BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Temmuz 2014 Salı

ŞURA İCLASI KEÇİRİLDİ

Posted at  7/15/2014  |  in  Ümumi hadisələr

İyul ayının 15-də Xocalı rayon İH-nin başçısı yanında şura iclası keçirildi. İclas aşağıdakı məsələləri müzakirə etdi.
1. İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi il Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisad inkişafını yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Ş.Ş.Usubov.

Çıxış edənlər:

Başçının aqrar məsələlər üzrə müavini Y.Salahov.
Əhalinin sosial müdafiə mərkəzinin direktoru İ.Həsənov.
2. Rayonun 2015-ci il yerli büdcəsinin proqnoz rəqəmlərinin işləməsinin vəziyyəti haqqında.
Rayon maliyyə şöbəsinin müdiri İ.Əliyev.
3. Lerik rayon İcra Hakimiyətində "Dövlət Hakimiyyəti Orqanlarının Yerli Qurumlarından vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin vəziyyətinin öyrənilməsi haqqında.
Hüquq şöbəsinin məsləhətçisi A.Məmmədov.
Rayon İH-nin başçısı Şahmar Usubov 2014-cü ilin I rübü ərzində respublikamızda və rayonumuzda olan iqtisadi göstəricilər və inkişaf dinamikası haqqında məruzə edərək geniş təhlil apardı. Məruzəçi ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin göstərdiyi müsbət nəticələr haqqında danışdı və ölkəmizin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyini faktların dili ilə geniş şəkildə açıqladı.
İH-nin başçısı cənab Şahmar Usubov xocalıların ölkə Prezidenti ilə həmişə həmrəy olduğunu qeyd edərək aparılan siyasət nəticəsində yurd-yuvamızın düşmənlərdən azad ediləcəyini də xüsusi vurğuladı. Verilən tapşırıqları layiqincə yerinə yetiriləcəyini bildirdi.
Çıxış edənlər də qarşıda duran məsələlər ətrafında fikirlərini söylədilər. Ölkə Prezidenti İlham Əliyevə rayon İH-nin başçısı Şahmar Usubova minnətdarlıq hisslərini izhar etdilər.

Müzakirə məsələlərə aid müvafiq qərarlar qəbul olundu.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top