Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Məcburi köçkün qadınlar" ictimai birliyinin tədbiri

         12.12.2015 tarixində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin akt zalında "Məcburi köçkün qadınlar" ictimai birliyinin təşkilatçılığı ilə "Məcburi köçkün gənclər və yeniyetmələr arasında təbliğat işləri aparmaqda onların hərbi peşəyə yiyələnmələri üçün vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq" adlı tədbir keçirildi.
         Tədbirdə Kosalar, Yaloba, Başkənd tam orta məktəblərinin şagirdləri, müəllimləri və direktorları, ictimai birliyin sədri keçmiş döyüşçü, hərbi qulluqçu ailəsi, "Ömər, "Güzgü" yüksəkliyində həyat yoldaşı ilə çiyin-çiyinə xidmət edən Zərifə Həmzəyeva, döyüşçü Əsəd Hüseynov, Zəngilan İH-nin Mеmarlıq və tiкinti şöbəsinin müdiri Dilşad Həsənova iştirak etdilər.
         "Məcburi köçkün qadınlar" ictimai birliyi tərəfindən Kosalar kənd tam orta məktəbinə televizor hədiyyə edildi.  

         Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.
                                                                                    Qalib Bəyməmmədoğlu

Paylaşın:

Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən tədbir haqqında məlumat

   12 dekabr 2015-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Yeni qəsəbə-2-də Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq muzeyində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anım tədbiri keçirildi. Tədbirdə Kosalar kənd Mədəni-maarif işçiləri və qəsəbə sakinləri iştirak etdilər. Muzeyin direktoru Tofiq Məmmədov tədbiri açaraq ulu öndərin həyat fəaliyyəti haqqında məlumat verdi. Çıxış edənlər böyük siyasi və dövlət xadimi haqqında öz fikirlərini söylədilər. Tədbir məktəblilərin söylədikləri şeirlərlə başa çatdı.
                                                                                                                     "Xocalının səsi"
Paylaşın:

Xocalı rayon Mədəniyyət evində "Xankəndi" sənədli filmi nümayiş etdirildi.

             02.11.2015-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində  Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xənkəndi  şəhəri haqqında tədbir keçirildi. Tədbirdə Xankəndinin qədim və indiki tarixini əks etdirən "Xankəndi" sənədli filmi nümayiş etdirildi.
            Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə rəhbərləri və 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova iştirak etdi.
            Xocalı rayon İcra Hakimiyyəti  Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiə Qarayeva  tədbiri açıq elan etdi. Tədbirin mahiyyətini açıqladı. O, bildirdi ki, XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı Stepan Şaumyanın adı qoyulan Xankəndinin 1991-ci ildə  adı yenidən bərpa edilmişdir. Xankəndi şəhəri Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir.
            Lamiə xanım çıxışını"Xankəndi" sənədli filminin nümayişi ilə sonlandırdı.


            Sənədli filmdə Xankəndi şəhəri haqqında ümumi məlumat və erməni işğalına məruz qalmasının xronoloji ardıcıllığı göstərildi.
            Sonra çıxış üçün söz millət vəkili Flora Qasımovaya verildi.  Flora Qasımova Xankəndi haqqında məlumat verdi. Nümayiş olunan "Xankəndi" sənədli filmi nümayişinə  dəfələrlə baxsa da yenə diqqətlə baxıb məlumatını artırmaq istədiyini söylədi.  Biz tariximizə, mədəniyyətimizə aid olan bütün informasiyaları artırmalıyıq. Tariximizi, keçmişimizi unutsaq  gələcək nəsilə heç nə ötürə bilmərik.  

             Millət vəkili Xankəndi şəhərinin icra strukturunun yaradılması üçün səylə çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xankəndi şəhər  İcra Hakimiyyəti yaradılarsa vətəndaşlar şikayət və təkliflərini doğru ünvana çatdıra biləcəklər. Onların müraciətlərinə vaxtında baxılacaq. Xankəndi adının batmaması üçün informasiya resurslarımızı Xankəndinə aid məlumatlarla zənginləşdirməliyik. Belə olan halda düşmənlərimiz  bizim doğma torpaqlarımızı heç bir zaman unutmayacağımızı görərlər.  
            Azərbaycan Respublikası  Milli Məclisinə V çağırış seçkilərinin qalib deputatı 1337 səs toplayan Flora Qasımova ona səs verən bütün seçicilərə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim yeganə dərdimiz  Vətənimizdir - Qarabağdır. Bünün üçün ən sadə vətəndaşdan tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər birimiz ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləməliyik. İnşallah şanlı bayrağımızı Xankəndində və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. 
            Millət vəkili bundan sonra da vətəndaşların problemləri ilə yaxından maraqlanacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
   Məqalədə yazı işləri davam etməkdədir...                                Qalib Bəyməmmədoğlu


Paylaşın:

Qırxqızım şeiri (Qasım Qırxqızlı)

Qırxqızın bulaqları,
   Göy çalır qıraqları.
   Çağırıram hay vermir,
   Kar olub qulaqları. (Bayatı)
Dağlarım dayanıb kədərli- qəmli
Bir gözü ağlardır, bir gözü nəmli,
Dünyamız yaranıb qanlı-sitəmli,
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Duman olub sinən üstə yataydım,
Günəş kimi şah zirvəndən bataydım,
Dərə olub ətəyindən tutaydım.
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Yelligədik yaxasını açaydı,
Qartalların qıyya çəkib uçaydı,
Buludların tutub bizi qucaydı.
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Qoxuyaydım, çiçəyini- gülünü,
Sığal çəkçib oxşayaydım telini.
Bəndə dönüb saxlayaydım selini
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.

Qırxqızlı vətəndə vətənsiz qalıb,
Bahar  buludutək boşalıb-dolub,
Ağarmış saçını dərdi-qəm yolub
Qırxqızım, Qırxqızım, oylağım mənim,
Aranım, yaylağım, ay dağım mənim.


Qasım Qırxqızlı
Paylaşın:

Gəncə şəhərində "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılğı ilə"Hər şey Vətən naminə, hər şey qələbə üçün" devizi altında tədbir keçirildi.

            24.11.2015-ci il tarixində Gəncə şəhərində "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılğı ilə"Hər şey Vətən naminə, hər şey qələbə üçün" devizi altında tədbir keçirildi. Tədbirdə ictimai fəallar, idarə və müəssisə rəhbərləri, birliyə yeni üzv olan insanlar və məktəb şagirdləri iştirak etdilər.
            
            Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra Vətən torpaqları uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
            Tədbirdə  Xocalı sakini kimi iştirak edən TQDK-nin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov tədbir iştirakçılarını salamladı və sözü "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin " sədri Şamil Sabiroğluna verdi.
            Şamil Sabiroğlu çıxış edərək Azərbaycan xalqının başına erməni quldurları tərəfindən gətirilən müsubətlərdən danışdı. Xocalı faciəsi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, erməni vəhşiliklərini ifşa etmək, Xocalı faciəsini dünyanın diqqətinə çatdırmaq üçün hər birimizin üzərinə düşən müəyyən vəzifələr var. Sosial şəbəkələrdə aktiv olmaq, informasiya resurslarımızı Xocalı faciəsi haqqında olan məlumatlarla zənginləşdirmək lazımdır.

            Sonra söz "Yeni Yurd"  Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya verildi. O, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin " və Şamil Sabiroğlunun ictimai birliyin sədri kimi  fəaliyyətindən söhbət açdı. İctimai birliyin Gəncə regional bölməsinə sədr təyin edilmiş Aqil Məmmədova uğurlar arzuladı.
            Nəsimi Məmmədov Gəncə şəhər İH-nin başçısı cənab Elmar Vəliyevə xüsusi təşəkkürünü bildirdi. Gəncə şəhərinin sosial-iqtisadi inkişafında müsbət dəyişiklər olduğunu və Gəncə şəhərinin daha da gözəlləşdiyini söylədi.  Elmar Vəliyevin şəhid ailələrinə göstərdiyi  qayğıdan danışdı.
            “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai birliyinin sədri Almaz Aşurov Xocalı faciəsinin dəhşətli hadisələrindən danışdı. Onun müharibəyə qatılmağının əsl səbəbinin Xocalı faciəsi olduğunu qeyd etdi. Bu dərd tək xocalıların dərdi deyil. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına  yazılması  və gələcək nəsillərə çatdırılması lazımdır.  O, hər kəsi informasiya müharibəsində fəal olmağa çağırdı.
            Nəsimi Məmmədov Xocalı övladlarının hər zaman Azərbaycanın ictimai həyatında fəal olduqlarını və bir sıra yüksək vəzifələrdə çalışdıqlarını tədbir iştiakçılarının diqqətinə çatdırdı. Sözü "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin yeni açılmış Gəncə regional bölməsinin sədri "Tərəqqi" medalı mükafatçısı, II qrup Qarabağ  əlili, həkim Aqil Məmmədova verdi.
            Aqil Məmmədov tədbirə gələn qonaqları  salamladı. Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər bir Azərbaycan gənci bizə edilən bəd əməlların qarşısını vaxtında almaqda həmrəy olmalıdır. İstər ictimai həyatda, istərsə də sosial şəbəkələrdə Xocalı faciəsini yüksək səviyyədə təbliğ etməlidir. O, tədbirin keçirilməsinə şərait yaratdığı üçün Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev cənablarına öz minnətdarlğını  bildirdi.  "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəaliyyətindən söhbət açdı. Gəncə şəbəsinin sədri seçilməsinə onu layiq bildiyinə görə Şamil Sabiroğluna təşəkkürünü bildirdi və bu şöbənin sədri kimi öz vəzifəsinin öhdəsindən layiqincə gələciyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
            Nəsimi Məmmmədov Xocalı gənclərinin fəallığından, intellekt səviyyəsindən danışdı. O, bildirdi ki, Xocalı rayon gəncləri bütünlüklə Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Söz YAP  Xocalı rayon Gənclər birliyinin sədri Aynurə Abışovaya verildi.
            Aynurə Abışova Yeni Azərbaycan Partiyasının gənclərə olan qayğısından söz açdı. Gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsini və təbliğat işlərində düzgün mövqe tutmalarını xahiş etdi. Aqil Məmmədova uğurlar arzuladı.
            Ayna Allahyarqızı 12 yaşından erməni vəhşiliklərini öz gözləri ilə gördüyünü və erməni quldurlarının cəzasının tezliklə verilməsini istədi. Noyabr ayı onun üçün ən ağır aylardan biri olduğunu vurğuladı.  Xocalıda dərs zamanı erməni quldurları tərəfindən məktəbə atılan alazan ilə doğma məktəbinin dağıldığını, həmin gün Xocalıda son dərs günü olduğunu söylədi. Heç zaman dağılan məktəbimizin ağrısını, müəllimimi unudan deyiləm. İnşallah doğma torpaqlarımızı düşmən tapdağı altından azad edəcəyik. Şanlı bayrağımızı Qarabağ torpaqlarında dalğalandıracağıq sözləri ilə çıxışını başa vurdu.
            Daha sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə tədbir iştiakçılarını salamladı. Bu gün burada çıxış etməyin çox həyəcanlı olduğunu söylədi. Aygün Həsənzadə Xocalı faciəsindən geniş söhbət açdı.
            QHT-nin nümayəndəsi Teymur müəllim bəzi gənclərdən vətənpərvərlik hisslərini süni olaraq biruzə verməməklərini xahiş etdi. Vətən sevgisi sosial şəbəkələrdə reklam xarakterli olmamalıdır. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyininə və Gəncə regional bölməsinin sədri  Aqil Məmmədova fəaliyyətində uğurlar arzuladı və birliyin tədbirlərində daim iştirak etmək istədiyini, tədbirlərin keçirilməsi üçün əlindən gələn yardımı edəcəyini bildirdi.
            Nəsimi Məmmədov çıxışının sonunda Xocalı faciəsi haqqında şeirlər söyləmək üçün sözü şagirdlərə verdi.
            Tədbirin sonunda "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gənə regional bölməsinin sədri Aqil Məmmədova və digər fəal şəxslərə üzvlülük vəsiqəsi təqdim olundu.

                                                                                                             Qalib Bəyməmmədoğlu


                                                                                                          





Paylaşın:

YAP Xocalı rayon Gənclər Birliyi və YAP Goraboy rayon Gənclər Birliyi arasında qarşlıqlı əməkdaşlıq mövzusunda görüş keçirildi.


            21.11.2015  -  ci il tarixində Xocalı şəhər 1 saylı Uşaq Musiqi Məktəbində YAP Xocalı rayon Gənclər Birliyi və YAP Goraboy rayon Gənclər Birliyi arasında görüş keçirildi. YAP Xocalı Gənclər Birliyinin sədri Aynurə Abışova görüşün məqsədini açdı. Qarşıda keçiriləcək bəzi tədbirlərdə YAP Goranboy rayon Gənclər Birliyi ilə əməkdaşlıq etməyin faydalı olacağını qeyd etdi. Fransada baş vermiş terror hadislərini qınamaq və bu ölkənin  acısına şərik çıxmaq məqsədi ilə öz profil şəkillərini Fransa bayrağı ilə bəzəyən sosial şəbəkə istifadəçilərinin  vətənpərvərlik hisslərindən uzaqlaşdığını söylədi. Bizim xalqın başına gətirilən terrorlar, faciələr heç  zaman unudulan deyil. Sosial şəbəkə istifadəçilərinin öz milli atributlarımızdan, milli qəhramanlarımızın şəkillərindən, Xocalı faciəsini əks etdirən, işğal altında olan rayonlarımız haqqında məlumatlar olan şəkillərdən istifadə etməklərinin daha məqsədə uyğun olduğunu vurğuladı və belə hallarda təbliğat işinin vacibliyini bildirdi.  
   
            Sonra YAP Xocalı Gənclər Birliyinin idarə heyətinin üzvü Hümbətov Rüstəm çıxışında qeyd etdi ki,  Fransada baş vermiş belə terror hadisələrini  erməni  terrorçuları hələ 1918-ci ildən Azərbaycan xalqına törədib. Terrordan əziyyət çəkmiş bir ölkənin vətəndaşları kimi biz də terroru lənətləyirik. Ancaq dünyanın gözü qarşısında baş vermiş Xocalı faciəsinə, Qarakənd faciəsinə və erməni terrorçularının əli olduğu digər terror hadisələrinə xristian ölkələri göz yumur, diqqət yetirmir. Erməni terrorçuları hələ də cəzasız qalıbdır.
            YAP Goranboy Rayon Təşkilatının  təlimatçısı Cavid Müslüm Hüseynli  geniş  çıxışında dünyada baş verən siyası hadisələrə öz münasibətini bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. O, bildirdi ki, qarşılıqlı əməkdaşlıq etmək üçün mütamadi əlaqə saxlamaq lazımdır. Tədbirlərdə həmrəylik göstərmək üçün lazım olan köməkliyi göstərəcəklərini  və bu əməkdaşlığın hər iki  rayon gənclərinə faydalı olacağını bildirdi.
            YAP Goranboy rayon Gənclər Birliyinin sədri Həsən Şirinov da fikirlərini söylədi. 
            YAP Xocalı rayon Gənclər Birliyinin şura üzvləri  Ələkbərov Cahid və Həsənli  Pərviz  erməni terrorçularının törətdiyi facilərə uşaq vaxtlarından şahidlik etdiklərini, erməni  terrorçularını insanlıqdan uzaq bir varlıq kimi düşündüklərini qeyd etdilər.
            Görüş qarşılıqlı müzakirə əsasında davam etdi.
            Görüşün sonunda xatirə şəkilləri çəkdirildi.
                                                                                                              Qalib Bəyməmmədoğlu



Paylaşın:

Xocalı rayon məktəblərinin şagirdləri üçün fənn müsabiqəsi keçirildi.

                                                                                     Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub. 

    05.11.2015-ci il tarixində Xocalı rayon 1 saylı tam orta məktəbində Xocalı rayon məktəblərinin VIII sinif şagirdləri arasında fizika, kimya, biologiya fənlərindən, VII sinif şagirdləri arasında isə riyaziyyat fənnindən fənn müsabiqəsinin I mərhələsi keçirildi. Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
     Fənn müsabiqəsinin I mərhələsində birinci yeri tutan şagirdlər məktəblərini II mərhələdə də təmsil edəcəklər.

                                                                                          Qalib Bəyməmmədoğlu
                                                                                                         Bölgə muxbiri


Paylaşın:

Qasım Qırxqızlı

Həyatı
1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olmuşdur.

20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir.
Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən isə bu qəzetin baş redaktorudur.

Kitabları
Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir.

Filmoqrafiya
"Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır.

Mükafatları
O. indiyədək "General Məhəmməd Əsədov",  "Qızıl qələm" və  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.

Paylaşın:

Qasım Qırxqızlı dünyasını dəyişdi.

     31 oktyabr 2015-ci il tarixində "Xocalının Səsi" qəzetinin redaktoru Qasım Qırxqızlı haqq
dünyasına qovuşdu. Düşünürüəm ki, onun çapa vermədiyi çoxlu sayda şeirləri, məqalələri qaldı. Mən Qasım müəllimi həmişə yaradıcı, yorulmaz iş fəaliyyətinə malik bir insan kimi xatırlayacağam. O, son zamanlar səhhətində baş verən ağrılardan şikayət edirdi. Lakin ömrünün son gününə qədər "Xocalının Səsi" üçün çalışdı. Ömrünün son günlərində "Tərəqqi" medalı ona verilən ən böyük dəyərlərdən biri idi.
    Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azırbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Xocalının Səsi" qəzetinin redaktoru Qasımov Qasım İslam oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
   Qasım Qırxqızlı "Xocalının Səsi" qəzetinin yaradıcılarından biri və 2000-ci ildən qəzetin baş redaktorudur. O. indiyədək "General Məhəmməd Əsədov" və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.
   Qasım müəllim bizim qəlbimizdə əbədi mehriban, səmimi insan kimi yaşayacaqdır. Onun "Xocalının Səsi" qəzeti üçün etdikləri heç bir zaman unudulan deyil.
   Ruhu Qırxqızda qanad çalan, qəbri qürbət eldə qazılan dostum, məkanın cənnət olsun. Amin!

Qalib Bəyməmmədoğlu,
Bölgə muxbiri
Paylaşın:

04 sentyabr 2015-ci il tarixdə Xocalı rayon təhsil işçilərinin sentyabr konfransında RTŞ-nin müdiri Ş.S.Əliyevin “2014-2015- ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda MƏRUZƏSİ

Hörmətli  İcra  Başçısı !  Hörmətli  qonaqlar, hörmətli həmkarlar !


          Azərbaycanda  dövlət  müstəqilliyinin   bərpa  olunmasından  keçən 24 il ərzində   bütün sahələrdə  olduğu  kimi  təhsil  sahəsində də nəzərəçarpan  irəliləyişlərə, inkişafa  təhsili ən gərəkli sahə  hesab  edən  ümummilli  liderimiz  Heydər  Əliyevin  apardığı  və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev  cənabları  tərəfindən  davam  etdirilən  uğurlu  siyasət  nəticəsində  nail olunmuşdur.”Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini  qarşıya qoyan  İlham Əliyev cənablarının bütün sahələrdə  olduğu kimi  təhsil  sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. Gələcəkdə  Azərbaycanın  təhsili  sahəsində   görüləcək  işləri  özündə  planlı  şəkildə əks  etdirən  “Azərbaycan   Təhsilinin   İnkişafı Strategiyası”nın  Ölkə  Başçımız  tərəfindən təsdiq  olunması və mərhələ  ilə  həyata  keçirilməsi   onun Azərbaycan  təhsilinə   xüsusi   diqqət  və  qayğı  göstərməsinin  bariz  təzahürüdür.2003-cü illə müqayisədə  2015-ci  ildə ölkəmizin  dövlət  büdcəsi  15 dəfə , minimum  əmək haqqı  19 dəfə, dövlət  büdcəsinin  tərkibində  təhsilə  ayrılan  ümumi  xərclər  11 dəfə, təhsilin  maliyyələşdirilməsi və investisiya  qoyuluşu  49 dəfə,  təhsil  işçilərinin  orta  aylıq  əmək haqqı  9 dəfə  artmışdır. 2003-cü  ildən  sonra  təhsil sahəsində  həyata  keçirilən  inkişaf  yönümlü  dövlət proqram  və layihələrin sayı  28-dir. 2003-2015-ci  illərdə  ölkə  üzrə  3000-ə yaxın yeni məktəb  və əlavə  korpuslar tikilmişdir.
         Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş,   təhsil  sisteminin  informasiyalaşdırılması  proqramı  respublikanın  bütün  təhsil  müəssisələrində uğurla  başa  çatdırılmışdır. Respublikanın  ümumtəhsil  məktəbləri  üzrə  hər  iyirmi  şagirdə bir kompüter  düşür.  Bizim  təhsil  müəssisələrimizdə  hal-hazırda  86 kompüter  vardır.  Bu kompüterlərdən  12-i Təhsil  Nazirliyi  tərəfindən  Xocalı şəhər 2 saylı  tam orta  məktəbə verilmişdir. Hal-hazırda  rayonumuzda  hər 16 nəfər şagirdə 1 kompüter  düşür. 2003-cü  ildən etibarən respublika  üzrə I-XI sinif  şagirdlərinin  pulsuz  dərsliklərlə  təminatı  100% olmuşdur. 2005-ci  ildən indiyə  qədər  respublika  məktəblərinin kadrlarla  təminatı  proqramı  uğurla  icra olunmuşdur. Bu illər  ərzində  15000 nəfərə yaxın  gənc  kadr  həvəsləndirmə  tədbirləri, əlavə güzəştlər  tətbiq olunmaqla   kadr  ehtiyacı  olan məktəblərdə  əmək  fəliyyətinə  başlamışlar. Bu illər ərzində Xocalı rayonu  üzrə  bu  kateqoriyadan olan 29  nəfər  müəllim rayonumuzun  təhsil müəssisələrində  əmək fəaliyyətinə  başlamışdır. 2004 – 2015-ci  illərdə  600-dən  çox  bal  toplayan abituriyentlərin dinamikası  artımla  inkişaf  etmişdir.  Son altı il  ərzində  Xocalı rayonu  üzrə  ali məktəblərə  qəbul olanlardan  7 nəfəri qəbul  imtahanlarında  600-dən  yuxarı  bal  toplamışdır, onlardan  4 nəfəri Prezident  təqaüdçüləri olmuşdur. Sevindirici  haldır  ki, bu ilki məzunlarımızdan 5 nəfəri  ali məktəblərə 600-dən yuxarı  bal toplayaraq  qəbul olmuşlar.
          Bütün bu  göstərilən  uğurlara  Azərbaycanın  inkişaf  etmiş  ölkələr  cərgəsinə  qoşulmasına Ölkə  Başçımız  İlham Əliyev  cənablarının  apardığı  uğurlu  və  məqsədyönlü  siyasət  nəticəsində nail  olunmuşdur. Elə bu  siyasətin  nəticəsidir  ki, 2015-cu ildə  Azərbaycan  dünyada  analoqu olmayan bir  möhtəşəmliklə  təşkil etdiyi  birinci  Avropa  oyunlarına  ev sahibliyi etdi. Bu Azərbaycanın  gündən-günə  artan  nüfuzunun  göstəricisidir.
          Məcburi  köçkünlük  şəraitində  fəaliyyətinə  baxmayaraq   respublika  təhsilində  əldə olunmuş uğurlar  Xocalı  təhsilinə  də sirayət  etmişdir.
          Məlumat  üçün  bildiririk  ki,  2014-2015-ci  tədris  ilinin əvvəlindən  etibarən  Xocalı RTŞ tabeliyində  12 tam orta, 1 ibtidai məktəb  və 1 UYM   Xocalı  rayon əhalisinin  daha  çox  kompakt şəkildə  məskunlaşdığı  6  bölgədə (Bakı ş, Gəncə ş,  Bərdə ş, Şəki ş,   Oğuz rayonu, Goranboy rayonu) fəaliyyət  göstərir. Bu  təhsil  müəssisələrindən doqquzu (Xocalı  şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba  kənd  tam  orta  məktəbləri )  “Qaçqın və Məcburi  Köçkünlərin  yaşayış  şəraitinin  yaxşılaşdırılması  və məşğulluğunun  artırılması” Dövlət Proqramlarına  uyğun  olaraq  inşa  oluinmuş  yeni  müasir  tipli  məktəb  binalarında  fəaliyyət göstərirlər. Rayonun Hacıkənd qəsəbəsində  fəaliyyət  göstərən 3 məktəbi –Kosalar, Başkənd, Yaloba kənd  tam orta  məktəbləri 2015-ci ilin  yanvarından  Hacıkənd qəsəbəsindən  Gəncə  şəhəri  Yeni qəsəbə-2-də inşa  olunmuş 440 şagird  yerlik məktəb  binasına  köçürülmüşdür.
        2014-2015-ci tədris  ilinin  əvvəlində  rayonumuzun  ümumtəhsil  məktəblərində 144  sinif komplektində  1388  nəfər  (onlardan 10 nəfəri  evdə  fərdi  təhsilə  cəlb  olunmuşlar) şagirdin  təlim-tərbiyəsi  ilə  313 nəfər  müəllim  məşğul  olmuşdur. Rayonun Goranboy  rayonu  ərazisində fəaliyyət göstərən  məktəblərində  təhsil  alan  şagird  sayının çoxluğu və zəruri  ehtiyac nəzərə alınaraq UYM 2015-ci  ilin  sentyabrından  Hacıkənd  qəsəbəsindən  Goranboy  rayonuna  köçürülmüşdür.  Xocalı rayon  UYM-də  10 qrupa  150   nəfər  şagird  cəlb  olunmuşdur.Tədris  ili  ərzində 38 nəfər  şagird respublikanın  məktəblərinə  getmiş, 71 nəfər  respublika  məktəblərindən  rayonumuzun məktəblərinə  gəlmişlər. 15  iyul 2015-ci il  vəziyyətinə  məktəblərimizdə 1271 nəfər şagird  yuxarı sinfə  keçmişdir.
         Rayonda  fəaliyyət  göstərən  3 məktəbəqədər təhsil müəssisəsində   həyata keçirilən  pedaqoji proses  RTŞ-nin  diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir.
         2014-2015-ci  dərs  ilinin  sonunda respublikanın, eləcə  də  rayonumuzun  ümumtəhsil məktəblərinin  IX siniflərində 2 fənn üzrə-ana dili və riyaziyyat fənlərindən,  XI siniflərində isə 3 fənn üzrə-  ana dili , riyaziyyat, xarici dili fənnlərindən  mərkəzləşdirilmiş  qaydada   cavab  kartı tətbiq  edilməklə TQDK  tərəfindən  keçirilmiş  buraxılış  imtahanlarına  hazırlıq  məqsədilə buraxılış imtahanları  modelinə  uyğun  suallar  əsasında  sınaq  imtahanlarının  keçirilməsi  bir  vəzifə  olaraq RTŞ  əməkdaşlarına  və  məktəb  direktorlarına  tapşırılmışdır.  2014-2015-ci  tədris  ili  ərzində  RTŞ əməkdaşları,  məktəb  rəhbərliyi  və fənn  müəllimləri  tərəfindən  mütəmadi  olaraq  Xocalı  rayon ümumtəhsil  məktəblərinin  IX və XI siniflərində  buraxılış  imtahanı  modelinə  uyğun  suallar əsasında  sınaq  yoxlamaları  keçirilmiş, sınaq  yoxlamalarının  nəticələri  məktəb  direktorları  və fənn  müəllimləri  ilə  birgə  müzakirə  olunmuş, çatışmazlıqların  aradan qaldırılması  istiqamətində müvafiq  tapşırıqlar  verilmişdir. 2014-2015-ci  tədris  ilinin  əvvəlində  rayonun  ümumtəhsil məktəblərinin  IX  sinifləri  üzrə  110  nəfər   şagird  olmuş,  dərs  ili ərzində  IX siniflərdən 3 nəfər   şagird  respublikanın  təhsil  müəssisələrinə, 1 nəfər peşə liseyinə getmiş, 1 nəfər  vəfat etmiş 4  nəfər respublikanın  təhsil   müəssisələrindən  IX  siniflərə  gəlmişdir. Dərs  ilinin  sonunda  IX  siniflər üzrə  109  nəfər  buraxılış  imtahanlarına   buraxılmış və  hamısı  buraxılış  imtahanlarında  iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin  IX sinifləri  üzrə mənimsəmə faizi bu il 66%-dir. Bu rəqəm 2014-cü  ildə 67% olmuşdur.
        IX siniflərin buraxılış  və qəbul imtahanındakı göstəriciləri.
                         

                                              Yerləşdiriləcək...




         2014-2015-ci tədris  ilinin  əvvəlində  rayonun  ümumtəhsil  məktəblərinin XI  sinifləri üzrə 118 nəfər şagird  olmuş, dərs ili ərzində 1 nəfər respublikanın  təhsil  müəssisələrindən XI siniflərə gəlmişdir. XI siniflərdən  gedən  şagird olmamışdır. Dərs  ilinin  sonunda 119  nəfər  buraxılış imtahanlarına  buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə  mənimsəmə  faizi 55%-dir. Bu rəqəm 2014-cü ildə 80% olmuşdur. Rayonun ümumtəhsil  məktəblərinin XI siniflərini  bitirən  şagirdlərin illik qiymətləri  əsasında onların hamısının yekun qiyməti müvəffəq  olmuşdur.  Bu şagirdlərə  119 ədəd  adi nümunəli  attestat paylanmışdır.
            XI siniflərin  buraxılış imtahanlarındakı  göstəriciləri:


                                               Yerləşdiriləcək...


            Məktəblərimizi  bu  il  bitirən 119  nəfər  məzundan  87  nəfəri ali və orta  ixtisas məktəblərinə  sənəd  vermiş, onlardan 42  nəfəri  ali  məktəblərə, 7 nəfəri  isə orta  ixtisas məktəblərinə  qəbul  olmuş,qəbulun  səviyyəsi 48% -dir. Ümumi məzunların  sayına görə 35%-dir. 2014-cü  ildə  rayonun tam orta  məktəblərini  bitirən  101  məzundan 77 nəfəri  ali  məktəblərə sənəd vermiş, onlardan 34  nəfər  respubllikanın  ali  məktəblərinə, 9  nəfər  orta  ixtisas  məktəblərinə qəbul  olmuş, qəbulun  səviyyəsi  44%  olmuşdur. Ümumi məzunların  sayına görə 34%-dir.
            2015-ci il məzunlarından  5 nəfəri  ali məktəblərə  qəbul  imtahanlarında 500-dən  yuxarı, 5 nəfəri isə 600-dən  yuxarı  bal  toplamışdır. Qəbul imtahanlarında Xocalı şəhər 1 saylı tam orta məktəb  üzrə 1 nəfər 500-dən  yuxarı, Xocalı şəhər 3 saylı tam  orta  məktəb  üzrə 1 nəfər  500-dən yuxarı, 2 nəfər  600-dən  yuxarı, Xocalı şəhər 4 saylı  tam orta  məktəb  üzrə 1 nəfər 600-dən yuxarı, Kərkicahan  qəsəbə tam orta  məktəb  üzrə 1 nəfər 600-dən  yuxarı, Kosalar  kənd tam orta  məktəb üzrə 2 nəfər 500-dən  yuxarı, Başkənd kənd tam orta məktəb üzrə 1 nəfər 500-dən yuxarı, Yaloba kənd tam orta məktəb üzrə 1 nəfər  600-dən  yuxarı  bal  toplamışdır. Qəbul imtahanlarında  rayon üzrə 635 balla Yaloba kənd tam orta məktəbin  məzunu  Süleymanova  Şahnaz  Füzuli qızı  I yerdə, 631 balla Xocalı şəhər 3 saylı tam orta  məktəbin məzunu  Hacıyev  Anar  Həsən oğlu  II yerdə,  609 balla Xocalı şəhər 4 saylı tam orta  məktəbin məzunu  Lətifli Röyal  Şahid oğlu III yerdə, 608 balla Kərkicahan qəsəbə tam orta  məktəbin məzunu Rəsulova Lamiyyə  Famil  qızı IV yerdə, 602 balla Xocalı şəhər 3 saylı tam orta  məktəbin məzunu  İsmayıllı  Elvin  İsgəndər oğlu V yerdə qərarlaşmışdır. Bu ilki  qəbulda XI sinfi  bitirən 1 nəfər -Xocalı şəhər 2 saylı tam orta  məktəbin məzunu  Quliyev  Yurxan  Süleyman  oğlu Daxili  Qoşunların Ali  Hərbi Akademiyasına, VIII sinfi bitirən 1 nəfər- Xocalı şəhər 4 saylı tam orta  məktəbin  şagirdi  Hüseynov  Fəxri  Etibar  oğlu C.Naxçıvanski adına hərbi liseyə  qəbul  olmuşlar. Neft Kimya  Prosesləri  İnstitutunun  direktoru, akademik Vaqif  Abbasov institut  əməkdaşları  ilə  birgə  Xocalı  şəhər 1 saylı tam orta  məktəbdə müəllim,valideyn və şagirdlərlə  görüşmüş, rayonun bir neçə  məktəbindən   seçilmiş 10 nəfər  şagird arasında kimya  fənni   üzrə  olimpiada xarakterli  yarış keçirmişdir. Yarış  iştirakçılarına  institutun diplomları  və  hədiyyələri  təqdim  olunmuşdur. Eləcə də V. Abbasov  institutun  elmi  şurasının qərarına  görə  Xocalı  rayonu  üzrə  Prezident  təqaüdçülərindən  başqa ən  yüksək balla  ali  məktəbə qəbul  olunmuş 3 nəfər  məzuna institut  tərəfindən  xüsusi  təqaüd  ayrılacağını  bildirmişdir.
             XI  siniflərin  qəbul imtahanlarındakı  göstəriciləri:


                                                         Yerləşdiriləcək...


          Yerli yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti Başçısının köməkliyi ilə  müvafiq təhsil şəraiti yaradılmışdır. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində  Qaragav kənd tam orta məktəbin filialının fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.
          Bütün  dərs  ilində  məktəblərimiz  bina  şəraiti və  tədris  üçün  lazım olan  ilkin avadanlıqlarla (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik  fondunun  və  2014-cü ildə Təhsil  Nazirliyindən  alınan  67 adda 8166 ədəd  dərsliyin hesabına  I –XI sinif  şagirdlərimizin  pulsuz  dərsliklərlə təminatı 100% olmuşdur. Ötən dərs ilində  I-VII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz  təlim kurslarında  iştirak  etmişlər.  I-VII siniflərdə  dərslər  yeni  tərtib olunmuş  fənn kurikulumları əsasında   tədris  olunmuşdur.  Təhsil sahəsində  yeni  fənn kurikulumlarının  tətbiqi  təhsilin məzmununda  köklü  dəyişikliklər  yaratmaqdadır. Yeni tədris  ilində  respublikanın  təhsil müəssisələrində  olduğu kimi  rayonumuzun  təhsil müəssisələrində də I-VIII siniflər üzrə dərslər yeni  fənn kurikulumları  əsasında  tədris  olunacaqdır.  2015-2016-cı dərs ilində  VIII siniflərdə  dərs deyəcək  müəllimlərimiz  10 günlük  təlim  kurslarında  iştirak  etmişlər.  Uzun illər  məktəblərimizdə bədii ədəbiyyata  olan  ehtiyac  2005-2008-ci  illərdə  Ölkə Başçısı İlham Əliyev  cənablarının tapşırığı  nəticəsində  tam ödənilmişdir.  Ölkə Başçısının bu addımı  müəllimlər, şagirdlər və rayon ictimaiyyəti tərəfindən  böyük razılıq və rəğbət  hissi ilə qarşılanmışdır.  Lakin məktəblərimizdə kifayət qədər bədii ədəbiyyat  olduğu halda  məktəblərimizin  bəzilərində  kitabxana  işinin təşkili heç də  yaxşı  vəziyyətdə  deyil. Yeni tədris ilində məktəb kitabxanalarında dərsliklərin qorunması və oxu işinin  təşkili diqqət mərkəzində  saxlanılmalıdır.
        2015-2016-cı  dərs ilində   Təhsil  Nazirinin  əmrinə  uyğun  olaraq  Xocalı  şəhər 1 saylı, 4 saylı, Yaloba , Meşəli, Kosalar və Başkənd  kənd tam  orta  məktəblərin  II ,III, IV siniflərində  pilot olaraq  şahmat  fənni  tədris  olunacaqdır. 2015-ci  ildə  göstərilən  məktəblərə  Təhsil  Nazirliyi tərəfindən şahmat avadanlıqları  verilmişdir.15 sentyabr 2014-cü il tarixdə  məktəblərimizin  I sinif şagirdlərinə H.Əliyev Fondu tərəfindən  verilən məktəbli  çanta dəstləri və məktəbli kostyumları paylanmışdır.
        Yerli büdcə vəsaiti  hesabına  tələbata  uyğun olaraq  lazımi  inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları və s. alınaraq  məktəblərə  çatdırılmış, 2014-cü ilin  yay dövründə Xocalı şəhər 4 saylı tam orta  məktəbin  binasında  əsaslı təmir  işləri  görülmüş, Xocalı şəhər 5 saylı tam orta məktəbi  üçün  təsərrüfat  anbarı  tikilib istifadəyə  verilmişdir
Dərs ili  ərzində  rayonun ümumtəhsil  məktəblərinin  şagirdləri  bir  sıra  bilik və idman  yarışlarında  iştirak  etmişlər.  İdman yarışlarında  iştirakda Xocalı  rayon Gənclər və İdman  İdarəsinin gördüyü işlər xüsusilə təqdirə  layiqdir.Kosalar, Başkənd, Yaloba kənd  tam  orta  məktəblərdən  seçilmiş  komanda “Şahin ”hərbi idman oyunlarının zona mərhələsində, Xocalı  şəhər 4 saylı tam orta  məktəbin komandası  “Cəsurlar” yarışının  zona  mərhələsində  iştirak  etmişlər.
         21 sentyabr  Beynəlxalq  sülh günü  münasibətilə  rayonun təhsil  müəssisələri  şagirdləri  arasında  “Biz  sülh  istəyirik” devizi altında asfalt üzərində  rəsm  yarışı  keçirilmişdir. 21 sentyabr  Beynəlxalq  sülh günü  münasibətilə  “Sülh” aylığı  çərçivəsində  Xocalı  rayonunun  prokuroru və prokurorluğun əməkdaşları  dəfələrlə  müəllim və şagirdlər  qarşısında  maarifləndirici  məruzələr  etmişlər. 14 iyun 2015-ci il tarixdə  “İnsan hüquqları  aylığı” çərçivəsində  Goranboy  rayonu  Aşağı Ağcakənd qəsəbəsində 5  məktəbin  şagirdləri  arasında kross yarışı  keçirilmişdir. Xocalı rayon Polis şöbəsinin  rəisi və əməkdaşları 2014/2015-ci tədris  ilində bir neçə dəfə  məktəblilər  qarşısında insan hüquq və azadlıqlarının qorunması  mövzusunda məruzələr  etmişlər.
          Rayonun təhsil  müəssisələrinin  hamısında  18 oktyabr  Dövlət  Müstəqilliyi  günü  münasibətilə  “Müstəqəlliyimiz əbədidir, dönməzdir” adı  altında  dəyirmi  masalar  keçirilmişdir.  Dövlət Müstəqilliyi  gününə  həsr  olunmuş  rayon  səviyyəli  tədbirdə  Xocalı şəhər 4 saylı tam orta  məktəbin  şagirdləri  hazırladıqları  ədəbi-bədii  kompozisiya  ilə  çıxış  etmişlər. 09  noyabr  Bayraq  Günü münasibətilə  rayonun  Xocalı  şəhər  4 saylı, 5 saylı, Meşəli, Cəmilli kənd  tam orta məktəbi  şagirdlərinin  iştirakı  ilə  Goranboy  rayonu  Aşağı Ağcakənd  qəsəbəsinin  girişindəki  Bayraq  Meydanında  izdihamlı  tədbir  keçirilmiş, sonra  qəsəbənin  mərkəzinə  qədər  yürüş  təşkil olunmuşdur. Bakı  şəhəri  Sabunçu  rayonu  Pirşağı  qəsəbəsində  yerləşən  Xocalı  şəhər 2 saylı tam orta  məktəbin  bir qrup  şagirdinin  Dənizkənarı  Parkdakı   Əzəmətli  Bayraq  Meydanına  ziyarətləri  təşkil olunmuşdur.
        12  noyabr  Konstitusiya  Günü  münasibətilə  rayonun təhsil  müəssisələrinin hamısında  geniş  tədbirlər  keçirilmiş, konstitusiyamızın  müddəalarının  Ulu Öndər H.Əliyevin  şah əsəri olması, onun  ölkəmizin  idarə  olunmasında  müstəsna  rolu  vurğulanmışdır.
        12  dekabr   Ümummilli Liderimizin  anım  günü  münasibətilə  məktəblərimizdə  silsilə  tədbirlər  keçirilmişdir. Bütün  siniflərdə  ilk  dərs saatları  Ulu Öndərin həyatı və fəaliyyətinə  həsr olunmuşdur. Ulu  Öndərin  irsinin  dərindən  öyrənilməsi  məqsədilə  XI siniflərdə  təhsil  alan  119 nəfər  XI sinif  şagirdimiz  tədris ili  ərzində 2 dəfə  Ümummilli  liderimizin  həyat  yoluna  həsr olunmuş xüsusi  dərslərdə  iştirak  etmişlər.Bu , şagirdlərdə vətənpərvərlik  ruhunun  yüksəlməsində  müstəsna  rol  oynamışdır.
        Təhsil  müəssisələrimizin  hamısında  31  dekabr Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü, Yeni il, Novruz  bayramı  münasibətilə  silsilə  tədbirlər  keçirilmişdir.  Məktəblilərimiz  bu münasibətlə  təşkil  olunmuş  rayon  səviyyəli  tədbirlərdə də  yaxından  iştirak  etmişlər.
        20 yanvar, Xocalı faciəsi, 31 Mart  Azərbaycanlıların  soyqırımı günü, Xocalı  rayonu  kəndlərinin, eləcə də digər  rayonların  işğalı  ildönümləri  münasibətilə  rayonun təhsil müəssisələrində  bir  sıra  tədbirlər- dəyirmi masalar, ədəbi- bədii kompozisiyalar, inşa, rəsm sərgiləri, şəhid ailələri, keçmiş döyüşçülərlə  görüşlər  təşkil  olunmuşdur. Bu tədbirlərdə  erməni  şovinistlərinə  nifrət hissi bir daha  məktəblilərə aşılanmışdır.  Rayonun  məktəblərində  olan  müəllim və  şagirdlərin  bir hissəsi ölkə daxilində və xaricdə  kütləvi informasiya  vasitələrində  təşkil  olunan  proqramlarda  iştirak  etmişlər.
2015-ci  ilin  aprel  ayında  məktəblilər  arasında   keçirilən   şahmat  yarışının  respublika  mərhələsində  rayonumuzun  komandası   fəal  iştirak  etmişdir.
         Ulu Öndər  H.Əliyevin  anadan olmasının  92-ci ildönümü  münasibətilə  inşa, rəsm müsabiqəsi, dəyirmi  masalar  keçirilmişdir.
         Xocalı  şəhər 4 saylı  tam orta  məktəbin VIII sinif şagirdi İbişova  Şəbnəm  Ceyhun qızı  Ulu Öndərin  həyatı və fəaliyyətinə həsr olunmuş inşa yazı  müsabiqəsinin respublika mərhələsində II yerə layiq  görülmüşdür. Müəllimlər  arasında  Ulu Öndərin  həyatı və  fəaliyyətinə  həsr olunmuş  şahmat  yarışının rayon mərhələsi  keçirilmiş, 1 nəfər müəllim respublika  mərhələsində  iştirak  etmişdir. Eləcə də 6 nəfərdən ibarət  komandamız məktəblilər  arasında keçirilən  respublika  şahmat  festivalında  iştirak  etmişlər.2015-ci ilin  may ayında  Xocalı rayon Gənclər  və İdman İdarəsi ilə  birlikdə  Ulu Öndər  H.Əliyevin ad günü münasibətilə futbol  yarışı və şən  startlar  idman  yarışı  keçirilmişdir.
         07 aprel  2015-ci  il  tarixdə  11 rayonun iştirakı ilə  Samux rayonunda keçirilən intellektual  bilik yarışının zona  mərhələsində  iştirak edən komandamız IV yerə layiq  görülmüşdür.
Birinci  Avropa  oyunları  ərəfəsində  rayonumuzu  təmsil edən  Kosalar,  Başkənd, Yaloba  kənd tam orta  məktəblərin  vahid komandası Tovuz şəhərində keçirilən voleybol yarışlarının, Kərkicahan qəsəbə tam orta  məktəbin   komandası isə Şəmkir şəhərində  keçirilən   güləş  yarışlarının zona  mərhələsində  fəal  iştirak  etmişlər. Xocalı şəhər 4 saylı  tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən”  yarışının zona mərhələsində  iştirak  etmişdir.
Tədris ili  ərzində  bədii kitablarla  mütaliə  işinə  diqqət  artırılmış,  nəticədə  oxucu  sayı  əvvəlki dövrlə  müqayisədə  xeyli  artmışdır. Xalq  şairi  B.Vahabzadənin yubileyi  münasibətilə  məktəblilər arasında  şeir  müsabiqəsinin rayon  mərhələsi  keçirilmişdir. M.Füzulinin  “Su” qəsidəsinə  həsr olunmuş inşa müsabiqəsinin  rayon mərhələsi  keçirilmiş, rayon mərhələsi  qalibinin inşa yazısı  respublika  mərhələsinə  göndərilmişdir.
        15 may Beynəlxalq Ailə günü  münasibətilə məktəblilər  arasında “Mən və mənim ailəm-birlikdə biz gələcəyik”, “Mən öz valideynlərimlə fəxr edirəm” mövzularında inşa yazı müsabiqəsinin məktəb və rayon mərhələsi keçirilmişdir. Eləcə də “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” mövzusunda diskussiya  təşkil olunmuşdur.
Tədris  ili  ərzində  məktəblilərimiz “Xəmsə”, “Nə?  Harada? Nə zaman?” intellektual  oyunlarının  zona  mərhələsində  iştirak  etmişlər.
        Məktəblilərimiz  arasında  “Narkomaniya bəladır” , “Siqaretə  yox deyirik” devizi  altında kross  yarışı  təşkil  etmiş, aktiv  şagirdlər  bukletlər  hazırlayaraq  sinif  otaqlarından  asmışlar.
Tədris  ili  ərzində məktəblilərimiz  fənn olimpiadalarının zona  və  respublika  turunda  fəal  iştirak  etmişlər.  Xocalı şəhər 1 saylı tam orta  məktəbin  IX sinif  şagirdləri  Hüseynli  Gülnar Elgiz  qızı biologiya fənni üzrə, Hüseynova  Əsmər  Valeh qızı  tarix  fənni üzrə, Kosalar  kənd  tam  orta  məktəbin  X sinif  şagirdi  Quluzadə  Cavidan  Adil  oğlu azərbaycan tarixi  fənni üzrə, Başkənd kənd tam orta məktəbin  XI sinif  şagirdi Hümbətova  Çinarə  Fəxri  qızı  azərbaycan dili fənni üzrə  keçirilən  fənn  olimpiadalarının   zona  mərhələsində  iştirak  etmişlər. 47-ci Beynəlxalq kimya  olimpiadasının  rayon mərhələsində 10 nəfər  məktəbli iştirak etmiş, onlardan 4 nəfəri-1 nəfər Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə,  1 nəfər Yaloba  kənd  tam  orta  məktəb üzrə,1 nəfər Başkənd kənd tam orta məktəb üzrə zona  mərhələsində  iştirak etmişdir. 1 nəfər şagirdimiz-Yaloba kənd tam orta  məktəbin  XI sinif  şagirdi  Süleymanova   Şahnaz   Fizuli  qızı Beynəlxalq   kimya  olimpiadasının  respublika  turunda  fəal  iştirak  etmişdir.
         “Xüsusi istedada malik uşaqların (gənclərin ) yaradıcılıq potensialının  inkişafı ” haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 17 aprel 2006-cı il tarixli  1414 saylı sərəncamına  uyğun olaraq  RTŞ-də istedadlı uşaqların  istedad bankı yaradılmış, həmin uşaqların  üzə  çıxarılması və istedadlarının  inkişafı istiqamətində  mühüm tədbirlər  həyata  keçirilmişdir.
Bütün tarixi günlər, əlamətdar bayramlar  məktəblərimizdə  geniş  şəkildə  keçirilmişdir.
Azərbaycan  Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına  uyğun olaraq görkəmli yazıçı və şairlərin yubileyləri geniş  şəkildə qeyd  olunmuşdur.
30 may 2015-ci il  tarixdə  Goranboy  rayonu  Aşağı Ağcakənd  qəsəbəsində rayonun 5 tam orta  məktəbinin, Hacıkənd  qəsəbəsində isə rayonun digər 4 tam orta  məktəbinin və 1 UYM-nin  şagirdləri arasında  “İnsan hüquqlarını qoruyaq” devizi altında asfalt  üzərində  rəsm müsabiqəsi  keçirilmişdir.
         31 may 2015-ci il tarixdə rayonun hər bir məktəbində son zəng  tədbirlərindən sonra şagirdlər və valideynlərin iştirakı ilə dəyirmi masalar, toplantılar  təşkil olunmuşdur. Bu tədbirlərdə Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq  Uşaq Hüquqları Konvensiyası, Insan hüquq və azadlıqlarının  qorunması istiqamətində  Azərbaycanda  görülən işlər barədə ətraflı məlumat verilmiş, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi  nəticəsində  Azərbaycanlıların   hüquqlarının  kobud  şəkildə  pozulması  xüsusi  vurğulanmışdır.
Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı   ilə 2015-ci ilin yay dövründə bir qrup şagirdin Masallı  rayonunda  yay istirahətləri  təşkil olunmuşdur.
         Son  illərdə Ölkə  Başçısının  sərəncamı ilə miimum aylıq əmək haqqının və təhsil işçilərinin əmək  haqlarının artırılması rayon təhsil  işçiləri  tərəfindən Ölkə Başçısının  təhsil  işçilərinə diqqət və qayğısının  təzahürü kimi  dəyərləndirilmişdir.                            
Qeyd  etmək  istəyirəm ki,  nailiyyətlərimizlə  yanaşı  işimizdə   nöqsan  cəhətlər də var.
1.  Yuxarıda  qeyd  etdiyimiz kimi Xocalı  şəhər 1 saylı  tam orta məktəbi 2011-ci  ilin  mart ayından  yeni müasir tipli  binada  fəaliyyət  göstərir. Yeni  binada kompüter  kabineti  olmasına  baxmayaraq  məktəbə  bir  ştat vahidi  kompüter laborantı   vəzifəsinə  ehtiyac  vardır.  Bu  barədə  Xocalı  rayon  Maliyyə  şöbəsinin  vasitəsilə  Maliyyə  Nazirliyinə  müraciət  olunsa da  bu  problem  bu günə qədər  həll olunmayıb.Bu problem  2015-ci ilin yanvarından yeni binaya köçürülmüş  Kosalar, Başkənd, Yaloba kənd tam orta  məktəblərində də yaranmışdır.
2.Məktəblərimizin  hamısında  bəzi  fənlərin, o cümlədən  fizika, kimya və biologiya  fənlərinin  daha  yüksək  səviyyədə  tədrisi  üçün  laboratoriya  otaqlarına  və avadanlıqlarına   böyük  ehtiyac  var.
3. Məktəb direktorları  bəzən öz işlərini  çevik mexanizmlə, müasir  tələblərə  uyğun şəkildə  qura bilmirlər. Hər bir məktəb direktoru bu barədə ciddi düşünməli, işlərini  günün tələbləri səviyyəsində  qurmalı, təhsilin keyfiyyətinin  yüksəldilməsi istiqamətində  müvafiq tədbirləri  həyata keçirməlidirlər.
4.Direktorlar  səlahiyyətləri daxilində bəzən  vətəndaş müraciətlərinə  diqqətlə, düzgün  yanaşmırlar. Vətəndaş  müraciətlərinə diqqətlə yanaşılması barədə məktəb direktorlarına ciddi tapşırıqlar verilmişdir.
5. Məktəblərdə  vəzifə aparan işçilər (direktor müavinləri, məktəb psixoloqları, Uşaq birliyi rəhbərləri, kitabxanaçılar) bəzi hallarda  öz işlərinə  məsuliyyətlə  yanaşmırlar.
Yuxarıda göstərilən nöqsanların  nəticəsidir ki,  məktəblərdə  şagirdlərin nailiyyət səviyyəsi  aşağı  olur. Göstərilən məsələ RTŞ-nin  diqqət mərkəzində  saxlanılır və çatışmazlıqların aradan qaldırılması üçün  məktəblərə ciddi  tapşırıqlar verilir.
          Qarşıdan   yeni  2015-2016-cı  dərs  ili  gəlir. Bu dərs ilində işlər Azərbaycan  Təhsilinin İnkişafı  Strategiyasının  tələblərinə  uyğun şəkildə  qurulmalıdır. Artıq biz yarım ildən çox bir vaxt  ərzində  Dövlət Strategiyasının tələblərindən  irəli  gələn  islahat tədbirlərinin  həyata  keçirilməsi  prosesində  iştirak  edirik. Böyük  Dövlət əhəmiyyəti  olan  eyni  zamanda  milli mənafeyə  xidmət  göstərən  islahat  tədbirlərinin  reallaşdırılmasında  hər bir  təhsil  işçisinin  özünə  məxsus  vəzifəsi  vardır. Bu vəzifələrin  yerinə  yetirilməsi  hər  kəsin  özünütəftiş özünü  qiymətləndirmə və özünü yeniləşdirmə  mərhələsindən  keçir.  Müasir  zamanda zəruri hesab edilən təhsil innovasiyalarının  dəstəklənməsi və inkişaf etdirilməsi, pedaqoji mühitin formalaşdırılması istiqamətində hər bir təhsil müəssisəsində iş aparılmalıdır. Yeni  dərs ilində ümumtəhsil sistemində nizam-intizam yüksək səviyyədə təmin olunmalı, şagirdlərin  uçotunda qayda-qanuna əməl olunmalıdır.
          Bununla da  təhsil  nəticələrinə  görə  cavabdeh, şəffaf və səmərəli  idarəetmə  sistemi  formalaşdırılacaq, maliyyə və inzibati  resuslar vahid  təhsil  siyasətinə  uyğun planlaşdırılacaq.  Xüsusi istedada malik  uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 27 may 2015-ci il tarixli əmri ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri  respublikanın  6 bölgəsində fəaliyyət göstərdiyi üçün  komissiya üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir. Komissiyaya 31 valideynin ərizəsi daxil olmuş,  onların biliyinin yoxlanılması komissiya tərəfindən həyata keçirilmiş, müvafiq qərar qəbul olunmuşdur.
           Məktəb direktorları  məskunlaşdıqları  yerli rayonların  təhsil şöbələri  ilə əlaqə yaratmalı və orada  təşkil olunan  bölmə iclaslarında  təhsil işçilərimizin  iştirakını təmin etməlidirlər. Yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  Təhsil  Nazirliyinin  Maddi-texniki Təchizat  İdarəsindən məktəb  sənədləri  alınmışdır. Məktəblərdəki  dərslik  fondunun  və bu il  Təhsil  Nazirliyindən  alınmış  4429 ədəd dərsliyin  hesabına  I-XI sinif  şagirdlərimizin  hamısı  100% pulsuz  dərsliklərlə  təmin  olunacaqdır. 2015-2016-cı  dərs  ilində  I-VII siniflərlə  bərabər  VIII siniflərimizdə də dərslər  yeni  fənn  kurikulumları  əsasında  tədris  olunacaqdır. Yeni   dərs ilində VIII siniflərdə dərs  deyəcək  müəllimlərimiz  təlim  kurslarından  keçmişlər.
           Xocalı rayonu üzrə  2015-2016-cı tədris ili üçün  məktəblərdə  olan 14  vakant  yerdən  9-u  imtahan verən müəllimlər  tərəfindən  seçilmiş, onlardan hamısı ilə  əmək müqaviləsi  bağlanmışdır.  Əgər imtahan  verən  müəllimlərdən  qalan yerlərə  gələn  olmazsa  kadr ehtiyaclarını  ödəmək  üçün  mövcuq qydalara  uyğun olaraq  ixtisaslı  kadrlarla  müvəqqəti  əmək  müqaviləsi  bağlanılacaqdır.
I-IV sinif  şagirdləri  üçün  Dövlət  Qaçqınkomun  verdiyi  336 ədəd  məktəbli kostyumları məktəblərə  çatdırılmış və 15 sentyabr 2015-ci il tarixdə  şagirdlərə  paylanacaqdır.
          Yeni  dərs ilinə  hazırlıqla  bağlı  yerli  büdcə  vəsaiti  hesabına Xocalı şəhər 1 saylı  tam orta  məktəbin  binasında   əsaslı  təmir  işləri  görülmüşdür.
          Məktəblərin  tələbatına  uyğun olaraq inventar, avadanlıq , qış yanacağı alınaraq   məktəblərə verilmiş, qalan hissəsi  isə  IV rübdə  alınıb  veriləcəkdir.
Məktəblərimizin  hamısında  yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  müvafiq  tədbirlər  həyata keçirilmiş və yeni  dərs ilinə  hazırlıq  işləri  başa  çatdırılmışdır.
Qarşıdan  yeni 2015-2016-cı tədris  ili  gəlir. Bu il  ümumtəhsil  məktəblərimizdə  fəal  təlim metodlarının  tətbiqi  üzrə  səmərəli  iş  sistemi  yaradılmalı, bu sahədə  respublikada  toplanmış təcrübə öyrənilməli,  fəal  təlim  metodları  ilə  fəaliyyətin  hər  bir  müəllim  tərəfindən   əsas  vəzifə, normativ  kimi  qəbul edilməsinə  nail  olunmalıdır.
          Yeni tədris  ilində  görüləcək  işlərin  mahiyyəti  dərindən  açıqlanıb bütün  təhsil  işçilərinə  və valideynlərə  izah  olunmalı, bu  istiqamətdə  praktik  işlər  daha da  genişləndirilməlidir.  Həmin məqsədlə  müntəzəm  və ardıcıl  olaraq  “Dəyirmi masa”,  seminar və təcrübi  konfranslar keçirilməlidir.  Təhsil  fəaliyyətinin  ayrı-ayrı  sahələrində  demokratikləşdirmə prinsiplərinin tətbiqi yolu  ilə  keyfiyyətin  yüksəldilməsi  istiqamətində  zəruri  tədbirlər  həyata  keçirməli, şagirdlərin şəxsiyyətinə və bacarıqlarına  üstünlük  verilməlidir.
          Məktəblərimizdə  məktəb  psixoloqlarının, uşaq birliyi  rəhbərlərinin və  xüsusilə kitabxanaların  fəaliyyətinə və  kitabxana  işinin  təşkilinə  nəzarət  gücləndirilməli və yenidən qurulmalıdır.
Təhsil Nazirinin  07.08.2007-ci il tarixli  953 saylı  əmrinə  uyğun  olaraq 2015-2016-cı  tədris  ilində və sonrakı  illərdə  şagirdlərin  dərslərə  məktəbli  formalarında   gəlməsi  işi  diqqət  mərkəzində saxlanılmalıdır.
        İcbari  təhsilin yerinə  yetirilməsi, I və X siniflərə  qəbulun  mövcud  qaydalar  əsasında aparılması , şagirdlərin  hərəkətinin uçotunun təşkili və  ardıcıl  izlənməsi  vəziyyəti  hər bir  məktəb üzrə  öyrənilməli,  müzakirə və  müvafiq  qərarlar  qəbul  edilməlidir. Təhsildən yayınma və təhsildən kənarda  qalma halları  müəyyənləşdirilməli və zəruri  tədbirlər  görülməlidir.
Sağlamlıq  imkanları  məhdud hər bir  məktəb  yaşlı  uşağın  aşkar  olunması  üçün  səhiyyə orqanları ilə əməkdaşlıq  gücləndirilməli,  onların  müvafiq  təhsil  müəssisələrinə  cəlbi sahəsində  əməli  işlər həyata keçirməli, belə  uşaqların  dəqiq  uçotunun  aparılması  üçün   çevik iş mexanizmi yaradılmalıdır.
         Ümumtəhsil  məktəblərində  təlim  keyfiyyətinin  ardıcıl və  sistemli  öyrənilib  müvafiq təkliflərin  müəyyənləşdirilməsi  üçün  rayon  üzrə  fəaliyyət  planı  təsdiq  olunmalı, hər bir məktəbdə  ayrı-ayrı  fənlər, xüsusilə  təbiət-riyaziyyat  fənləri  üzrə  şagirdlərin  təlim nəticələri  hər yarımilin  sonunda  təhlil  edilməli,  rayon  üzrə  ümumiləşdirilməli və yekun  olaraq  zəruri  tədbirlər həyata  keçirilməlidir.  Müəllimlərin  əməyi onların  dərs  dediyi  şagirdlərin  təlim  göstəricilərinin səviyyəsinə  görə  qiymətləndirilməlidir.
         Tədris  ili ərzində  təhsilin  keyfiyyətinin monitorinqi,  fənlər üzrə  ayrı-ayrı məktəblər  və ümumrayon  göstəriciləri   təhlil olunmalıdır.
Şagirdlərin  fənn olimpiadalarına  hazırlığı üzrə  işlər  yenidən  qurulmalı, əlaçı  şagirdlərin  uçotu aparılmalı, həvəsləndirmə  prinsipləri  düzgün  qurulmalı, bununla  əlaqədar  rayon  Təhsil şöbəsində xüsusi  proqram  hazırlanıb  təsdiq  edilməlidir.
         Qabaqcıl  məktəblərin, məktəb  rəhbərlərinin, müəllim və tərbiyəçilərinin iş təcrübəsi  öyrənilib  ümumiləşdirilməli və  yayılması  istiqamətində  fəaliyyət  genişləndirilməlidir. Məktəb  direktorları  tərəfindən  2016-2017-ci  tədris  ili  üçün  kadr  ehtiyacı  barədə  2015-ci  il  sentyabr  ayının  sonunadək   Xocalı  rayon Təhsil  şöbəsinə  rəsmi  məlumat  verilməlidir.
         Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə diqqət  gücləndirilməlidir.  Onların  Xocalı  rayonunun, Qarabağın  eləcə də müvəqqəti   məskunlaşdıqları  rayonların, kəndlərin  tarixi  və  coğrafiyasının  öyrənmələri  təmin  edilməlidir. Bu  məqsədlə  yazılı  sorğular,  test yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən inşa müsabiqəsi  və olimpiadalar, bilik  yarışları, bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan  praktik konfranslar,  ekskursiyalar  təşkil  olunmalıdır.  Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif səpgili  tədbirlər  keçirilməlidir.  Bütün  bu  tədbirlərin  şagirdlərin  hərbi  vətənpərvərlik tərtbiyəsinin gücləndirilməsinə  yönəldilməsinə  nail olunmalıdır.
          Rayon UYM-nin fəaliyyətinin  yaxşılaşdırılması  sahəsində  konkret  tədbirlər  həyata keçirilməlidir.
          Valideyn  himayəsindən  kənarda  qalmış  uşaqların  sosial  müdafiəsi, azyaşlılar  arasında hüquq  pozuntularının  qarşısının  alınması, rayonun təhsil  müəssisələrinin  maddi tədris  bazasının möhkəmləndirilməsi, məktəb-valideyn  komitələrinin  işinin gücləndirilməsi, şagird  özünüidarəsinin müasir  tələblər  baxımından  təşkili  ön plana  çəkilməlidir.
         2015-ci il sentyabrın 20-dək hər bir ümumtəhsil  məktəbində “İl ” çərçivəsində  həyata keçiriləcək  tədbirləri  əhatə  edən  fəaliyyət  planı  hazırlanıb  təsdiq  olunmalıdır.
         Hörmətli  konfrans iştirakçıları!
         Ölkəmizdə  aparılan  uğurlu və məqsədyönlü  siyasət  nəticəsində  son  illərdə  Azərbaycan təhsilində, eləcə də Xocalı təhsilində  nəzərəçarpan  irəliləyişlər  olmuşdur. Mən  Xocalı  rayonunun təhsil  işçiləri  adından Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyini, Xocalı rayon  İcra Hakimiyyətinin  Başçısını və  eləcə də ictimaiyyətimizi  əmin  edirəm ki,  rayonumuzun  təhsil işçiləri  bundan  sonra da heç bir  çətinlikdən  qorxmadan  gerilikləri , nöqsanları  vaxtında  aradan qaldıracaq, öz işlərini  günün tələbləri  səviyyəsində, gənc  nəslin təlim-tərbiyəsi  işini  müstəqil
respublikamızın  inkişafına  uyğun  şəkildə , təhsilimizin  himyədarı  olmuş ümummilli liderimiz H.Əliyevin  ideyalarına  uyğun  şəkildə  quracaq, yeni dərs ilində  qarşıya  qoyulan  vəzifələr diqqətlə həyata  keçiriləcəkdir.
        Bu  məsul və şərəfli  vəzifənin  yerinə  yetirilməsi  işində  bütün məktəb  rəhbərlərinə , müəllim kollektivimizə  uğurlar  arzulayır, hər birinizi  yeni  2015-2016-cı  dərs ilinin başlanması münasibətilə  təbrik  edirəm.

                                                                                                              Xocalı  RTŞ-nin
                                                                                                              müdiri : Ş.S.Əliyev.

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi