BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

6 Aralık 2014 Cumartesi

ERMƏNİLƏRİN AZƏRBAYCANLI TÜRKLƏRİNƏ QARŞI APARDIQLARI SOYQIRIMDAN SEÇMƏLƏR

Posted at  12/06/2014  |  in  Dağlıq Qarabağ münaqişəsi

             

          Ayıq olun, qardaşlarım. erməni fitnəsinə uymayın. Bir əsrdə buraxdığımız səhvlərin acı nəticələrini özümüzlə XXI əsrə aparırıq. Bax budur bizim yüz illik tariximizin acı səhifələri.
         "1905 ci il hadisələrinə qədər ermənilər genosid ylo ilə 700 mindən artıq azərbaycanlını faciəli surətdə məhv etmişlər". (M.S.Ordubadi: "Qanlı sənələr" kitabı. Vaxtı ilə həmin kitab M.F.Axundov adına kitabxanadan oğurlanmışdır.)
                                                      ***
          O dövrdə Bakı genosidinə şəxsən Stepan Şaumyan başçılıq edirdi və nahaq qanı axıdılan  minlərlə bakılının ölümünə də bais şəxsən Stepan Şaumyandır.
          Qarabağın azərbaycanlı əhalisinin taleyinə cavabdeh olan İsmayıl Sultanov Gəncə qəzasının rəisinə yazırdı: "Artıq 19 apreldən başlayaraq Ararat orduları Göyçə mahalının və Yeni Bəyazit qəzasının dinc müsəlman əhalisini məhv etmişlər. İndiyə kimi 22 kənd və o kəndlərin 60 min əhalisi qırılıb məhv edilmiş, yandırılmışdır. Bədbəxt müsəlman əhalisi erməni ordularının güllələri ilə məhv olub qırılırlar. Ermənilərin və erməni hökümətinin öz qədim od qonşuları olan sədaqətli müsəlmanlara bu qeyri - insani rəftarları insanı dəhşətə gətirir. Qadınları, uşaqları, qocaları və gənc oğlanları qırırlar. Qızları və cavan qadınları isə məqsəd üşün saxlayırlar.
          Camaatın nəyi varsa süpürüb ac Ermənistan üçün aparırlar. Doğma yurdlarından qaçqın düşən müsəlmanlar yollarda ac - yalavac, susuz qalıb, onları izləyən erməni qoşunlarının zərbindən və soyuqdan qırılırlar".                                        
                                                 "Azərbaycan" qəzeti, 17 may 1919 - cu il.
   
                                                ***
         Yeni Bəyazit genosidindən daşnak Vaarama iftixar hissi ilə danışır: “Mən Basarkeçərin Türk əhalisini qırdım. Ancaq bəzən adamın gülləyə heyfi gəlir. Ən etibarlı üsul odur ki, döyüşdən sonra sağ qalanları yığıb quyulara doldurasan və üstlərinə ağır daşlar tökəsən ki, birdəfəlik yür üzündən silunsinlər. Mən belə də etdim. Bütün kişiləri, qadınları və uşaqları yığıb işlərini bitirdim. Sonra onları quyulara töküb üstlərini daşlarla doldurdum”. 

         Əfsuslar olsun ki, dost və düşmənlərimizi yaxşı tanıya bilmədiyimiz üçün əsrlər boyu torpaqlarımızı itirib, soyqırıma məruz qalmışıq.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top