BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

12 Kasım 2014 Çarşamba

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR

Posted at  11/12/2014  |  in  Əlamətdar günlər


 Azərbaycan özünün Dövlət müstəqilliyini elan etdikdən sonra hakimiyyətə sahib çıxanlar siyasi savadsızlıq nümayiş etdirərək ölkəmizi sonu görünməyən burulğana doğru sürükləyirdilər. Anarxiya, özbaşınalıq müstəqilliyimizi zərbə altında qoyurdu. 1993- il iyunun 15- dahi siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı hər şeyi kökündən dəyişdi. Müstəqilliyimizə qəsd etmək istəyənlər geriyə çəkilmək məcburiyyəti qarşısında qaldılar. Heydər Əliyevin Azərbaycanımıza yenidən qayıdışı xalqımızın istiqlal mübarizəsində ən mühüm hadisə idi. 1993- il 15 iyun günü tariximizə Qurtuluş günü kimi daxil oldu.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan dövləti məhv olmaq təhlükəsindən xilas oldu.
Müstəqillik qazanmağımıza baxmayaraq dövlətimizin Əsas Qanunu - Konstitusiyası yox idi. Konstitusiyanın hazırlanmasına Heydər Əliyev şəxsən özü rəhbərlik etdi. Onun uzun gərgin əməyi sayəsində müstəqil dövlətimizin birinci Konstitusiyasının layihəsi hazırlandı. Konstitusiya layihəsi bütün xalqın müzakirəsinə verildi. Nəhayət, Konstitusiyamız 1995-ci il noyabrın 12- Ümumxalq səsverməsi yolu ilə qəbul olundu. O gündən başlayaraq xalqımız hər il bu günü Konstitusiya günü kimi bayram edir. Beləliklə Vətənimizin, xalqımızın, dilimizin, dövlətimizin adındakı müqəddəs Azərbaycan sözü Konstitusiyamız vasitəsilə əbədiləşdirildi.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top