Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QADINLARIMIZ KİŞİLƏRLƏ BƏRABƏR VURUŞURDULAR.

Kərkicahan qəsəbəsi Xankəndi şəhərinin tərkibində olaraq 26-cı məhəllə adlandırıldı. 1988-ci ildən ermənilər tərəfindən başlanan Qarabağ müşaribəsində Kərkicahanlılar elliklə əl-ələ verərək qorudular doğma yurd-yuvalarını. Nəticədə arxasızlığın, köməksizliyin qurbanlarına çevrildilər. Bu isə özünün ağır nəticələrini verdi.
Kərkicahan qadınları da qorxmadan, çəkinmədən erməni quldurlarına qarşı gedən mübarizələrin həmişə önündə dayanardılar. Onlardan biri də Diləfruz Bayramova idi. Diləfruz dəfələrlə ermənilərlə üzləşmiş, hətta erməni polis mayorunun paqonlarını çəkib çiynindən qopartmışdı.
1988-ci il 18 sentyabrda Kərkicahan ermənilərin hücumuna məruz qaldı. Xankəndindən ermənilər mitinqdən çıxaraq 2 qrupa bölündülər. Qruplar silahlanaraq Kərkicahan və Xocalıya hücuma keçdilər. Bu hücumda kərkicahanlılar və xocalılar öz sözlərini mərdanə deməyi bacardılar və quldurları geri oturtdular. Bu hadisədə ermənilər xeyli itki də verdilər. Onlar fikirləşirdilər ki, Kərkicahan və Xocalını ələ keçirsələr Qarabağ bütövlükdə onların olacaqdır.
Həmin axşam heç bir atıcı silahdan istifadə etməyən kərkicahanlılar daşla erməniləri geri çəkilməyə məcbur etdilər. Diləfruz ətəyinə daş yığaraq camaatı «daş silahı» ilə tam təmin etdi. Diləfruzun göstərdiyi bu qəhrəmanlıqdan bütün kərkicahanlılar ürək dolusu danışırlar.
Atalar demişkən: - Aslanın erkəyi, dişisi olmaz. Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qadınlarımız haqqında gələn saylarımızda silsilə yazılarla çıxış edəcəyik.

Qasım QIRXQIZLI
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi