Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

2014-CÜ İLİN III RÜBÜ ƏRZİNDƏ XOCALI RAYONUNUN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİNƏ DAİR İQTİSADİ İCMAL


Rayonun yaranma tarixi - 26.XI. 1991
Ərazisi - 0,94 min. kv. km.
Əhallsi - 28062 O, cüm azərbaycanlılar - 15133
Digərəhali- 12929
İşğal günü- 26.02.1992

2014- ilin III rübündə 3616 hektar taxıl sahəsindən 3507 hektarı buğda, 109 hektarı isə dən üçün arpa səpilmişdir. Biçinə salamat qalmış 3616 hektar sahədən 47140 sentiner məhsul götürülmüşdür. 3507 hektar buğda sahəsindən 45180 sentiner buğda qalan 109 hektar arpa sahəsindən 1960 sentner arpa məhsulu götürülmüşdür. Müqaisə edərkən məlum olur ki, 2013 -cu ilə nisbətən 2014- ildə 20000 sen az məhsul istehsal olmuşdur.
2014- ilin məhsulu üçün əkin aparılmış 3870 hektar sahənin 3616 hektarına payızlıq taxıl səpilmiş qalan 254 hektar sahəyə isə yazlıq kartof tərəvəz bitkiləri əkilmişdir.
Əkin aparılmış 254 hektar sahədən 192 hek. kartof, 62 hektara isə tərəvəz əkilmişdir. Bundan 13.5 hektara kələm, 23.3 hektara xiyar, 23.2 hektara isə pomidor, 2 hektara baş soğan əkilmişdir. Əkilmiş 192 hek kartop sahəsindən 17664 sentner kartop məhsulu, 62 hektar tərəvəz sahəsindən isə 3410 sentner tərəvəz məhsulu götürülmüşdür.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinədə xüsusi fikir verilmişdir. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 2014- ilin III rübündə 4251 baş, qoyun-keçinin baş sayı isə 25966 baş olmuşdur. 2014- ilin III rübündə rayonda ət istehsalı 2700 sen, süd istehsalı 42500 sen, yun istehsalı 257 sen, yumurta istehsalı isə 54 min ədəd olmuşdur.

Demoqrafiq vəziyyət

2014- ilin III rübündə Xocalı rayonunun əhalisi 28062 nəfər olmuşdur ki, bundanda 12929 nəfərini erməni digər millətlər, 15133 nəfəri isə azərbaycanlılar təşkil edir. III rüb ərzində 44 körpə doğulmuş, 17 ölüm halı qeydə alınmış.
III rüb ərzində ərzində rayona gələnlərin sayı 435 nəhər, gedənlərin sayı 399 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektləridə rayon əhalisinə xidmət göstərir. Rayonda İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonumuzda  bir çox abadlaşdırma işləri aparılmışdır...
D.Ə.Əsədov,

Xocalı RSİ-nin rəisi
Paylaşın:

KOSALAR ELİNİN BAŞI SAĞ OLSUN!

 
      Əskərov Kərəm Əşrəf oğlu 1941-ci il may ayının 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7 illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə-kəndli axşam məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə bitirmişdir.
       Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi,  1974-cü ilədək isə kolxoz partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib,  14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O, 1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da xidmətləri az olmamışdır.
      Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak etmişdir.
      Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur.
       Müharibə illərində də Kərəm kişinin xidmətləri az olmamışdır. Kəndin müdafiəsinin təşkilində, silah - sürsatla təminatında onun xidmətləri danılmazdır
      Ölüm amansızdır. Doğma elə - obadan didərgin  düşən, qürbət eldə Vətən həsrəti ilə yaşayan Kərəm kişi payız fəslində, ömrünün payızında dünyasını dəyişdi. İndi onun ruhu Qarabağ torpağında, Kosalar kəndində dolaşır. Ruhu şad olsun!
      Kərəm kişi həmişə camaatın köməyinə çatıb, onların problemləri ilə yaxından maraqlanıbdır. Kosalar kəndini qəhrəmanlar kəndi, Qırxqızda qartal yuvası adlandıran Kərəm dayı elimizin dəyərli ağsaqqalı, ziyalısı idi. Kənd camaatı ona xüsusi hörmət bəsləyir. O, dünyasını dəyişsə də Kosalar eli heç zaman onu unutmayacaq və yad edəcəkdir. 
       Allah rəhmət eləsin Kərəm kişi! Kosalar elinin başı sağ olsun!
                                                                                    Qalib Bəyməmmədoğlu
                                                                                     Bölgə muxbiri
         

Paylaşın:

UÇURUMUN KƏNARINDAKI ERMƏNİSTAN

                                       



            Diplomatiyada ölkələrarası əlaqələrdə meydana çıxan problemlər təsadüfi xarakter daşımır. İki ölkə arasında cərəyan edən yaxşı, yaxud pis anlamda hər cür əlaqə regional və beynəlxalq aktorlar vasitəsilə müəyyən faktorlar nəzərə alınmaqla bir strategiya daxilində yürüdülür. Bu baxımdan son vaxtlar Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş verən indsidentlər də “təsadüfi” anlamda yozula bilməz.
        
          1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən təktərəfli şəkildə keçirilən referendumla müstəqillik qərarı alındıqdan sonra, əvvəlcə, yerli əhali öz doğma torpaqlarını tərk etməyə məcbur olmuş, sonra isə Rusiyanın dəstəyi ilə reallaşan erməni işğalları başlamışdır. Bu işğallar Azərbaycan torpaqlarının 20 %-ni itirməsiylə xronikləşən regional problem olmaqdan keçərək beynəlxalq xüsusiyyət qazanmışdı. 20 ildən artıq davam edən münaqişədə gərginlik səngiməmiş, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində əhəmiyyətli bir addım atılmamışdır. Tərəflər bir neçə dəfə istər dövlət başçıları, istərsə də hökumət nümayəndələri simasında Qarabağ problemini həll etmək məqsədilə toplaşsalar da heç bir irəliləmə əldə olunmamışdır. Son zamanlar cəbhə xəttində baş verən intensiv atışmalar, mövcud gərginlik 20 ildən artıq bir müddətdir ki, Cənubi Qafqazda dondurulmuş olaraq qələmə verilən Qarabağ probleminin həllində yeni bir səhifə açacaqmı? – sualını gündəmə gətirdi. Bu sual isə öz növbəsində müharibə reallığının araşdırılmasını, münaqişə tərəflərinin müharibəyə hazırlıq səviyyəsinin, eyni zamanda münaqişənin həllinə cəlb olunmuş güclərin xüsusilə də Rusiya, ABŞ faktorunun müharibə reallığına münasibətinin araşdırılmasını zəruri edir.


          20 il və iki fərqli “yüksəliş”

         Atəşkəsin elan olunmasndan keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strtaeji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan dövlətimiz istər ölkədaxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Müasir Azərbaycan ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır.

         Bəs maraqlıdır Ermənistanın nəyi var? Bir az da statistik göstəricilərə nəzər salaq. Hal-hazırda Ermənistanın əhalisi 3 milyona yaxındır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon olub. Ciddi şəkildə enmə müşahidə olunmaqdadır. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Ciddi artım mövcuddur. Həm də torpaqların işğalına, on minlərlə şəhidin verilməsinə baxmayaraq. Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcədən təkcə 3,8 milyard dollara yaxın vəsaiti ölkənin müdafiəsi məqsədilə ayırmışdır. Yəni Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir. Ümumilikdə Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi 25 milyard dollara yaxındır. Ermənistan enerji mənbələri baxımından yoxsul bir ölkədir. Həmçinin Xəzər enerji qaynaqlarına çox yaxın bir sahədə yer alan Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi destruktiv siyasət nəticəsində regionun imkanlarından da lazımi dərəcədə yararlana bilmir.


            Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Hətta bununla bağlı belə bir deyim də vardır: hər bir erməni təktərəfli uçuş biletini almaq üçün pul arxasınca qaçır. Yəni təyyarə biletini toplaya bilən hər bir erməni ölkəsini tərk edir, bir daha geri qayıtmır. Ermənistan prezidenti Serj Sarkisyanın 24 avqust tarixində gənc jurnalistlərlə görüşü zamanı əlacsız etdiyi etirafları da bunu təsdiqləyir: “Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı və ya qanunun aliliyinin olmamasına görə, daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Başqa yandan, siz başa düşməlisiniz ki, digər ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən köçü daha da stimullaşdırır: birincisi, erməniləri maqnit kimi özünə çəkən diasporadır. İkincisi isə başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirir və s.”, – deyə Sarkisyan acı etirafda bulunub.


             Yaranmış vəziyyətin gərginliyi erməni ekspertlərini də ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar verməyə vadar edir. Məsələn, analitik İqor Muradyan prezident Serj Sarkisyanı “Avropa ölkəsinin prezidenti olmaq statusundan imtina edərək ölkəsini bütün dünyanın gülüş hədəfinə çevirmiş, uduzmuş siyasətçi” adlandırır. Ermənistanın uçurumun kənarında dayandığını deyən ekspertin fikrincə, korrupsiyalaşmış Sarkisyan rejiminə qarşı ictimaiyyətin sərt təpkisi olmadan, ölkənin idarəetmə kursunu dəyişmədən Ermənistanı xilas etmək mümkün olmayacaq.


            Ermənistanın coğrafi durumu da ordu təminatına xeyli dərəcədə təsir göstərir. Ölkənin dəniz sərhədinin olmaması səbəbindən donanması olmayan Ermənistan ordusu sadəcə quru və hava qüvvələrindən ibarətdir. Ermənistanın ən önəmli problemlərindən biri də hərbi büdcə, əsgər maaşıdır. Bu problem ən çox zabit maaşlarının verilməsində və mövcud hərbi texnologiyanın qorunmasında özünü göstərir. Bu, insanların orduya olan inamını azaldan əsas faktordur.


          Maraqlıdır ki, daim ərazilərimizə göz dikən, “yersiz gəldi, yerli qaç” prinsipi ilə əzəli torpaqlarımızda məskən salan ermənilər münaqişənin başlama səbəblərindən biri kimi Dağlıq Qarabağda yerli əhalinin yaşayışının düzgün şəkildə təmin olunmadığı, vəziyyətin ağır olması, ayrıseçkiliyin hökm sürməsi ilə izah edirdilər. Bununla da utanmadan təcavüzkar siyasətlərinə bəraət qazandırmağa çalışırdılar. Lakin işğaldan sonra cərəyan edən hadisələr Ermənistanın durumu ilə bağlı reallıqları dünya ictimaiyyətinə nümayiş etdirdi. Öz əhalisini saxlaya bilməyən, aclıq və səfalət içində hökm sürən hakimiyyət 20 illik yarıtmaz fəaliyyəti ilə nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da təmin etmək iqtidarında olmadığını açıq şəkildə ortaya qoydu. Şovinist siyasəti, “türk düşməndir” devizi ilə yerli azərbaycanlıları öz dədə-baba torpaqlarından köçürən, tarixə sığmayan işgəncələrlə soyqırıma məruz qoyan ermənilər hansı ədalətdən danışırdı? Azərbaycan müxtəlif dini, milli azlıqları təşviq etməklə, dünyaya tolerantlığın yeni modelini təqdim etmiş, nəinki Qafqazın, həmçinin dünyanın dini, milli dözüm mərkəzinə çevrilmişdir. Şübhə yoxdur ki, indi belə Azərbaycanda erməni qanı daşıyan, lakin Azərbaycan hesabına dolanan, türk çörəyini yeyən insanlar çoxdur. Budur : Azərbaycanın tolerantlıq modeli, Ermənistanın isə millətçi modeli…


            Azərbaycanın sürətli inkişafı, məqsədyönlü və davamlı strateji xətti ölkəmizin nəinki regionda, həmçinin dünya dövlətləri sırasında da seçilməsinə imkan yaratmışdır. Bu bir çox xarici dövlətlərin tanınmış ictimai-siyasi xadimlərinin, analitiklərinin çıxışlarında, dünyanın qabaqcıl mətbu orqanlarınlarında dərc olunan yazılarda öz təsdiqini tapmışdır.


            Daim antiazərbaycan mövqeyində dayanan, ermənilərə dəstək verən tanınmış və qalmaqallı siyasətçi Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24″ telekanalında Azərbaycanın gücü və düzgün siyasətini təsdiqləyən çıxışı Azərbaycanın inkişaf strategiyasının daim izlənildiyini göstərdi. O, Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərərək ölkəmizin davamlı inkişaf və tərəqqi yolunda olduğunu etiraf edib. Rus politoloq ölkənin bu cür sürətli və davamlı inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə – İlham Əliyevi Prezident seçməklə izah edib. Hansı ki, Vladimir Jirinovski zaman-zaman öz millətçi çıxışları, ermənipərəst mövqeyi ilə daim diqqət mərkəzində olub. Lakin real göstəricilər, inkişaf faktorları qatı bir siyasətçini belə hadisələri obyektiv qiymətləndirməyə vadar edir. Məhz buna görə, RLDP lideri millətçi baxışlarını arxa plana çəkərək, reallığı etiraf etməyə məcbur olub. Nəniki Azərbaycan paytaxtının, həmçinin regionların inkişafına toxunan Jirinovski digər post-sovet ölkələrinin də bundan ibrət götürməli olduqlarını deyib. “Azərbaycan yeganə ölkədir ki, bizdən nəsə qoparmaq istəmir”-deyə vurğulayan Vladimir Jirinovski bununla dolayısı ilə Azərbaycanın müstəqil siyasət yürütdüyünə eyham vurub. Rusiya-Azərbaycan münasibətlərinin hər zaman yüksək əməkdaşlıq prizmasında inkişaf etdiyini vurğulayan politoloq Rusiyanın Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə hər zaman maraqlı olduğunu və buna can atdığını qeyd edib. Jirinovskinin bütün bunları etiraf etməsi hər bir həqiqəti göz önündə sərgiləməkdədir.


