BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Ocak 2015 Pazar

20 YANVAR FAJİƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇRİLİMİŞDİR

Posted at  1/18/2015  |  in  Ümumi hadisələr



Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2014- il 17 dekabr tarixli 134 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi plan idarə, müəssisə, təhsil mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar bir çox tədbirlər həyata keçirilmişdir.
Rayon Mədəniyyət evində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı keçirilmişdir. Tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər aparılmış, dövlət bayraqları endirilmişdir. Əhalinin yığcam yaşadığı ərazilərdə matəm mərasimləri təşkil olunmuş, faciənin əsas mahiyyəti, onu törədən səbəblər haqqında ictimaiyyətə geniş məlumatlar verilmişdir. Məktəblərdə 20 Yanvar faciəsini əks etdirən məktəblilər tərəfindən hazırlanmış rəsm əsərləri nümayiş etdirilmiş, faciəyə həsr olunan şeirlər səsləndirilmişdir.
Rayon ərazisində 20 Yanvar faciəsini əks etdirən tədbirlərin keçirilməsi bu faciəni törədənlərin lənətlənməsi açıq-aydın özünü büruzə vermişdir. Anım mərasimləri yüksək səviyyədə təşkil olunmuşdur.
20 Yanvar faciəsi xalqımızın əzm dəyanətini sındırmamış, əksinə onun mübariz əhval-ruhiyyəsini daha da yüksəklərə qaldırmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin. Azadlığımız, istiqlaliyyətimiz uğrunda canlarını fəda edənlərin müqəddəs amalı xalqımızın qəlbində əbədi yaşayacaq, şəhidlərimiz heç bir zaman unudulmayacaq.
«Xocalının səsi»

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top