BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

19 Mart 2015 Perşembe

NOVRUZ BAYRAMI TƏMTƏRAQLA QEYD OLUNDU

Posted at  3/19/2015  |  in  Ümumi hadisələr

Xalqımızın qədim adət və ənənələrindən biri, ən əsası Novruz bayramıdır. Xalqımızın bu qədim bayramını Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irsinə daxil edilməsi xüsusi vurğulandı.
Xocalı rayonunda Novruz şənliyi şəhər 4 №-li tam orta məktəbin həyətində təşkil edildi. Tonqal qalndı. Süvarilər at üstündə Azərbaycanın Dövlət Bayrağı əllərində tonqalın ətrafında dövrə vurdular. Təbrik üçün söz rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubova verildi. İH-nin başçısı çıxış edərək xalqımızı və rayon əhalisini bayram münasibətilə təbrik etdi və dedi:
– Novruz bayramı xalqımızın ulu keçmişimizdən bu günə qədər gəlib çıxan müqəddəs bayramlardan biridir. Bu bayram yeniliyin, təzəliyin təzahürüdür. Ölkəmizin hər yerində bu bayram Dövlət səviyyəsində təmtəraqlı şəkildə qeyd olunur.
Sovet recimi dövründə Novruz bayramını keçirmək yasaq edilmişdi. Respublikamız müstəqilliyini əldə etdikdən sonra bu bayram böyük coşqu ilə qeyd edilir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının öz ailəsi ilə birlikdə bayram tədbirlərində iştirak etməsi və çıxışı xalqımız tərəfindən rəğbətlə qarşılanmışdır. Ölkə Prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasət onu sübut edir ki, biz doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. İnanırıq ki, biz gələn bayramlarımızı dədə-babalardan bizə yadigar qalan Qarabağımızda keçirəcəyik. 
Bir daha Sizi Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza əmin-amanlıq və sülh arzulayıram.
Daha sonra Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa meydana daxil oldu. Dədə Qorqud xalqımızı bu bayram münasibətilə təbrik etdi. Keçəl və Kosanın maraqlı oyunları diqqəti cəlb etdi.
Məktəblilər və gənclər tonqal ətrafında dövrə vuraraq şən mahnılar ifa edərək rəqs etdilər. Söz musiqi məktəbinin çalğı alətləri ansamblına verildi.
Səbuhi Həsənov, Nicat Həsənli, Ruslan Mustafayev, Vüsalə Hümbətova, İsmayıl Məmmədov, Dəyanət Hüseynəliyev və Rəna xanım xalq mahnıları və muğamlarımızdan  parçalar oxudular və sürəkli alqışlarla qarşılandılar. Rəqs qrupu da öz məharətini nümayiş etdirdi. Aşıqlar qrupunun rəhbəri Məmməd Əliyev şeir parçalarını və aşıq mahnılarını məharətlə ifa etdi: Aşıqlardan Arif Məmmədov, Samir Allahverdiyev, Eltac Camalovun ifa etdikləri saz havaları ürəkləri oxşadı.
Bayram süfrələri açıldı. Hər bir kəs ləzzətli bayram aşından yeyib, şirniyyatlardan daddılar. Havanın soyuq və buludlu keçməsinə baxmayaraq iştirakçıların ürəklərində hərarət və bir istilik duyulurdu.
Aparıcı Asəf Cəfərov xalqımıza xoş arzu və diləklərini bildirərək bayram şənliyinin bitdiyini elan etdi.
İştirakçıların yekdil bir arzusu var idi: - Gələn Novruz bayramını doğma Qarabağda bayram edək.
Rayon mədəniyyət və turizm şöbəsinin rəhbərliyi və işçiləri tədbirdə yaxından və fəal iştirak etdilər. Təmtəraqlı keçirilən Novruz bayramı iştirakçıların yaddaşında xoş hisslər yaratdı.
Bayram tədbiri xoş ovqatla başa çatdı.
«Xocalının səsi»







































Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top