BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

12 Aralık 2014 Cuma

XALQA HƏSR EDİLMİŞ MƏNALI ÖMÜR

Posted at  12/12/2014  |  in  Ümumi hadisələr


«Mən həyatım, bütün əmək fəaliyyətim dövründə, ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam».
Heydər ƏLİYEV
                
Ümummilli lider Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Ailənin zəhmətkeş olması onun dünyagörüşünün formalaşmasına, əhəmiyyətli təsir göstərmiş, əməksevərlik keyfiyyətlərini şərtləndirmişdir. Heydər Əliyev ilk təhsilini Naxçıvan şəhərindəki orta məktəbdə və sonra pedaqoci texnikumda davam etdirmişdi. Müəllimlərinin və sinif yoldaşlarının müxtəlif dövrlərdə dərc edilmiş xatirələrindən məlum olur ki, gənc Heydər Əliyev təhsil aldığı illərdə elmlərin əsaslarını mükəmməl və dərindən mənimsəməklə yanaşı, ədəbiyyata və incəsənətə də böyük maraq göstərmiş, bütün parametrlər üzrə nümunəyə çevrilmişdir. O, 1939-cu ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olmuş, orada səy və bacarıq nümayiş etdirmişdir. Müəyyən səbəblərə görə, 1941-ci ildə təhsilini yarımçıq qoymalı olan Heydər Əliyev sonralar ADU-nun (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olaraq, 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Sonrakı illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin rəhbərliyi Heydər Əliyevi Dövlət Təhlükəsizlik orqanlarında işə göndərir və bu uzaqgörənlik sonralar özünü tamamilə doğruldur.
Dövlət Təhlükəsizlik orqanlarında sıravi işçidən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksələn və general-mayor rütbəsinə layiq görülən Heydər Əliyev burada fenomenal qabiliyyət və vətənpərvərlik nümayiş etdirir.
1969-cu ilin iyul ayı cənab Heydər Əliyevin tərcümeyi-halında, eləcə də Azərbaycan xalqının taleyində şərəfli mərhələlərdən birini təşkil edir. Məhz elə həmin il Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. 1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək cənab Heydər Əliyev xalqımızın həqiqətən sıçrayışlarla inkişafını təmin edir. 14 il müddətində bir neçə onilliyə sığışmayan nəhəng işlər görülür. Azərbaycan geridə qalmış aqrar-sənaye respublikadan qabaqcıl respublikaya çevrilir.
Heydər Əliyevin respublikada apardığı uğurlu işlər, rəsmi Moskvanın ədalətli dairələrinin də nəzərlərindən yayınmamışdır. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev mərkəzə işə dəvət olundu. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Moskvada rəhbər işdə olduğu müddətdə – 1982-ci ilin noyabrından 1987-ci ilin oktyabrınadək – bütün Sovet səhiyyəsi, təhsil sistemi, nəqliyyatı Heydər Əliyevin gərgin əməyi ilə hərəkətə gətirildi.
O illərdə Heydər Əliyevin şöhrətini qısqanclıqla izləyən M.Qorbaçov, nəhayət, 1987-ci ilin noyabrında onu vəzifədən uzaqlaşdırmağa nail oldu.
Təsadüfi deyil ki, Heydər Əliyev işdən uzaqlaşdıqdan bir neçə ay sonra məlum Dağlıq Qarabağ hadisələri qaynamağa başladı. O vaxtkı nankor Azərbaycan rəhbərliyinin qərarı ilə Heydər Əliyevin Bakıya gəlməsi yasaq edilir. O, Naxçıvana gedir və 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyir. Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın üçrənğli bayrağı ilk dəfə Naxçıvan üzərində dalğalanır. Muxtar Respublikanı blokada və erməni təcavüzü şəraitində yaşatmaq üçün Türkiyə və İranla normal əlaqələr qurulur.
Nəhayət, Azərbaycan Respublikasının taleyüklü problemlərinin uğurlu həllinin başlanğıcını qoymuş tarix, 15 iyun 1993-cü il məqamı gəlib yetişir. 1993-cü il oktyabrın 3-də və 1998-ci ilin oktyabrında – xalqın mütləq əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab Heydər Əliyev 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə də nail olmuşdu.
Bu gün ümummilli lider Heydər Əliyev aramızda olmasa da, bu şərəfli yolu onun davamçısı Prezident İlham Əliyev çox səriştə ilə, inamla, uğurla davam etdirir. Azərbaycan xalqı hamılıqda əmindir ki, ulu öndər Heydər Əliyevin ləyaqətli yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyev siyasi varislik ənənələrini uğurla davam etdirərək xalqımızı daha işıqlı sabaha aparacaq.
Fərman ƏZİZLİ

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top