            Ermənistanın diplomatik məğlubiyyəti

           İqtisadi çöküş edən Ermənistan hökuməti yalnızca müharibə imitasyonu edəcək gücə malikdir. Bu imitasiya isə zaman-zaman səfalət içində boğulan xalqın gözünə pərdə asmaq, ya da ki, regionda mövcud təzyiqlərin tələb etdiyi zaman ortaya çıxır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyil, güclə ayaqda qalır. Soçi görüşündən sonra Ermənistan Prezidenti Serj Sarkisyan: “Ermənistan çox qısa zamanda istənilən çiçəklənən yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər” məzlum ölkənin dolayı yolla öz işğalçılıq siyasətini etiraf etməsi, faktiki olaraq əlavə güclərdən dəstək almasını sübut etməsi, digər tərəfdən də görüşdən sonra müharibə olmayacağı qarantını alan prezidentin quru şüarlarla xalqı aldatma manevri idi. Soçi görüşündən əvvəl pafoslu çıxışları ilə diqqət toplayan erməni hakim dairələri görüşün öz xeyirlərinə nəticələnəcəyinə ümid edir, Azərbaycan tərəfinə öz “arzular”ını diqtə etdirəcəyinə inanırdılar. Lakin daim xülya içərisində yaşayan Sarkisyan hökuməti bu görüşdən sonra diplomatik məğlubiyyəti ilə barışmalı oldu.
           Ermənistana digər bir zərbə isə 4 sentyabrda Uelsin Nyuport şəhərində baş tutan NATO-nun sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair sənədin qəbulu oldu. Bu, Ermənistanın təcavüzkar siyasətinə dolayısıyla bir zərbə idi. Bununla barışa bilməyən Ermənistan XİN başçısı Edvard Nalbandyan 8 sentyabr tarixində İrəvanda öz avstriyalı həmkarı Sebastyan Kurts ilə reallaşan birgə mətbuat konfransında Ermənistanın bu sənədin qəbul edilməsindən narazı qaldığını ifadə etdi. Azərbaycanın yeni diplomatik uğuru ilə əlaqədar hiddətini gizlətməyən nazir sənədin həmsədrlərin yanaşmalarına, ideyalarına və təkliflərinə uyğun gəlmədiyini, danışıqlar prosesinə ziyan vurduğunu deyib. Sözdə “humanizm” pərdəsi altında çıxış edən işğalçı ölkənin hökumət nümayəndələri illərdir əldə oluna bilməyən razılığın nə üçün gecikdirilməsindən, deyəsən, “xəbərdar deyillər”.


                Azərbaycan tərəfinin humanist siyasəti

           Azərbaycan prezidenti İlham Əliyev cəbhə xəttində baş verən gərginliyi xarakterizə edərkən bildirib ki, Ermənistanın bu təxribatının səbəbləri də aydındır: “Çünki Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi.


          Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir”.


           Sentyabrın 4-də Uelsdə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin birgə görüşü səfalət içində boğulan işğalçı ölkənin reallıqlarını bir daha ortaya qoydu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Maraqlı məqam isə görüşdən sonra Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Serj Sarkisyanın psixoloji durumu haqqında “tvitter” səhifəsində yazdığı düşüncələrdir. Artıq bir neçə dəfədir ki, baş tutan görüşlərdə erməni prezidentini müşahidə edən Novruz Məmmədov onun psixoloji durumunun heç də qənaətbəxş olmadığı nəticəsinə gəlmişdir. Buna əsas verən isə düşmən ölkənin başçısının bir-biri ilə uyğunlaşmayan hərəkət və danışıqlarıdır. Görünür, erməni səfaləti, rus əsarəti, bir tərəfdən də illərdir ki, həlli mümkün olmayan münaqişə artıq Sarkisyanın psixoloji vəziyyətinə də təsir göstərir. Nə qədər ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, qəti qərara gələ bilməyəcək, o qədər də uçuruma doğru yuvarlanacaqdır. Çünki Azərbaycanla birgə razılığa nail olunması Ermənistan üçün strateji əhəmiyyətli layihələrdən faydalanmaq iqtisadi səfalətdən xilas olmaq baxımından daha vacib bir addımdır.


          İndiki şərait müharibə reallığını inkar edir. Dünya gücləri bölgədə müharibə başlanması istəyində deyillər. Azərbaycan isə baş verən hadisələrdə yenə öz prinsipial mövqeyini ortaya qoyaraq bir daha göstərdi ki, biz güclüyük, eyni zamanda humanist siyasət yeridirik. Amma beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik.


                                                                                                           Nailə Məmmədova

                                                                                                        “KarabakhİNFO.com”
Paylaşın:

18 OKTYABR – İSTİQLALIMIZIN BƏRPASI


      Sovet rəhbərləri SSRİ-nin dağılmasının qarşısını ala bilmədilər. Əksinə, 19-20 Yanvar qırğını onu daha da sürətləndirdi.
1990- ilin may ayı idi. Sovet ordu hissələrinin ­ Bakıda olduğu o qorxulu günlərdəmayın 21- Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan parlamentinin binası üzərində qaldırıldı. Xalqımız vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günü – 28 Mayı nümayişlərlə, mitinqlərlə qeyd etdi.
1991-ci ilin fevralında dövlətimizin adı da dəyişdirildi. Onun adından «sovet» «sosialist» sözləri çıxarıldı. Dövlətimiz Azərbaycan Respublikası adlandırıldı. Dövlətimizin bayrağı da dəyişdirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay-ulduzlu bayrağı yenidən Azərbaycanın dövlət bayrağı oldu.
Xalqımız Rusiya ağalığından birdəfəlik xilas olmağa can atırdı. Lakin M.Qorbaçovun başçılıq etdiyi Sovet dövləti var gücü ilə Azərbaycanı öz əsarəti altında saxlamağa çalışırdı. Bu məqsədlə Azərbaycan Respublikasında oyuncaq prezident seçkiləri keçirildi Moskvapərəst Ayaz Mütəllibov prezident elan edildi. Lakin xalqın mübarizəsi güclənməkdə idi.
Moskva isə Azərbaycan Respublikasının tamamilə müstəqilləşməsinə mane olmaq istəyirdi. Buna görə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdirildi. Moskvanın köməyi ilə Azərbaycanın Yuxarı Qarabağ Goranboy ərazisinin bir hissəsini birləşdirən qondarma «Dağlıq Qarabağ Respublikası» yaradıldı. Beləliklə, müstəqil Azərbaycan torpağında yeni bir erməni «dövləti» yaradılmış oldu.
Lakin Moskvanın bu cür hiylələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi. 1991-ci il oktyabrın 18- Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildi. Amma hələ SSRİ dövləti qalırdı. qədər ki, SSRİ dağılmamışdr, Azərbaycan tam müstəqil ola bilməzdi. Ona görədir ki, Azərbaycan Respublikasının öz müstəqilliyini elan etməsinə baxmayaraq, onu hələ heç bir xarici dövlət tanımamışdı.
1991-ci ilin dekabrında SSRf dağıldı. M.Qorbaçov da şərəfsizcəsinə öz vəzifəsindən kənar edildi, tarixin tullantıları içərisinə atıldı. Xalqımıza qarşı qanlı qırğın törədən cəlladlardan biri beləcə cəzasına çatdı.
1991-ci il dekabrın axırlarında (29-da) Azərbaycan Respublikasında ümumxalq səsverməsi keçirildi. Səs verənlərin 95 faizindən çoxu Azərbaycan Respublikası dövlətinin müstəqilliyinə tərəfdar çıxdı.

Bu müstəqillik xalqımızın sovet işğalına qarşı 70 illik mübarizəsinin yekunu oldu. Xalqımız azadlığa çıxdı.
Paylaşın:

QARABAĞIM


Bülbülün xoş nəğməsisən,
Cabbarın zil, bəm səsisən
Gül-çiçəklər guşəsisən,
Bağça-bağım
                   – Qarabağım!

İgidlərin ad-sanısan,
Ürəklərin dastanısan,
Azərbaycan övladısan,
Gözəl çağım
                   – Qarabağım!

Ocağının közü mənəm,
Çöllərinin düzü mənəm,
Çeşmələrin gözü mənəm,
Ucalığım
                   – Qarabağım!

          Sal qayanı öpüm sənin,
Keşiyini çəkim sənin,
Köksünə gül səpim sənin,
Çil-çırağım
                    – Qarabağım!

Harda olsam ürəyimsən,
Arzu-ümid, diləyimsən,
Bükülməyən biləyimsən,
Od-ocağım
                     – Qarabağım!

Qasım QIRXQIZLI
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi