Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

GÖRÜŞ KEÇİRİLDİ VƏ BİR ÇOX MƏSƏLƏƏRƏ AYDINLIQ GƏTİRİLDİ


 8.08.2014-cü ildə Gəncə şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə «Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» Birliyinin sədri Bayram Səfərov məcburi köçkünlərlə görüş keçirdi. Görüşdə Prezident Aparatının məsul əməkdaşı Aqşin Əliyev, Xocalı rayon İH-nin başçısı Şahmar Usubov, Kəlbəcər rayon İH-nin başçısı Aqil Məmmədov iştirak etdi.
Görüş zamanı şəxsi evlərdə yaşayanların mənzilə təmin olunması, yeni yaşayış evləri tikilərkən xeyir və şər evlərinin salınması, ixtisaslı mütəxəssislərin işlə təmin olunması, yeni qəsəbə ətrafında olan zibilliklərin yandırılması zamanı əmələ gələn kəskin qoxunun ləğv edilməsi və bir çox məsələlərə toxunuldu.
Müraciət edən şəxslərin sualları ətraflı şəkildə cavablandırıldı və tədbir görüləcgəyinə söz verildi.

Görüş xoş ovqatla başa çatdı.
Paylaşın:

2014-cü ilin II rübü ərzində Xocalı rayonunun sosial-iqtisadi vəziyyətinə dair iqtisadi icmal

Rayonun yaranma tarixi - 26.XI.1991
Ərazisi - 0,94 min. kv. km.
Əhalisi - 28009 o cümlədən azərbaycanlılar - 15080
Digər əhali - 12929
İşğal günü - 26.02.1992

2014-cü ilin II rübündə 3615 hektar taxıl sahəsindən 3507 hektarı buğda, 109 hektarı isə dən üçün arpa səpilmişdir. Biçinə salamat qalmış 3616 hektar sahədən 47140 sentner məhsul götürülmüşdür. 3507 hektar buğda sahəsindən 45180 sentiner buğda qalan 109 hektar arpa sahəsindən 1960 sentiner arpa məhsulu götürülmüşdür, Müqaisə edərkən məlum olur ki, 2013-cü ilə nisbətən 2014-cü ildə 20000 sen az məhsul istehsal olmuşdur. 2014-cü ilin məhsulu üçün əkin aparılmış 3870 hektar sahənin 3616 hektarına payızlıq taxıl səpilmiş qalan 254 hektar sahəyə isə yazlıq kartof və tərəvəz bitkiləri əkilmişdir. Əkin aparılmış 254 hektar sahədən 192 hek.kartof, 62 hektara isə tərəvəz əkilmişdir. Bundan 13.5 hektara kələm, 23.3 hektara xiyar 23,2 hektara isə pomidor, 2 hektara baş soğan əkilmişdir. Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinədə xüsusi fikir verilmişdir. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 2014-cü ilin II rübündə 4289 baş, qoyun-keçinin baş sayı isə 26119 baş olmuşdur. 2014-cü ilin II rübündə rayonda ət istehsalı 1300 sen, süd istehsalı 24000 sen, yun istehsalı 257 sen, yumurta istehsalı isə 40 min ədəd olmuşdur.

Demoqrafiq vəziyyət

2014-cü ilin II rübündə Xocalı rayonunun əhalisi 28009 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15080 nəfəri isə azərbaycanlılar təşkıl edir. II rüb ərzində 39 körpə doğulmuş, 24 ölüm qeydə alınmış, 11 rüb ərzində ərzində rayona gələnlərin sayı 117 nəfər, gedənlərin sayı 42 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir. Rayonda İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonumuzda bir çox abadlaşdırma işləri aparılmışdır və bununla yanaşı rayon ərazisində yaşıllaşdırma işləri başlanılmış hal-hazırda da rayon əhalisinin iştirakı ilə davam etdirilir.
D.Ə.ƏSƏDOV,

Xocalı RSİ-nin Rəisi
Paylaşın:

QADINLARIMIZ KİŞİLƏRLƏ BƏRABƏR VURUŞURDULAR.

Kərkicahan qəsəbəsi Xankəndi şəhərinin tərkibində olaraq 26-cı məhəllə adlandırıldı. 1988-ci ildən ermənilər tərəfindən başlanan Qarabağ müşaribəsində Kərkicahanlılar elliklə əl-ələ verərək qorudular doğma yurd-yuvalarını. Nəticədə arxasızlığın, köməksizliyin qurbanlarına çevrildilər. Bu isə özünün ağır nəticələrini verdi.
Kərkicahan qadınları da qorxmadan, çəkinmədən erməni quldurlarına qarşı gedən mübarizələrin həmişə önündə dayanardılar. Onlardan biri də Diləfruz Bayramova idi. Diləfruz dəfələrlə ermənilərlə üzləşmiş, hətta erməni polis mayorunun paqonlarını çəkib çiynindən qopartmışdı.
1988-ci il 18 sentyabrda Kərkicahan ermənilərin hücumuna məruz qaldı. Xankəndindən ermənilər mitinqdən çıxaraq 2 qrupa bölündülər. Qruplar silahlanaraq Kərkicahan və Xocalıya hücuma keçdilər. Bu hücumda kərkicahanlılar və xocalılar öz sözlərini mərdanə deməyi bacardılar və quldurları geri oturtdular. Bu hadisədə ermənilər xeyli itki də verdilər. Onlar fikirləşirdilər ki, Kərkicahan və Xocalını ələ keçirsələr Qarabağ bütövlükdə onların olacaqdır.
Həmin axşam heç bir atıcı silahdan istifadə etməyən kərkicahanlılar daşla erməniləri geri çəkilməyə məcbur etdilər. Diləfruz ətəyinə daş yığaraq camaatı «daş silahı» ilə tam təmin etdi. Diləfruzun göstərdiyi bu qəhrəmanlıqdan bütün kərkicahanlılar ürək dolusu danışırlar.
Atalar demişkən: - Aslanın erkəyi, dişisi olmaz. Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qadınlarımız haqqında gələn saylarımızda silsilə yazılarla çıxış edəcəyik.

Qasım QIRXQIZLI
Paylaşın:

GÜLLƏLƏNMİŞ ŞƏHƏRİN GÜLLƏLƏNMİŞ SAKİNLƏRİ (Qasım Qırxqızlının nəşr olunmamış kitabından)

Xocalı faciəsi ağrı-acımız, tariximizin ibrət dərsidir bizə. Xocalı qırğını milli faciəmiz yox, milli yaddaşımız və tarixi dəyərimizdir. İnsan yarandığı gündən var-sərvət, torpaq uğrunda müharibələr etmiş, lakin Xocalıda törədilən qanlı faciələrin heç biri o müharibələrdə törədilməmişdir.1992-ci ilin 26 fevralı...
Qarlı-çovğunlu qış gecəsi… Aylarla ocaqsız-odsuz, çörəksiz qalan xocalılar erməni qəsbkarları tərəfindən mühasirəyə alınmışdı. Dinc əhali çıxılmaz bir vəziyyətə düşmüşdü. Heç bir yandan kömək gəlmir, ərzaq qurtarıb, yollar isə hər tərəfdən bağlanıb. Aydın idi ki, Xocalı ölümə məhkum edilmişdi. Əgər o dövrdə Azərbaycana rəhbərlik edənlər istəsəydilər Xocalı qırğınının qarşısını alardılar. Lakin bunu etmədilər, nəticədə isə xocalılar amansız ölümə, ağır işgəncələrə məruz qaldılar.
Xocalıya dörd istiqamətdən hücum edilmişdi, ancaq Əsgəran tərəfdən adi bir patron belə atılmamışdı. Bu isə onu göstərir ki, Əsgəranda ona görə nisbi sakitlik yaratmışdılar ki, əhali Ağdama getmək üçün Əsgəran səmtə üz tutacaq. Erməni hərbi birləşmələri təpədən-dırnağa qədər silahlanaraq bütün yolları, keçidləri tutmuşdular. Məqsədləri də bu yollarda xocalıları kütləvi qırğına məruz qoyub, Azərbaycanda qorxu xofu yaratmaq idi. Türk dünyasına qənim kəsilən ermənilər uşağa, qadına, qocaya baxmadan xocalıları vəhşicəsinə güllələyirdilər. Ölümdən, girovluqdan yaxa qurtarmaq istəyənlərin az bir hissəsi Ağdama gəlib çıxa bilmişdi.
Soyuq-şaxtalı qış gecəsi... Qar aman vermədən yağır. Dinc əhali qaçaraq Kətik meşəsinə üz tuturlar. Meşə yollarını qar basdığına görə pərən-pərən düşmüş əhali yol tapa bilmir, ayaqyalın, başıaçıq şaxtalı havada sutkalarla meşədə dolanmağa məcbur olur, düşmənin pusqusuna düşərək məhv edilirdilər. Əsir götürülənlərə aman verilmir, döyür, söyür, təhqir edir, saatlarla ayaqyalın qarın üstündə, saxlamaqdan həzz alırdılar. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin analoqu yer kürəsində əsrlər boyu aparılan qanlı müharibələrin heç birində baş verməmişdir.
Görəsən nə etmişdi binəva xocalılar ermənilərə? Bu qəddar düşmənçilik hissi necə yaranmışdı insanlıqdan uzaq olan ermənilərdə?! İllərlə qonşuluq etdikləri, bir süfrədə çörək kəsdikləri, ən yaxın dostluq etdikləri adamlara belə rəhm etmirdilər. Zamanın başqa zaman olduğunu, deyərək ən yaxından tanıdıqları xocalıları özləri güllələyirdilər.
Nə idi bu güllələnən körpələrin günahı, İlahi?! Onlardamı erməniyə güllə atmışdılar? Yox, əsla belə deyildir. Ermənilərin davası torpaq yox, nahaq, günahsız insanların qanını tökmək idi və məqsədlərinə də nail oldular.
Xocalı faciəsindən sağ çıxanların çoxu aldığı ağır yaralardan, keçirdikləri sarsıntılardan, çəkdikləri əzab və əziyyətdən dünyalarını vaxtsız dəyişdilər. Sağ qalanların isə hamısı xəstə və zəlil olmuşlardır.
Dünya niyə susur? Törədilən bu vəhşilikləri görmürlərmi? Görürlər, lakin nədənsə haqqı nahaqqın ayağına verir, işğalçı ilə işğala məruz qalanı bərabər tuturlar. Nə vaxt isə haqq öz yerini tapacaq, cinayətkar ermənilər dünyanın haqq divanı qarşısında cavab verəcəklər. Atalar demişkən: “Nahaq qan yerdə qalmaz”.Xocalı soyqırımı Azərbaycan xalqının əzm və dəyanətini qırmadı, əksinə onun mübarizə əhval-ruhiyyəsini daha da artırdı.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Xocalı faciəsinin əsil mahiyyətini açıqladı və öz qiymətini aldı. Xalqımız inanır ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində biz torpaqlarımızı yağı tapdağından azad edəcək və doğma yurd-yuvamıza qayıdacağıq. 
Qasım Qırxqızlı  - "Xocalının Səsi" qəzetinin redaktoru
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi