BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

2 Haziran 2014 Pazartesi

Xocalı rayon Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi.

Posted at  6/02/2014  |  in  Ümumi hadisələr

           Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991 – ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin  Yolaba kənd Tarix - Diyarşünaslıq muzeyi yaradılmışdır.
           1992 – ci ildə may ayının  9 – da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponantlar işğal zonasında qalmışdır. Məcburi köçkün düşəndən sonra Xocalı rayon Kosalar kənd nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdır. O, vaxtdan da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi Hacıkənd qəsəbəsində fəaliyyət göstərir.

          Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stentlərdən ibarət sərgilər və Qarabağın  qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir. 
          Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən muzeyin veb səhifəsi yaradılmışdır. Muzey haqqında məlumat almaq və muzeyin eksponantlarından bəziləri ilə virtual tanışlıq üçün http://yalobaktdm.blogspot.com/ ünvanına daxil ola bilərsiniz.
                                                                        Qalib Bəyməmmədoğlu.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top