BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

1 Aralık 2014 Pazartesi

FRANSA QƏZETİ “QARABAĞ” FUTBOL KLUBUNU ERMƏNİSTAN KLUBU KİMİ TƏQDİM EDİB

Posted at  12/01/2014  |  in  Ümumi hadisələr

           Yaşadığımız dövr inernet dövrüdür. İstər xarici istərsə yerli saytlarda  Azərbaycanımız  haqqında yazılmış hər mövzuya diqqət yetirməli, orada yazılmış yanlış məlumatları dəyişdirməyə çalşmalıyıq. Heç şübhəniz olmasın ki, düşmən hər tədbiri görmüşdür. Xocalı faciəsini saxtalaşdıran, Azərbaycan dilində hazırlanmış erməni saytları çoxdur. İlk baxışdan bu saytların yerli saytlarla fərqi bilinmir. (Bu barədə növbəti saylarmızda daha ətraflı yazımız olacaq). Bəzən bir mövzunu axıra qədər oxumadan, mövzunun əsl mahiyyətini anlamadan  ondan istifadə edən yaxud onu paylaşan insanlar olur. Nəticədə bilmədən düşmənin dəyirmanına su tökmüş oluruq. Buna görə həmişə diqqətli olmalıyıq. Təəssüf ki, yerli  saytlarda da bir çox səhvlər aşkar olunur. Məsələn, bəzi işğal olunmuş ərazilər  haqqındakı şəkillərdə  Xankəndini qeyd etmirlər. Məncə bu ən böyük səhvlərdən biridir.                  Fransanın tanınmış qəzetlərindən birindəQarabağklubu ilə bağlı verilmiş yanlış məlumata görə qaldırılmış məsələ öz həllini tapıb.
           Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Couhaudun qarşısında qaldırılıb: “Qəzetin Baş redaktoru Fabrice Couhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti Qarabağfutbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib səhvin aradan götürüldüyünü bildirib.”
Bildirək ki, Fransanınlequipe.frsaytı AzərbaycanınQarabağklubunun Avropa Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.
           Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “QarabağAzərbaycan klubu kimi təqdim edilib.
          Çox böyük ehtimal var ki, bu məsələdə erməni xisləti  vardır. Belə hallar ilk deyil bundan sonra da olacaqdır. Erməni xislətinə təxribatına qarşı hamımız gözü açıq olmalıyıq.

                                                                                                      Qalib BƏYMMƏMMƏDOĞLU,
                                                                                                        Bölgə muxbiri
                                                                                                                                 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top