Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SƏYYAR GÖRÜŞ-QƏBULLAR

 Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov Gəncə şəhərində müvəqqəti məskunlaşan Kərkicahan qəsəbə sakinləri ilə görüş-qəbul keçirmişdir. Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, polis rəisi İlqar Rüstəmli, xəstəxananın Baş həkimi Məmməd Nağıyev, Təhsil şöbəsinin müdiri Şakir Əliyev, şöbə müdiri Vaqif Ağayev iştirak etmişdir.
Qəbulda çıxış edən sakinlər yeni salınacaq yaşayış massivində xeyir-şər evinin tikilməsi, yeni tikilən binaların münasib bir ərazidə salınmasını, təsərrüfatla məşğul olanlara kreditlərin verilməsi, qəbiristanlıq yolunun ciddi təmirə ehtiyac olduğunu bildirdilər tezliklə doğma yurdlarına qayıtmağı arzuladılar.
İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov irəli sürülən təkliflərə münasibət bildirərək bir çox məsələlərə aydınlıq gətirdi.
Görüş-qəbulda iştirak edən Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev çıxış edərək verilən təkliflərin həll olunacağını bildirdi.
Qəsəbə sakinləri Səyyari-göcrüş qəbuldan razı qaldıqlarını qeyd etdilər, ölkə Prezidenti möhtərəm İlham Əliyevə, rayon İH-nin Başçısı Şahmar Usubova iştirak edən məsul şəxslərə minnətdarlıqlarını bildirdilər
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi