Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Erməni ekspert: MÜHARİBƏ OLACAQ VƏ AZƏRBAYCAN QALİB GƏLƏCƏK

"Rusiyanın əsas məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur etməkdir".
Rusiyaya elə gəlir ki, Qarabağ problemi artıq həll olunub. Rusiyadan Dağlıq Qarabağın müstəqilliyini tanımağı gözləmək gülünc olardı. Bu ölkənin əsas məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyinə üzv olmağa məcbur etməkdir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq İqor Muradyan Galatv.am-a açıqlamasında deyib.
"Ermənistan Rusiyanın siyasi-iqtisadi blokunun tamhüquqlu üzvü ola bilməyəcək. Bu qurum KTMT kimi yarımçıq qalacaq. Rusiya heç vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyəcək. Ümumiyyətlə, bu münaqişə rus düşüncə tərzinə uyğun deyil", - deyə İqor Muradyan bildirib.
O deyib ki, heç şübhəsiz müharibə olacaq:
"Müharibə olacağı təqdirdə ABŞ və NATO Ermənistana kömək etməyəcək. Savaşda bizim Rusiyanın timsalında sürüşkən tərəfdaşımız olacaq".

"Ermənistan beynəlxalq təcrid vəziyyətindədir. Bu amil müharibə başlayarsa Azərbaycan və Türkiyə üçün vacib fakt olacaq. Nə vaxta qədər Ermənistan Rusiyadan asılı vəziyyətdə olacaq, o vaxtadək də qoşulduğumuz heç bir müharibədə qalib gələ bilməyəcək", - deyə İqor Muradyan bildirib. "Əgər Azərbaycan Madrid prinsiplərini qəbul etsə Ermənistan bundan uzun müddət imtina edə bilməyəcək. Bundan sonra hadisələr çox sürətlə cərəyan edəcək. Ermənistan öz prinsiplərini yeridən kiçik kalibrli oliqarxların ölkəsinə çevrilib. Bu isə faciə öncəsi son mərhələdir", - deyə İqor Muradyan fikirlərini yekunlaşdırıb.
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi