BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Temmuz 2014 Pazartesi

1 – ci Qarabağ müharibəsinin iki fəal döyüşçüsünün görüşü qələbəyə olan inamımı bir daha artırdı.

Posted at  7/21/2014  |  in  Ümumi hadisələr

                21 iyul 2014 - cü il tarixində 1 – ci Qarabağ müharibəsinin iki fəal döyüşçüsü tankçı Vahid Quliyev və tağım komandiri Tofiq İbrahimovun Oğuz rayonunda görüşü oldu. Bu görüş onların 1992 – ci il 9 may Kosalar kəndinin işğalından sonra ilk görüşü idi. Doğma el – obadan ayrı düşən, ürəkləri Vətən həsrəti ilə yanan, Kosalar uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərən bu iki insan Oğuz rayonun Calut kəndində doğma Kosalar kəndində yaşanan xatirələri və Vətənin ağır günlərini yad etdilər. Onlar söhbət əsnasında Kosalar kəndinin qəhrəman kənd olduğunu, düşmənin dəfələrlə hücumu zamanı layiqli cavabının verildiyinindən danışdılar. Bu iki vətənpərvər döyüşçünün o günləri yad edərkən döyüşlərin təəssüratlarını, doğma el – oba üçün nə qədər həsrət çəkdiklərini və xain düşmənə olan nifrət və qisas almaq hisslərini duymaq olurdu.
           Vahid Quliyev və Tofiq İbrahimov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bu gün çox güclü olduğunu və ordumuzun düşmən üzərində qələbə çalacağına əmin olduqlarını bildirdilər. Ali Baş Komandan döyüş əmri verərsə Vətən torpaqları uğrunda yenə mübariz döyüşəcəklərinə söz verdilər.
           Onların örnək döyüş həyatı və bu günki ruh yüksəkliyi bizim düşmən üzərində qələbə çalacağımıza olan inamımı bir daha artırdı. 
           Biz döyüşkən millətin gəncləriyik!
                                                                                                       Qalib Bəyməmmədoğlu,
                                                                                                       AJB-nin üzvü

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top