Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SIĞORTA OLUNMAQ İNSAN HƏYATININ TƏRKİB HİSSƏSİDİR


Sığorta olunmaq həyatımızda mühüm əhəmiyyət kəsb edir. Hər bir insan öz həyatını, vn əmlakını sığorta etdirsə bunun mənfi yox, müsbət əhəmiyyəti vardır.
Dövlət Sığorta Kommersiya şirkətinin Xocalı rayon filialının direktoru Seymur Çobanov sığortalanmanın vacib şərtlərindən danışdı:
Sığorta olunmağın bir çox şərtləri vardır. Bu şərtlərin yerinə yetirilməsində Sığorta Şirkətlərinin üzərinə mühüm vəzifələr düşür. Bu sahəilk baxışda yüngül görünsə , ağırlıq məsuliyyətinə görə seçilir. Sığorta şirkətləri ilə müqavilə bağlayan vətəndaşların şirkətin üzərinə mühüm vəzifələr düşür. Ən əsası odur ki, müqavilə şərtlərində göstərilən məsələlər aydın, şəffaf şəkildə icra olunmalıdır.
Nəqliyyatın icbari sığortası, daşınmaz əmlakın sığortası, fərdi qəza sığortası, nəqliyyatın tam (kasko), kənd təsərrüfatı (bitkilərin, heyvanların) sığortası həyata keçirilir. Əsas məsələlərdən biri odur ki, müqavilədə iştirak edən şəxslər baş vermiş hadisə barəsində sığorta şirkətlərinə düzgün aydın məlumatlar verməlidirlər. Mübahisə doğuran məsələlər məhkəmə yolu ilə həll edilə bilər.
Rayon filialı planlı ardıcıl şəkildə fəaliyyət göstərir. Filialda 50 min manata qarşı 49 min manatlıq sığorta müqaviləsi imzalanıb. Xəsarət, qəza  bədbəxt hadisələrlə bağlı 2014- ildə sığorta şərtləri ödənilmiş, sığorta haqları problemsiz şəkildə vətəndaşlara ödənilmişdir. Demək olar ki, bu sahədə heç bir problemimiz yoxdur.
Sakinlərimizi şəxsi sığorta olunmağa dəvət edirik. Vətəndaşlar bunun xeyirini səmərəsini görər, heç bir ziyana düşməzlər. Sığorta olunmaqdan heç bir zaman çəkinməyin!
Müsahibəni apardı: Qasım QIRXQIZLI
Paylaşın:

2014-CÜ IL XOCALI RAYONU ÜÇÜN UĞURLU OLMUŞDUR


 Rayonun yaranma
tarixi – 26.XI.1991
Ərazisi – 0,94 min. kv. km
Əhalisi – 28143
O cümlədən
azərbaycanlılar – 15214
Digər əhali – 12929
İşğal günü – 26.02.1992

2014-cü il ərzində Xocalı rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) recimində göndərilməsi üçün fəaliyyətdə olan 31 uçot vahidi ilə müqavilə bağlanmışdır. İl ərzində uçot vahidləri ilə təminat xarakterli 2 müşavirə keçirilmiş və bu müşavirələrdə hesabatların vaxtında və düzgün çatdırılması ilə əlaqədar lazımi tövsiyələr vermişdir. İl ərzində tərəfimizdən 9 təhlili məruzə, 1 bülleten, "Xocalı rayonu inkişaf yolunda" adlı 1 məcmuə çap etdirərək aidiyyəti üzrə istifadəçilərə çatdırılmışdır. Hesabat ili ərzində rayonda 74 ailədə iqtisadi fəallıqla bağlı müayinə, 40 ailədə isə ailə büdcəsi ilə bağlı müayinə vaxtında keçirilərək uğurla başa çatdırılmışdır.

Kənd təsərrüfatı
2014-cü ilin məhsulu üçün Xooalı rayonunda başqa rayonun ərazilərində olan dövlət fondundan icarəyə götürülmüş torpaq sahələrində yazlıq və payızlıqlarda daxil olmaqla 3616 ha sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Məhsul götürülən sahədən 3616 hektarını dənli bitkilər təşkil edir. Bu sahələrdən 3000 hektarı özəl, qalan 616 ha isə nümayəndəliklərində aparılmışdır. Cəmi biçin aparılmış 3616 ha taxıl sahəsindən 47140 sentner taxıl məhsulu götürülmüşdür. Götürülmüş taxıl məhsulundan 45180 sentner buğda, 1960 sentneri isə arpa olmuşdur. 2014-cü ildə rayonda 254 ha sahədə isə yazlıq bitkilər əkilmişdir. Bundan 192 ha-da kartof, 02 ha tərəvəz bitkisi əkilmişdir.
Əkilmiş 192 ha kartof sahəsindən 7664 sentner kartof məhsulu, 62 ha sahədən isə 3410 sentner tərəvəz məhsulları götürülmüşdür.
Bitkiçiliklə yanaşı rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, irubuynuzlu mal-qaranın baş sayı 2014-cü ilin sonuna 3588 baş, qoyun-keçinin baş sayı isə 23242 baş, arı ailəsinin sayı 3116 baş, quşların baş sayı isə 10311 baş olmuşdur. Hesabat ilinin sonuna rayonda ət istehsalı 4000 sentner, süd istehsalı 51500 sentner, yun istehsalı 257 sentner, yumurta istehsalı isə 65 min ədəd olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı sahəsində bəzi  iqtisadi sahədə göstəricilərin azalması rayon əhalisinin əvvəl müvəqqəti məskunlaşdıqları yerlərdən məcburi köçkünlərin yaşayışı üçün inşa olunmuş müasir tipli yeni salınmış qəsəbələrə köçürülməsi ilə əlaqədar olmuşdur. Əhali yeni qəsəbələrə köçürülmə ilə əlaqədar özlərinə məxsus şəxsi mal-qaranın bir qismini müxtəlif vaxtlarda ehtiyacları olduğuna görə satmışlar. Buda iribuynuzlu mal-qaranın və xırda buynuzlu davarların sayının azalmasına səbəb olmuşdur.

   Demoqrafiq vəziyyət
2014-cü il ərzində Xocalı rayonunun əhalisi 28143 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15214 nəfəri isə azərbaycanlılar təşkil edir. İl ərzində 186 uşaq doğulmuş, 83 ölüm halı qeydə alınmış, ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
İl ərzində rayona gələnlərin sayı 453 nəfər, gedənlərin sayı 232 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə xidmət göstərir.
D.Ə.ƏSƏDOV,
Xocalı RSİ-nin rəisi     
Paylaşın:

İcra nümayəndəliklərində illik hesabat iclasları keçirilmişdir


16.01.2015-ci ildə Kərkicahan qəsəbə icra nümayəndəliyində illik hesabat iclası keçirilmişdir. İclası İH-nin şöbə müdiri Vaqif Ağayev açıq elan etdi məruzə üçün söz İN-si Dərgah Haqverdiyevə verildi.
Kərkicahan Xankəndi şəhər əhalisi respublikanın 42 rayon şəhərlərində məskunlaşmışlar. 01 yanvar 2015-ci il tarixə Kərkicahan qəsəbə əhalisi 625 təsərrüfatdan 2227 nəfərdən, Xankəndi şəhər əhalisi isə 495 təsərrüfatdan, 1826 nəfərdən ibarətdir. Kərkicahan qəsəbəsi üzrə təsərrüfatlardan 469 ailə tam, 156 ailə natamam ailələrdir. Qəsəbə üzrə şəhid ailələrinin sayı 31 ailə, şəhid olanlar 34 nəfərdir. Qəsəbə əhalisinin 1076 nəfəri kişilər, 1151 nəfəri isə qadınlardır.
Dərgah Haqverdiyevin geniş əhatəli məruzəsi diqqətlə dinlənildi gördüyü işlər qənaətbəxş hesab edildi.
Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev, şöbə müdiri Vaqif Ağayev çıxış edərək məruzəyə münasibətlərini bildirdilər. İclas yüksək əhval-ruhiyyə ilə başa çatdı.
***

12.01.2015-ci ildə Meşəli, 13.01.2015-ci ildə Jəmilli, 16.01.2015-ci ildə Kərkicahan, 21.01.2015-ci ildə isə Kosalar İcra nümayəndəliklərində illik hesabat iclasları keçirildi. Keçən il ərzində nümayəndəlikdə görülən işlər, qarşıda duran vəzifələr təhlil edildi.
Paylaşın:

MÜBARİZİN MÜBARİZƏSİ HEÇ ZAMAN UNUDULMAZ

            Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz.
      Napoleon Bonapart.

Dünyaya gələndən mərd olubdu, o
Vətən həsrətiylə yaşayıbdı, o 
Vətənin yolunda Şəhid oldu, o
Qəhrəman oğuldu, bizim Mübariz!

          Mübariz İbrahimov! Hər bir Vətənini sevən gəncin əsl qəhrəmanı.
          MənimVətən uğrunda canından keçən qəhrəmanlarımıza ürəyimdə həmişə böyük bir rəğbət hissi olub.
          Bu gün adını fəxrlə söylədiyimiz, hamının ürəyınə qəhrəmanlığı ilə iz salmış Mübariz haqqında yazıram. Allaha şükr edirəm ki, bu gün Mübariz haqqında qəlbimdə olan duyğularımı dilə gətirirəm. Çünki bir gənc olaraq qəhrəmanımızı tanımağım və özüm də başa düşməyə çətinlik çəkdiyim bu duyğuları yazmağa borcluyam. Bəlkə də valideyinlərimin böyüyüb, boya-başa çatdığı, mənim isə havasını duymadığım, torpağına ayaq basmağa həsrət qaldığım Vətən həsrətidir məni Mübarizlə bağlayan və Onu özümə doğma edən hisslər.
          1988-ci il fevral ayında Biləsuvarda gələcəyin Milli Qəhrəmanı, Azərbaycanın mərd oğullarından biri olan Mübariz İbrahimov dünyaya göz açdı.
          Ağakərim atanın və Şamama ananın gözlərinin nuru olan Mübariz hər zaman ailədə, dost-tanış yanında böyük hörmətə layiq olmuşdu.
          Hələ uşaqkən haqq-ədaləti qorumağa çalışan, halallıqla hər işini yerinə yetirən Mübariz deyirdi;
          "Mən acizin dostu, zalımın qənimiyəm."
          Həqiqətən vətənini, elini canından çox sevən Mübariz daima düşmənləri məhv etmək, torpaqlarımızı azad etmək, Şəhidlərimizin, günahsız insanların intiqamını almaq istəyirdi və bunun üçün əsgərliyini bitirdikdən sonra səngərdə düşmənlə üz-üzə dayanıb, onları məhv etmək üçün Ağakərim atadan icazə almaq istəyir. Lakin ata razı olmaq istəmir. Atasının fikrindən dönmədiyini görən Mübariz gizirlik kurslarına yazılır.

Onunla fəxr edir, bizim el-oba,
Yayılıbdır adı bütün dünyaya,
Qansız düşmənləri salıb qorxuya,
Qəhrəman oğuldur, bizim Mübariz!

           Mübariz Tərtər rayonundakı səngərlərdən birinə təyinatını alır və bu onu çox sevindirir. Sonuncu dəfə evə gələn Mübariz Ağakərim atanın dilindən "oğul, haqqımı sənə halal edirəm" kəlməsini eşitməyin vacib olduğunu bilir. Çünki Mübariz atanı Allahdan sonra ikinci qibləgahı sayır.
Səngərin hər bir yerini dəqiq öyrənən, postu keçib düşməni məhv etmək vaxtının çatdığını bilən Mübariz öz ürəyində olan sözləri məktuba yazır.
         «Canım, atam və  anam. Məndən ötrü darıxmayın. İnşaallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu etməliyim. Ən azı ürəyim sakitlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəm. Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Allah böyükdür. Vətən sağ olsun!»
                                                                     Oğlunuz Mübariz.
          Mübariz məktubu imzalayıb hərbi pencəyinin cibinə qoyur.
          Səngəri keçib, düşmən üzərinə yeriyən Mübariz düşməni məhv etməyə, son anadək vuruşmağa və şəhid olmağa gedirdi. Onu bu yoldan döndərmək olardımı? Əlbəttə ki, yox! Çünki hələ uşaqkən söyləyirdi: «kaş güclü olaydım, avtomatım olaydı, bir gecə gedib düşmənlərin hamısını qıraydım."
Uşaqlıq arzularını artıq yerinə yetirdi. O, artıq özü də dediyi kimi çox güclü bir Azərbaycan igidi idi. Belə igidə, ancaq Şəhidlik zirvəsi yaraşardı.

Adına yaraşan işlər görübdür,
Gənc ömrünün işıqları sönübdür,
İndi, evi ziyarətə dönübdür,
Qəhrəman oğuldur, bizim Mübariz!

            Mübariz düşmənləri lərzəyə gətirmişdi. Düşmənin üzərinə yeridikcə, onlar daha çox çaşqınlıq içərisində qalır, nəyin baş verdiyini başa düşmürdülər. İgid Mübariz isə qorxmadan düşmənin üzərinə yeriyir və onları ot kimi biçirdi.

Qorxmayıb düşməndən keçdi səngəri,
Qaranlıq gecədə gördü nələri,
Mərdliklə fəth etdi bütün qəlbləri,
Qəhrəman oğuldur, bizim Mübariz!

            Qorxudan özünü itirən düşmən hətta dörd aya qədər Mübarizin nəşini geri qaytarmaq istəmirdilər. Lakin cənab Prezidentimizin danışıqları nəticəsində Mübariz İbrahimovu bizə qaytardılar.
            Digər Azərbaycan Şəhidləri kimi, Mübariz Allah tərəfindən göndərilən bir möcüzədir. Mübariz heç zaman unudulmaz bir qəhrəmandır. Mübariz hər bir Azərbaycan anasının oğludur. Bu gün mavi dənizə açılan nəhəng bir gəmi Mübarizin adını daşıyır, qəhrəmanlığını mavi sular üzərinə həkk edir.

İgidlik göstərib düşdü yaddaşa,
Taleyi dönübdür boranlı qışa,
Hər zaman var olub qəlblərdə yaşa,
Qəhrəman oğuldur, bizim Mübariz!

           Düşmən hələ də başa düşmür ki, Azərbaycanın Mübariz kimi minlərlə mərd oğulları var. Onlar düşmənə əyilməyəcək. Düşməni məhv etmək Azərbaycan igidlərinin birinci məqsədi və vəzifəsidir.
                                              Babayeva Fənar Rafael qızı,
                                          AMİ Qazax filialının dil-ədəbiyyat fakültəsi, IV kurs tələbəsi.

Paylaşın:

KƏLBƏCƏRLİ GİROVLARLA BAĞLI XANKƏNDİNDƏ QURULAN MƏHKƏMƏDƏN


Ötən gün Azərbaycanın işğal altındakı Xankəndi şəhərində kəlbəcərli girovlar Dilqəm Əsgərov Şahbaz Quliyevin növbəti "məhkəməprosesi keçirilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, proses zamanı Dilqəm Əsəgrov ifadə verməkdən imtina edib ibtidai istintaq zamanı verdiyi ifadələrin yayımlanmasını istəyib

Qondarma məhkəməyə sədrlik edən hakim Anatoli Tadevisyanın suallarına Şahbaz Quliyev cavab verib.
Paylaşın:

BU GÜNDƏN SONRA MƏĞLUBİYYƏTİMİZDƏN YOX, QAZANDIĞIMIZ QƏLƏBƏLƏRDƏN DANIŞAQ

Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var.
         İlham ƏLİYEV.


Azərbaycan əsgəri yenilməz məğlub edilməzdir. Bu özünü Qarabağ müharibəsində açıq-aydın büruzə verdi. Füzuli rayonunun Horadiz qəsəbəsi ətrafında gedən ağır döyüşlər düşmən üzərində çaldığımız qələbənin bariz nümunəsidir.
Əsgərlərimizin döyüş ruhu, döyüş əzmi çox yüksək idi. Həm müəyyən məğlubiyyətlər əsgərlərimizin əhval-ruziyyəsinə özünün mənfi təsirini göstərmişdir. Ona görə ölkə Prezidenti Heydər Əliyev səngərlərə gedir, əsgərlər qarşısında çıxış edir, onları qələbəyə ruhladırırdı:
Vətənimizi qorumaq, öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır.
İtirilmiş mövqelərimizin geri qaytarılmasına 1993- ilin dekabrından başlanılıb. Amma həlledici hücum əməliyyatına yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın Əhmədbəyli, Alıxanlı, Kürd Mahmudlü kəndləri istiqamətində başlanılır. Əvvəlcə milli ordunun 400 nəfərlik kəşfiyyat diversiya qrupu Araz çayının sahili ilə düşmən qüvvələrinin arxasına, Horadiz istiqamətinə keçir. Başqa bir dəstə isə ermənilərin əsas qüvvələrinin hərəkət edəcəyi Şükürbəyli Böyük Bəhmənli istiqamətində pusqu qurur. Ermənilərin arxasına keçən kəşfiyyat qrupları düşmənin ehtiyat qüvvələri ilə ön xətdəki qüvvələrinin əlaqəsini kəsməli idi. Blokal döyüşlər ermənilərin dörd istiqamətdən hücuma məruz qalması ilə nəticələnir. Ermənilər başa düşürlər ki, Horadiz yaxınlığında 25 km dərinlikdə Azərbaycanın hansısa qüvvəsi var.
Orada ermənilərə ağır zərbələr vurulur. Demək olar ki, Azərbaycan tarixində ən güclü əməliyyat (şəhidlər versək ) Azərbaycan tarixində ən güclü, uğurlu əməliyyat oldu.
Keçirilmiş əməliyyat nəticəsində Azərbaycan ordusu 17 şəhid, 43 yaralı ilə Horadiz qəsəbəsinə daxi olmaqla 22 kəndi işğaldan azad edilməsi ilə əməliyyat başa çatır. Beləliklə erməni bayrağı endirilir, Azərbaycan bayrağı onun yerinə qaldırılır. 21 min hektar ərazi düşməndən azad edilir.
İnşallah, vaxt gələcək Azərbaycan bayrağı işğal olunmuş ərazilərimizdə qaldırılacaq.

Arxiv materialını nəşrə hazırladı: Qasım QIRXQIZLI
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi