Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

AZƏRBAYCAN BAYRAĞI (Şəhriyar ALLAHYAROĞLU)


Ayparalı, ulduzlusan
Canım bayraq, gözüm bayraq.   
Uzaq-uzaq ölkələrdə
Dalğalanır bizim bayraq.
Göy, qırmızı, yaşıl rəngin,
Hər birinin mənası var.
İndi «Odlar Yurdu» adlı
Müstəqil od parçası var.
Məmmədəmin babamızın
Zəkasıyla yaranmısan.
Ümummilli liderimlə,
Bu dünyaya tanınmısan.
Neçə ildir səmalarda
Göz oxşayır göyqurşağı –
Azərbaycan bayrağı.

Düşmənimiz yaxşı bilir,
Bayrağımız müqəddəsdi.
Ramil o vaxt bayraq üçün,
O mənfurun başın kəsdi.
Səmalarda bir şahintək,
Sən uçursan qanadın var.
O rekordlar kitabında,
Öz yerin var, öz adın var.
Bizim qürur yerimizsən,
Düşmənlərə bir göz dağı,
Hər baxanda qan ağlayır,
Paxıllıqdan yanan yağı.
Səndə sənçün candan keçən
İnsanların can izi var.
Üzərində Mübariztək,
Oğulların qan izi var.
Az qalıbdır bəzəyəcək,
Rəngləriylə Qarabağı
Azərbaycan Bayrağı!
Azərbaycan Bayrağı!
                   Şəhriyar ALLAHYAROĞLU
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi