BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

25 Eylül 2014 Perşembe

"Xocalı soyqırımını bugünkü Ermənistan rəhbərliyi törədib"

Posted at  9/25/2014  |  in  Görüşlər


"Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim müdafiə edir". 
   APA - nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Malayziya baş naziri 
Mohammad Nacib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan mövqedir və Azərbaycan-Malayziya əməkdaşlığını, qardaşlığını əks etdirir.
                     "Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf 7 rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir", – deyə o vurğulayıb.

 Prezident İlham Əliyev qeyd edib ki, Xocalıdakı zorakılığı və soyqırımı bu gün Ermənistan
rəhbərliyində olan kriminal ünsürlər törədiblər: "Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü 
çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm".


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top