BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

2 Nisan 2015 Perşembe

ŞİKAYƏTİM VAR ALLAHA!...

Posted at  4/02/2015  |  in  AZE


Aylar gəldi döndü ilə ömrü-günü verdik yelə,
Əbəs düşdük dildən-dilə, şikayətim var Allaha!...

Gənclik keçdi qürbət eldə, necə bülbül meyli güldə,
Günah yoxdur ayda-ildə, şikayətim var Allaha!...

Düşündükcə boğdu qəhər, bir gördüm oldu səhər,
Yurd-yuvamızdan dərbədər, şikayətim var Allaha!...

Desəm mərdəm mənası yox, nadanların sayı lap çox,
Ürəyimə tuşlanıb ox, şikayətim var Allaha!....

Tapdaq altda ata qəbri, istəmirəm belə səbri,
Bilinməyir insan qədri,şikayətim var Allaha!...

Ən az ömür düşdü gülə, qarğa ömrü oldu şələ,
Yaxşı hər an düşdü felə, şikayətim var Allaha!...

Gözlərdən yaş gilə-gilə, tökülərək döndü selə,
Bax didərgin düşən elə, şikayətim var Allaha!...

Vardı min dərdə dəvası, xəstəyə məlhəm havası,
Satıldı Şuşa qalası, şikayətim var Allaha!...

Yetişmədi arzu dilək, başqa səmtə əsdi külək,
Haqqa qalib gəlir kələk, şikayətim var Allaha!...

Qohum qardaş aralaşdı, soyuqlaşdı, qabalaşdı,
Xırmanlarda yabalaşdı, şikayətim var Allaha!...

Bəmə düşdü barmaqlarım, əsir düşdü oymaqlarım,
İtirildi yaylaqlarım, şikayətim var Allaha!...

İlk məhəbbət izi kimi, ürəyimin közü kimi.
Dərdlilərin yüzü kimi, şikayətim var Allaha!...

Danda görünən ulduzum, dusdaqdır o ulu Kirsim,
Qırxqızım, Yaşamağa yoxdur lüzum, şikayətim var Allaha!...

Sevgim qaldı dağlarında, ömrün gənclik çağlarında,
Ölülərin, sağların da, şikayəti var Allaha!...

Qalacaq özünə axı, bu dünyanın azı-çoxu
Hər şey oldu qərib yuxu, şikayətim var Allaha!...

Məhəmmədəm, qəlbi talan, qəm-kədərdi mənə qalan,
Ümidlərim oldu yalan, şikayətim var Allaha!...

                                                             Məhəmməd Məmmədov

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top