Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XALQIMIZA QARŞI SOYQIRIM (1918-ci il mart qırğını)


Budur, Şamaxı yolunda Üçüncü paralel küçəsinin tinindəki evin darvazası qarşısında on-on beş nəfər azərbaycanlı dayanıb söhbət edir. Nə isə ciddi bir məsələni götür-qoy edirlər. Cavan bir oğlan da onlara yaxınlaşır və söhbətə qoşulur. Dünyagörmüş bir kişi başına toplaşmış adamlara qayğılı-qayğılı deyirdi:
- Bu köpəkuşağı axır günlər, nəsə, yaman çoxalıblar. Bunların bir hissəsi Şaumyanın şəxsi göstərişi ilə silahlandırılan erməni hərbi dəstələridir. Qalanı isə müharibədən qayıdan zabit və əsgərlərdir. Onların da hamısı ermənidir. Özü də Şaumyanın xüsusi göstərişi ilə Bakıya gətiriliblər. Görünür, bu daşnak köpəkoğlunun nəsə alçaq bir niyyəti var.
Başqa birisi isə acıqla dedi:
- Nə qədər ki, şəhərdə Bakı Soveti hökumətlik edir, yaxşı heç nə gözləmək olmaz. Özü də başçısı hələ erməni Şaumyan ola. Bakı Sovetinin yaratdığı «Qırmızı qvardiya» ordusu da əslində erməni qvardiyasıdır. Hünərin var, onların içərisində bir azərbaycanlı tap. Bakı Sovetinin özü də ermənilərin əlindədir. Dünən Şaumyanın göstərişi ilə Bakı Soveti müsəlman əsgər və zabitlərini tərksilah edib. Müsəlmanların yaşadıqları məhəllələri gəzib, evlərdə olan tək-tük ov silahlarını da yığıblar. Hökumət bu işi bilə-bilə qəsdən eləyib ki, bundan narazı olan azərbaycanlılar ayağa qalxsınlar. Şaumyanın da əlinə fürsət düşsün ki, hücuma keçsin...
Erməni dəstələri «Lənətə gəlmiş türklərin hamısını qırın, birini də sağ buraxmayın» deyə qışqıra-qışqıra şəhərin küçələrində qırğına başladılar. Evlərə, zirzəmilərə sığınmış müsəlmanları tapıb çıxarır, güllələyir, qılınc və ya nizə ilə öldürürdülər. Kişiləri ayaqlarından başıaşağı asır və qılıncla şaqqalayırdılar. Bəzilərini taxta çarpayıya sarıyır, digərlərini xalça və palazlara büküb yandırırdılar. Quduzlaşmış erməni cəlladları ürəklərini soyutmaq üçün əllərinə keçən hər kəsi diri-diri döşəməyə, qapıya, masaya mıxlayır, sonra da güllələyirdilər.
Ermənilər müqəddəs kitabımız olan Quranı hər yerdən toplayıb tonqal düzəldir, mollaların əl-ayaqlarını bağlayaraq diri-diri bu tonqallara atırdılar.
Bakıda azərbaycanlılara qarşı soyqırım aprelin 2-də gecə yarısı dayandırıldı.
Bakıda 1918-ci il soyqırımının qurbanları-müqəddəs şəhidlərimiz indi «Ölülər bağı» və Şəhidlər xiyabanı adlanan yerdə dəfn olundular. Sonralar 20 Yanvar şəhidləri dəfn olunarkən bu müqəddəs and yerimizdə 1990-cı il şəhidləri ilə 1918-ci il şəhidlərinin ruhları bir-birinə qovuşdu. Xalqımız öz qatillərini yenidən tanıdı.
1918-ci il mart qırğını xalqımıza qarşı soyqırım idi. Bunu unutmağa heç kəsin haqqı yoxdur!
1919-cu ildə hökumətin qərarı ilə 31 Mart Milli matəm günü elan edilmişdi. Lakin sonralar bu günün qeyd olunmasını bizə unutdurdular.
1998-ci il martm 26-da isə prezident H.Ə.Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə fərman verdi. Bu fərmanla 31 Mart azərbaycanlıların Soyqırım Günü elan edildi.

Ulu babaların müqəddəs vəsiyyəti həmişə qulağımızda səslənməlidir: «Qarı düşmən, dost olmaz!»
Paylaşın:

NOVRUZ BAYRAMI TƏMTƏRAQLA QEYD OLUNDU

Xalqımızın qədim adət və ənənələrindən biri, ən əsası Novruz bayramıdır. Xalqımızın bu qədim bayramını Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irsinə daxil edilməsi xüsusi vurğulandı.
Xocalı rayonunda Novruz şənliyi şəhər 4 №-li tam orta məktəbin həyətində təşkil edildi. Tonqal qalndı. Süvarilər at üstündə Azərbaycanın Dövlət Bayrağı əllərində tonqalın ətrafında dövrə vurdular. Təbrik üçün söz rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubova verildi. İH-nin başçısı çıxış edərək xalqımızı və rayon əhalisini bayram münasibətilə təbrik etdi və dedi:
– Novruz bayramı xalqımızın ulu keçmişimizdən bu günə qədər gəlib çıxan müqəddəs bayramlardan biridir. Bu bayram yeniliyin, təzəliyin təzahürüdür. Ölkəmizin hər yerində bu bayram Dövlət səviyyəsində təmtəraqlı şəkildə qeyd olunur.
Sovet recimi dövründə Novruz bayramını keçirmək yasaq edilmişdi. Respublikamız müstəqilliyini əldə etdikdən sonra bu bayram böyük coşqu ilə qeyd edilir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının öz ailəsi ilə birlikdə bayram tədbirlərində iştirak etməsi və çıxışı xalqımız tərəfindən rəğbətlə qarşılanmışdır. Ölkə Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasət onu sübut edir ki, biz doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. İnanırıq ki, biz gələn bayramlarımızı dədə-babalardan bizə yadigar qalan Qarabağımızda keçirəcəyik. 
Bir daha Sizi Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza əmin-amanlıq və sülh arzulayıram.
Daha sonra Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa meydana daxil oldu. Dədə Qorqud xalqımızı bu bayram münasibətilə təbrik etdi. Keçəl və Kosanın maraqlı oyunları diqqəti cəlb etdi.
Məktəblilər və gənclər tonqal ətrafında dövrə vuraraq şən mahnılar ifa edərək rəqs etdilər. Söz musiqi məktəbinin çalğı alətləri ansamblına verildi.
Səbuhi Həsənov, Nicat Həsənli, Ruslan Mustafayev, Vüsalə Hümbətova, İsmayıl Məmmədov, Dəyanət Hüseynəliyev və Rəna xanım xalq mahnıları və muğamlarımızdan  parçalar oxudular və sürəkli alqışlarla qarşılandılar. Rəqs qrupu da öz məharətini nümayiş etdirdi. Aşıqlar qrupunun rəhbəri Məmməd Əliyev şeir parçalarını və aşıq mahnılarını məharətlə ifa etdi: Aşıqlardan Arif Məmmədov, Samir Allahverdiyev, Eltac Camalovun ifa etdikləri saz havaları ürəkləri oxşadı.
Bayram süfrələri açıldı. Hər bir kəs ləzzətli bayram aşından yeyib, şirniyyatlardan daddılar. Havanın soyuq və buludlu keçməsinə baxmayaraq iştirakçıların ürəklərində hərarət və bir istilik duyulurdu.
Aparıcı Asəf Cəfərov xalqımıza xoş arzu və diləklərini bildirərək bayram şənliyinin bitdiyini elan etdi.
İştirakçıların yekdil bir arzusu var idi: - Gələn Novruz bayramını doğma Qarabağda bayram edək.
Rayon mədəniyyət və turizm şöbəsinin rəhbərliyi və işçiləri tədbirdə yaxından və fəal iştirak etdilər. Təmtəraqlı keçirilən Novruz bayramı iştirakçıların yaddaşında xoş hisslər yaratdı.
Bayram tədbiri xoş ovqatla başa çatdı.
«Xocalının səsi»







































Paylaşın:

Kosalar kənd tam orta məktəblərinin müəllim kollektivinin ağacəkmə-yaşıllaşdırma iməcliyi

            Xocalı rayon Kosalar kəndinin sakinləri öz zəhmətkeş xüsusiyyətlərinə görə həmişə fərqlənmişdir. Füsunkar təbiəti və münbit torpağı olan Kosalar kəndində insanların torpaqla mənəvi bağlılığı həmişə yüksək səviyyədə olmuşdur. Məhz buna görə də Kosalar igidləri xain düşmənin dəfələrlə hücumuna layiqli cavab vermişdir.
         Əfsuslar olsun ki,didərginlik həyatı Kosalar kəndinin övladlarına da qismət oldu. İndi xaraba qalan qərib Kosalar kəndi murdar düşmənin tapdağı altından azad olunacağı günü gözləyir.
         Didərginlik həyatı bizə bir an olsun doğma el - obamızı, adət - ənənələrimizi və torpağa olan sevgimizi unutdurmur. Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailləlik qəsəbədə də Kosalar sakinləri qəsəbənin abadlaşdırılmasında yaxından iştirak edir. Mart ayının 15 - də qəsəbədə Xocalı rayon Kosalar kənd tam orta məktəblərinin müəllimlərinin iştirakı ilə məktəbin həyətində ağacəkmə - yaşıllaşdırma  iməcliyi oldu. İməclikdə müəllimlər həvəslə iştiak etdilər. 
         Yaxın zamanda qəsəbənin bütünlüklə yaşıllıqlara bürünəcəyinə  heç kimdə şübhə yoxdur.
                                                                                   Qalib Bəyməmmədoğlu
                                                                                   Bölgə muxbiri












Paylaşın:

BU DÜNYADAN VAXTSIZ KÖÇDÜ

        Məmmədov Sakit Tofiq oğlu 1996-cı il oktyabr ayının 22-də Kəpəz rayon  Hacıkənd
qəsəbəsində anadan olmuşdur. Uşaq vaxtından Azərbaycanın milli musiqisi olan muğama həvəs göstərmişdir. Valideynləri onun musiqi istedadını hiss edib Göygöl rayon Aşıq Şəmşir adına orta-ixtisas musiqi məktəbinə adını yazdırdılar.
        Musiqi məktəbində oxuyan Sakit az müddət olmasına baxmayaraq öz istedadı ilə fərqlənmiş və bir çox dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. O,  dəfələrlə diplom, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Hərbi hissələrdə əsgərlər qarşısında dəfələrlə konsertlərdə olmuşdur. Orta-ixtisas musiqi məktəbini əla qiymətlərlə bitirmişdir. 2010- cu il fevral ayından qan xəstəliyi diaqnozu ilə 2015 -ci il mart 14-ə qədər müalicə almışdır. Bu dünyadan vaxtsız köçən Sakit Tofiq oğlu uzun sürən xəstəlikdən vəfat etdi. İstedadlı, gənc Sakitin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

             KİMİ        
 Mən baharda solan yarpaq,
 Mən nəfəssiz sönən ocaq,
 Gənc yaşımda qara torpaq,
 Aldı məni fələk kimi.

Yola salın son mənzilə,
Deyə-deyə, gülə-gülə,
Ehsan verin bütün elə,  
Arzu kimi, dilək kimi.

Fələk durdu mənə qəsdə,
Sağalmayan oldum xəstə,
Su çiləyin qəbrim  üstə,
Təzə açmış çiçək kimi.

Adım Sakit dərdə duştum,
Vəfasız ömürdən küsdüm,
Məzarıma Qalib dostum,
Gül gətirsin çələng kimi                                              
                                                             Qalib Bəyməmmədoğlu
Paylaşın:

ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLMİŞDİR

           06.03.2015-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin və Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə «8 Mart Beynəlxalq Qadınlar Günü» münasibətilə ümumrayon tədbiri keçirilmişdi.
           Tədbiri Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiə Qarayeva açıq elan edərək, bütün qadınları «8 Mart Beynəlxalq Qadınlar Günü» münasibətilə təbrik etmiş, onlara hər zaman cəmiyyətimizdə özlərinə layiqli yer tutmalarını arzu etmişdir. Tədbirdə həmçinin bir sıra ictimaiyyət nümayəndələri də iştirak edərək, qadınları bu əlamətdar gün münasibətilə təbrik etmişlər.
           Tədbir Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı musiqili proqramla yekunlaşmışdır.
                                                                                           
                                                                                      «Xocalının səsi»
Paylaşın:

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi