BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

22 Temmuz 2014 Salı

22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜDÜR

Posted at  7/22/2014  |  in  Əlamətdar günlər

"Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmətli əməkdir, çox şeylərin göstərilməsi, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən sənətdir.
Heydər ƏLİYEV.

Azərbaycan ictimai fikir tarixində mühüm hadisə kimi milli mətbuatımızın yaranmasından 139 il keçir. Böyük mütəfəkkir, ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti milli mədəniyyətimizdə önəmli yerlərdən birini tutdu, milli mətbuatımızın təməli qoyuldu. "Əkinçi" qəzeti uzun və şərəfli bir yol keçmişdir. Bu qəzet təkcə Azərbaycan milli mətbuatının yaranma tarixi deyil, milli şüurumuzun oyanmasının, azadlıq mücadiləmizin, mədəniyyətin, milli əqidənin oyanışının, nadanlıq və cəhalətə qarşı mübarizə beşiyi başında şanlı tariximizdir. Keçmişimizin şanlı ənənələrini yaşadan "Əkinçi" qəzetinin tarixi əhəmiyyətini layiqincə qiymətləndirmək lazımdır. O zaman Azərbaycan dilində kitab və qəzet nəşr etmək çox çətin bir məsələ idi. "Əkinçi" iqtisadiyyatda, ictimai münasibətlərdə, maarif, mədəniyyət, ədəbiyyat, ümumiyyətlə həyatımızın bütün sahələrində yeniləşmənin və tənzimlənmənin tərəfdarı olmuşdur. "Əkinçi" qəzetinin tarixi ənənələrini yaşatmaq yolunda son illərdə Azərbaycan hökumətinin apardığı işlər təqdirə layiqdir.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 50-ci maddəsinə əsasən isə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır. Beləliklə də Kütləvi İnformasiya Vasitələrinə tam azadlıq verilmişdir. Müstəqil mətbuatın sərbəst fəaliyyəti və curnalistlərin təhlükəsizliyinin təmin olunması, maddi-texniki təchizatın daha da möhkəmlənməsi naminə "Kütləvi İnformasiya Vasitələri haqqında", "Dövlət sirri haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi   haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Teleradio yayımı haqqında", "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində  əlavə  tədbiriər  haqqında" qanunlar, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz mərhum Heydər Əliyevin verdiyi Fərman və digər Sərəncamlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyasi kursunu dönmədən irəliyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyev də mətbuatın cəmiyyətimizdə oynadığı əsaslı rolu qiymətləndirir, curnalist əməyinə  yüksək qiymət verir.
«Xocalının səsi» qəzeti respublikamızda baş verən siyasi hadisələrə də həmişə öz münasibətini bildirmiş, 2002-ci ildə keçirilən referendum, Prezident seçkiləri, Ümummilli liderimiz Heydər Əliyevin vəfatı münasibətilə xüsusi buraxılışlarını nəşr etmişdir. Xocalı faciəsinin ildönümləri münasibəti ilə hər il nəşr olunaraq respublika səviyyəsində pulsuz yayımlanır.

«Xocalının səsi»

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top