə icra edilmişdir.
                                                                      
                                                    ***

           28 May! Bu gün tariximizə qızıl hərflərlə yazılan bir gündür. Bu gün münasibəti ilə rayon səviyyə­sində tədbirlər keçirilmişdir.

                                                    ***

            08.05.1992-ci ildə Şuşa, 09.05.1992 - ci ildə Kosalar, 17.05.1992 - ci ildə Laçın rayonu er­məni qəsbkarları tərəfindən işğal olunmuşdur. İşğal günləri rayon rəhbərliyi və ictimaiyyəti tərəfin­dən ürək ağrısı ilə yad edilmişdir. İşğal günləri ilə əlaqədar keçirilən anım mərasimlərində ölkə başçısı İlham Əliyevin apardığı məqsəd­yönlü daxili və xarici siyasət nəticə­sində doğma yurd-yuvamıza qayı­dacağımız günün çox uzaqda ol­maması qeyd olunmuşdur.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi