BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

17 Kasım 2014 Pazartesi

17 NOYABR – DİRÇƏLİŞ GÜNÜDÜR

Posted at  11/17/2014  |  in  Əlamətdar günlər


Azad, müstəqil Azərbaycanımızın təqvimində qırmızı rənglə qeyd olunan bir gün var: 17 Noyabr! Xalqımız bu günü hər il Vətənimizin bütün guşələrində böyük təntənə ilə qeyd edir. Xaricdə yaşayan soydaşlarımız da həmin günü bayram edirlər. "Dirçəliş günü" adlanır - 17 Noyabr günü! Bu günün çox maraqlı şanlı bir tarixi vardır.
1988-ci il noyabrın 17-si idi. Səhər tezdən başlayaraq paytaxtımızın ayrı-ayrı yerlərində nümayişçi dəstələri yaradıldı. Nümayişçilər əllərində Azərbaycan SSRİ-nin oraq-çəkicli bayrağı ilə dəstə-dəstə indiki "Azadlıq" meydanına tərəf üz tutdular.
Mitinqdə çıxış edənlər "Müstəqillik!", "Azadlıq" çağırışları ilə əhalini azadlıq uğrunda mübarizəyə səsləyirdilər. Mitinq zamanı meydanın ayrı-ayrı yerlərində üçrəngli, ay-ulduzlu bayraqlarda görünməyə başladı.
Moskva hər bir vəchlə Azərbaycanın tamamilə müstəqilliyinə mane olmaq istəyirdi. Buna görə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdirildi. Lakin Moskvanın bir çox hiylələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi. 1991-ci il oktyabrın 18- Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu.
1991-ci ilin dekabrında SSRİ dağıldı. M.Qorbaçov da şərəfsizcəsinə öz vəzifəsindən kənar edildi, tarixin tullantıları içərisinə atıldı. Xalqımıza qarşı qanlı qırğınlar törədən cəlladlardan biri beləcə cəzasına çatdı.
1991-ci ildən 1993- ilə qədər rcspublikamızda özbaşınalıq baş alıb gedirdi. Xarici düşmənlərimizin havasına qol götüriib oynayanlar müstəqilliyimizi əlimizdən almağa var gücləri ilə çalışırdılar. Xalqımızın israrlı təkidi ilə 2-ci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev gərgin əmək sərf edərək müstəqilliyimizi qoruyub saxladı. Beləliklə Azərbaycan müstəqil dövlət kimi yaşayır uğurlu nailiyyətlərə imza atır.
Yaşasın müstəqil Azərbaycan Respublikası!     

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top