Xocalı faciəsinin iştirakçısı, erməni Daud Xeyriyanın kitabından: “... martın ikisində meyitlərin yandırılması ilə məşğul olan erməni “Qaflan” qrupu yüzdən artıq azərbaycanlı meyiti yığdı və Xocalıdan təxminən bir kilometr qərbdə yandırdı... Sonuncu maşında mən alnından və əllərindən yaralanmış on yaşlı qız gördüm, aclığa, soyuğa, aldığı yaralara baxmayaraq bu sir-sifəti göyərmiş uşaq hələ sağ idi. O, yalnız nəfəs alırdı. Tezliklə Tiqranyan adlı əsgər bu hərəkətsiz qızı götürüb meyitlərin üstünə tulladı... Sonra onlara od vurdular”.
Bax budur erməni vandalizmi, erməni vəhşiliyi və insanlığa düşmən kəsilməyi!
Xocalı soyqırımı planlı, düşünülmüş və ardıcıl şəkildə həyata keçirilmişdir.
Dünya birlikləri hər bir insanın yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüququnu tanıyır, işgəncə və qeyri-insani davranışı pisləyir. Təəssüflər olsun ki, 1988-ci ildən bu günə kimi ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayətlər hələ də cəzasız qalır. Daha doğrusu dünya liderləri bu haqsızlığa, bu ədalətsizliyə göz yumur, Azərbaycanın haqq və ədalət işini nəzərə almırlar. Belə ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qərarlar bu günə kimi icrasız qalır.
Əgər dünya belə ədalətsizliyə qarşı göz yumursa Xocalı faciəsi kimi faciə hər bir ölkənin vətəndaşının başına gələ bilər.
Azərbaycanın haqq işi tanınmalı, törədilən soyqırımlar hüquqi qiymətini almalı, cinayətkar ermənilər və ermənipərəst qüvvələr Beynəlxalq məhkəmələr tərəfindən mühakimə edilməlidirlər. Beləliklə də erməni təcavüzünə son qoulmalıdır.
18 il ötməsinə baxmayaraq Xocalı dəhşətlərinin ağrı-acısı bu gün də Azərbaycan xalqının qəlbində yaşayır. Xocalılar dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. O günə qovuşmağımıza inanır, ümidimizi itirmirik.
"Xocalının Səsi"
0 şərhlər: