BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Ocak 2015 Perşembe

MƏİŞƏT ZORAKILIĞI QURBANLARI İLƏ NEJƏ DAVRANMALI

Posted at  1/08/2015  |  in  Ümumi hadisələr


Statistika göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq, xüsusilə gender əsaslı zorakılıqlar hələ davam etməkdədir. Məişət şəraitində qadın uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Qadın uşaqlara qarşı məişət zorakılığı tək qadınların problemi olmamalıdır. Məişət zorakılığı ciddi sosial bir problemdir. Onun həlli düzgün vaxtında edilən müdaxilədən asılıdır. Əgər vaxtında düzgün müdaxilə olunarsa baş verə biləcək hər cür zorakılığın qarşısı alınar.
Məişət zorakılığının qurbanı olmuş qadın, həkimin yanına gəlib deyir ki, yıxılıb zərbə almışam. Həkim heç bir tədbir görmür. Lakin həkim fikirləşməlidir ki, növbəti belə bir "qapıya dəymə" qadın üçün ölümcül ola bilər.
Digər bir məsələ, polisə zəng edib ərinin onu döydüyünü bildirən qadın bir müddət sonra şikayətini geri götürür. Bu halda polis əməkdaşının məsələyə həssas yanaşması əsas şərtdir.
Nəzərə almaq lazımdır ki, qadınlar bir qayda olaraq ifadə verməkdən imtina edirlər. Onların etibarını qazanmaq üçün ifadə verməməyin səbəblərini başa düşmək lazımdır. Jəmiyyətdə daima lazımdır ki, zərərçəkmişlərin tərəfində olub, onun mənafeyini qoruyasan.
Azərbaycan qadınlarının əksəriyyətinin öz hüquqlarını bilməməsi dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına qadınların hüquqlarının pozulmasına səbəb olur.
Zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində aktiv fəaliyyətin həyata keçirilməsini tələb edən prosesdir.
Ramilə XUDAYAROV,

Xocalı rayon Qadınlar Şurasının sədri.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top