Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ

     
        Zəmanəmizin Böyük Azərbaycanlısı Heydər Əliyev xalqımız üçün böyük bir siyasi məktəb yaratdı. Hazırda bu siyasi məktəbin yüzlərlə gənc məzunları var. Heydər Əliyev siyasətinin yetirmələrindən olan hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi bu gün mübarizə aparan və qələbə çalan ulu öndərimizin siyasətidir. Heydər Əliyev bu gündə Azərbaycan dövlətinin qarantı olaraq qalmaqdadır. Neçə-neçə qərinələr ötsə də bu siyasi proses ölkəmizin bütün dünyada tanınmasının əsasını təşkil edəcəkdir. İlham Əliyev isə bütün Azərbaycan xalqının, xüsusən də gənclərin sevimlisinə və onların alovlu ilhamına çevrilmişdir. O, Azərbacanın dünyaya açılan pəncərəsindən ürəklərə süzülən haqqın, ədalətin işığıdır.
        Dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı və yaradıcısı, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əlirza oğlu Əliyevin həyatla vidalaşması Dünya Azəpbaycanlılarının, türkdilli xalqların, tərəqqipərvər bəşəriyyətin dərin hüzn və kədəridir. Heydər Əliyevin adı tarixə xilaskar və müdrik dövlət başçısı kimi həkk olunmuşdur. O, nəinki Azərbaycanın, eləcə də türk dünyasının, bəşəriyyətin rifahı naminə tarixi xidmətlər göstərmişdir. Heydər Əliyev "Mənim üçün ən böyük ad xalqıma xidmət etməkdir" - dedi, sözünü əməli işləri ilə təsdiqlədi. "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı qurban verməyə hazram" - deyən möhtərəm Heydər Əliyev öz xalqının qəlbində əbədi heykəl ucaltdı.
        Heydər Əliyev xalqının, Vətəninin fədaisi idi. Bu müqəddəs amala xidmətdən onu heç bir təhlükə çəkindirə bilməzdi.
        Dahi Heydər Əliyev elə bir şəxsiyyət idi ki, bəşər tarixində ən çox liderlərin formalaşdığı XXI əsrdə onu liderlərin lideri kimi tanıyırdılar. Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze deyirdi ki, XX əsr liderlər əsridir. Əsrin lideri Heydər Əliyevdir.
       Ümummilli liderimiz bəşəri şəxsiyyət idi. O, millətindən, dinindən, irqindən, siyasi mənsübiyyətindən asılı olmayaraq bütün insanlara səadət gətirməyə qadir idi. Ulu öndərin ifadəsi ilə desək: "Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib, həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?"
       "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən əsas qanunumuzun yaradıcısı da ümummilli liderimiz oldu. Bütün hüquqi isahatlar, iqtisadi-sosial və mədəni islahatlar onun rəhbərliyi ilə aparıldı. Beləliklə, hüquqi, demokratik dövlət quruculuğunun bütün prinsipləri quruldu və inkişaf etdirildi.
YAP Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əsaslı rol oynayır.
       1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə YAP-ın yaradılması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yaşayır. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyllərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar oldu.
       YAP-m ümummilli liderimizdən sonrakı dövrü Prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti ilə bağlıdır.
       Minlərlə üzvü birləşdirən  Yeni  Azərbaycan Partiyası nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq aləmdə də ən nüfuzlu siyasi partiya kimi tanınır və fəaliyyət göstərir.
12 dekabr 2003-cü ildə dünyanı sarsıdan ölüm xəbəri əbədi rəhbərimizi cismən bizdən ayırsa da mənən o yenə də bizimlədir və həmişəlik olaraq ürəyimizdə, taleyimizdə, əməlimizdə, xoşbəxt gələcəyimizdə daim yaşayacaq, tükənməz hörmət, sevgi, məhəbbət, qürur hissi ilə yad ediləcəkdir. Müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyev zirvəsi əlçatmaz zirvə olaraq qalacaqdır. Dahi şəxsiyyət Heydər Əliyevin ağıl və düşüncəsi hesabına üçrəngli müqəddəs bayrağımız başımız üstündə dalğalanır, onun açdığı yolla gedərək bu bayrağı daim uca tutmaqla, uğurlu nailiyyətlər əldə etməklə ümummilli liderimizin ruhunu daim şad edəcəyik.
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dünyamiqyaslı, ümumbəşəri siyasəti Heydər Əliyev ideyalarının davamçısı kimi onun başladığı işləri sona çatdıracaqdır. Azərbaycan xalqı İlham Əliyevə inanır, güvənir və arxalanır.
       Dünya siyasətçilərinin bir çoxlarının fikri yuxarıda dediklərimizi bir daha təsdiq edir.
      ABŞ-ın energetika naziri Sanill Bodman:
      - Prezident İlham Əliyev əsl liderdir və biz onunla birgə işləməkdən məmnunuq.
                                                      Şahmar USUBOV,
Xocalı rayon İcra Hakimiyyətinin Başçısı.

Paylaşın:

YAP Xocalı rayon təşkilatı Gənclər birliyinin partiyaya könüllü üzv olmaq istəyən gənclər ilə görüşü oldu

          

      27 May 2015 - ci il tarixində YAP Xocalı rayon təşkilatı Gənclər birliyinin təşəbbüsü ilə Gəncə şəhər Kəpəz rayon qəsəbə 2-də qəsəbə sakinləri və gələcəkdə könüllü olaraq partiyaya üzv olmaq istəyən məktəblilər ilə görüş keçirildi. Görüş Bakı şəhərində baş vermiş dəhşətli yanğın nəticəsində dünyasını dəyişmiş insanların ruhunun bir dəqiqəlik yad edilmısi ilə başladı.
       Görüşdə önə sürülən əsas məsələlər qarşıdan gələn Parlament seçkilərində partiya üzvlərinin fəal olması, məktəblilərin Yeni Azərbaycan Partiyasına könüllü üzv olmaq marağının artırlması, gələcəkdə partiyaya üzv olmaq istəyən şagirdlərlərlə yaxından tanışlıq, eyni zamanda 28 May Respublika günü ilə əlaqədar idi.
       Görüş əsnasında gənc partiyaçılara söz verildi. Onların ölkəmizdə baş verən siyasi və iqtisadi yüksəlişlər haqqında fikirləri və özlərinin ümidli gələcəkləri haqqında olan düşüncələri bütün görüş iştirakçılarının alqışına səbəb oldu.
       Görüşün sonunda YAP-a üzv olmaq istəyən şagirdlərlə, partiyanın əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin büstünün önündə xatirə şəkilləri çəkdirildi. Görüş xoş ovqat ilə sona çatdı.

Paylaşın:

Xocalı rayon məktəbliləri arasında Kimya fənni üzrə olimpiyada keçirilmişdir.

          6 May 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası akademik
Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun rektoru akademik Vaqif Abbasovun  təşəbbüsü ilə məktəblilərin kimya fənninə həvəsləndirilməsi və marağının artırılması məqsədi ilə Xocalı rayon məktəbliləri arasında Kimya fənni üzrə olimpiyada keçirilmişdir. Olimpiyadada Yaloba kənd tam orta məktəbinin XI sinif şagirdi Süleymanova Şahnaz Füzuli qızı uğurlu nəticə göstərərək məktəbinin adını uca etmişdir. Birinci yerə layiq görüldüyünə görə sertifikat ilə təltif edilmiş və dərs məşğələləri aparmaq üçün instituta dəvət edilmişdir.
         Süleymanova Şahnaz illik yekun qiymətləndirmədə bütün fənlərdən əla qiymətlər almışdır. İntizamlı və çalışqan şagird olan Şahnaz sınaq imtahanlarında da yaxşı nəticələr göstərir. Biz də Şahnaza daim təhsildə uğurlar və ali məktəbə qəbul olmasını arzu edirik.
                                                                                         
                                                                                                                                                                                      Qalib Bəyməmmədoğlu
                                                                                            Bölgə muxbiri

Paylaşın:

ŞUŞA ŞƏHƏRİ


          Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab olunur. Qarabağ tarixçilərinin verdiyi məlumata görə 1750-ci ildən Şuşakənddən bir qədər aralı, hündür sıldırım dağ üstündə qalanın inşasına başlanıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Pənahəli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qalanı şəhərə çevirmişdir. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə «Pənahabad», sonradan isə «Şuşa» adlandırılmışdır.
         Şuşa Azərbaycanın qədim şəhərlərindən biridir. Ermənilər tarixən Şuşaya qənim kəsilmiş, onu bir neçə dəfə talan-qarət edərək viran qoymuşdular. Lakin buna baxmayaraq Şuşa yenidən bərpa edilmiş, özünün tarixi görkəmini qaytarmağa müvəffəq olmuşdur.
         Birinci Qarabağ müharibəsində Şuşa Yuxarı Qarabağda azərbaycanlıların dayaq mərkəzinə çevrilmiş, qorunmuş, igid övladları ilə ad-san qazanmış, nəticədə Yuxarı dairələrin, başsız başçıların ucbatından 8 may 1992-ci ildə işğala məruz qalmışdır.
         İşğal zamanı Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli, Cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Vokal sənətinin banisi Bülbülün ev muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Firidun bəy Köçərlinin malikanəsi, şair, rəssam, alim Mir Möhsün Nəvvabın evi, ümumiyyətlə bu şəhərin şərq memarlığının xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş, əksər yaşayış evləri, iri qəbristanlıq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin türbəsi, tarixi abidə olan yaşayış binaları dağıdılıb, vacib mədəniyyət abidələri Ermənistan tərəfindən məhv edilib.
         Erməni tarixçiləri Şuşanın tarixi erməni abidəsi olmasını yalandan sübut etməyə çalışırlar və burada dırnaqarası təmir-konstruktiv işlərinə başlayıblar. Ermənilər tərəfindən Şuşada aparılan arxeoloji qazıntılar Azərbaycan mədəniyyətinin kökündən dağıdılmasına xidmət edir. Əsas məqsəd isə Azərbaycanın milli mədəni irsini Azərbaycan şəhərlərindən tamamilə yox etmək, onların yerində erməni üslubuna xas olan memarlıq üslubu yaratmaqdır.
        Şərqin konservatoriysı adlandırılan, görkəmli xadimlərin vətəni, Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
        Ermənistan tərəfi danışıqlar zamanı qeyri-konstruktiv çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışsa da, gözəl anlayır ki, nə Azərbaycanın dövlət başçısı, nə də Azərbaycan xalqı bu işğalla barışmayacaq.
        Azərbaycan Prezidenti İlham Əliyev:
– Azərbaycanın artıq güclü ordusu var. Bütün Silahlı Qüvvələr bu gün istənilən vəzifəni, ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağ və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdılar, sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən sülh yolu ilə, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz qələbə gününü yaxınlaşdırırıq və o gün gələcək Azərbaycan bayrağı Xankəndi və Şuşada dalğalanacaqdır.
        Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin söylədiyi kimi qələbə gününü səbirsizliklə gözləyir. Biz o günün gələcəyinə inanır, baş verən proseslərə nikbin əhval-ruhiyyə ilə baxırıq.
                                                                                                        Qasım QIRXQIZLI
Paylaşın:

ŞUŞA ŞƏHƏRİNİN VƏ KOSALAR KƏNDİNİN İŞĞALINDAN 23 İL KEÇDİ. Anım mərasimi keçirildi


Şuşa şəhərinin və Kosalar kəndinin işğalı ilə əlaqədar Gəncə şəhərində – yeni salınan qəsəbədə anım mərasimi keçirildi. Mərasimi giriş sözü ilə Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev açdı. Söz rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. O, çıxışı zamanı dedi:
– Şuşanın və Kosaların işğalından 23 il keçdi. Yer kürəsində müharibələr çox olub. Ermənilər bütün dövrlərdə Azərbaycan xalqına qarşı düşmənçilik hissi ilə yaşamış və etnik soyqırımlar törətmişdilər. Heç bir zaman erməni soyqırımı olmamışdır. Lakin 100 ildir ki, saxta soyqırım haqqında təbliğat aparırlar. Bütün bunlara baxmayaraq xalqımız əzm və dəyanətini qoruyub saxlaya bilmişdir.
İH-nin başçısı daha sonra dedi ki, ermənilər özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün fürsət gözləyiblər və bundan da məharətlə istifadə ediblər. Yer kürəsində baş verən bütün naqis hərəkətlərdə ermənilərin əli vardır.
Rəhmətlik Xəlil Rza Ulutürk Xocalıya gələndə deyirdi ki, ağacla, yaba ilə olsa da silahlanın. O, ermənilərin törətdiyi dəhşətli faciələrdən danışanda hamımız təəccüblənirdik. Çünki 70 ildə aparılan «qardaşlıq» təbliğatının əsas mahiyyəti bizə aydın deyildi. O, dəfələrlə təkrar etdi ki, müharibəyə ciddi şəkildə hazırlaşmalısınız.
O dövrün başıpozuq rəhbərləri səriştəsizliyi, laqeydliyi və biganəliyi özünün acı nəticələrini verdi.
Mərkəzdən kömək olmadığına görə torpaqlarımız işğala məruz qaldı. Qərbi Azərbaycandan köçüb gələnləri siyasətdən uzaq rəhbərlərimiz məcburən Yuxarı Qarabağdan çıxartdılar. O dövrdəki rəhbərlərin şəxsi mənafeləri dövlət və xalq mənafeyindən üstün tutuldu və respublikamızı sonu görünməyən faciələrə düçar etdilər. Biz gələcəyimizə nikbin əhval-ruhiyyə ilə baxırıq və inanırıq ki, yenilməz Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma dədə-baba torpaqlarımızı yağı düşməndən azad edəcəkdir.
Aqil həkim də çıxış edərək Qarabağın, Şuşanın, Kosaların tarixinə nəzər saldı. O dövrdə baş verən hadisələrin əsl mahiyyətini açıqladı, xalqımızın döyüşkən əhval-ruziyyəsini faktların dili ilə açıqladı. O, çıxışında Kosaların döyüşkən oğullarının qəhrəmanlığını qeyd etdi və Kosaların Yuxarı Qarabağı məcburən axırıncı tərk edən yaşayış məskəni olduğunu bildirdi.
Sonra söz Şuşa şəhər sakinləri Yelmar Bağırova və Ələmşah Hüseynova verildi. Çıxış edənlər Şuşanın tarixini müharibə dövründə baş verən hadisələri təhlil etdilər.
Anım mərasimi böyük ürək ağrısı ilə başa çatdı.
İştirakçıların yekdil fikri belə oldu:
Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində biz doğma Qarabağımıza qayıdacağıq.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini qurdu, xalqımızı bir çox bəlalardan xilas etdi. Dahi rəhbərin ideyaları respublikamızda uğurla davam etdirilir.
                                                                                                «Xocalının səsi»
Paylaşın:

QARABAĞ ÖZ XİLASKARINI GÖZLƏYİR (İxtisarla)

           Həsrətiylə yaşayıb, hər gəcə yuxularımızda gördüyümüz, bir an belə xəyalımızdan çıxmayan, şirin xatirələri ilə yaşadığımız Kosalar kəndinin işğalından 23 il ötür. Bu gün düşmən tapdağında inləyən, həsrətdən çiçəkləri solmuş, bulaqları qurumuş Kosalar kəndi öz xilaskarını gözləyir.
          Qədim Qarabağ mahalının Qırxqız dağ silsiləsinin ətəyində qədim yaşayış məskənlərindən biri olan Kosalar kəndi dağlar qoynunda cənnəti xatırladırdı. Geniş əraziyə malik olan bu kənd Şuşa, Laçın və Xankəndi inzibati əraziləriylə həmsərhəd idi. Buz bulaqları, geniş yaylaqlı, füsunkar təbiəti, qışı qarlı, baharı güllü-çiçəkli, yayı qonaq-qaralı, payızı bol məhsullu, şərəfli tarixi keçmişə malik olan bu kəndin təməl tarixinin XVI əsrə təsadüf etməsini sübut edən tarixi faktlar, mədəniyyət abidələrimiz vardır. Dəniz səviyyəsindən 1350 metr yüksəklikdə olan bu yaşayış məskənimiz bir sovetlikdə 6 kəndi (Başkənd, Yaloba, Kosalar, Cavadlar, Canhəsən, Qaragav) özündə birləşdirirdi. Kənd əhalisi ta qədimdən təsərrüfat, maldarlıq, arıçılıq və xırda sənətkarlıqla məşğul olaraq kəndin inkişafı üçün durmadan çalışırdılar. Hələ ötən əsrin əvvəlindən, yəni 1904-1905, 1914-1915 -ci və l918-ci illərdə Qarabağın bütün bölgələrində olduğu kimi bu kəndə də bədnam ermənilər dəfələrlə hücum etmişdilər. Çar Rusiyası tərəfindən XVIII əsrdə Qarabağda müvəqqəti məskunlaşdırılmış nankor ermənilərin belə hücumlarının qarşısını (XX əsrin əvvəllərində) Kosaların əfsanəvi qəhrəmanları Qaçaq Mahmud, AvdıI Hüseyin, Ağəli, Rza, Pənah, Məmmədbağır, Mirzalı, Qasım, Həbib, Tağı, Məşədi Cavad kimi igid oğullarımız layigincə alıblar. Onların hər birinin göstərdiyi şücaətlər haqqında böyük bir dastan yazmaq mümkündür.
         Elə ona görə də həmişə onların hər biri əfsanəvi qəhrəman kimi yadda qalır. Bu qəhrəmanların qanları bahasına qoruyub saxladıqları və biz nəsillərə miras qoyduları Kosalar kəndini qoruyub saxlaya bilmədik. Çox heyif! Bütün Qarabağ və işğal olunmuş ətraf rayonlar kimi Kosalar kəndi də xəyanət nəticəsində alovlandı. Bu xəyanət o dövrdə respublika hakimiyyətinin xalqa qarşı xəyanəti idi.          1992-ci il may ayının 9- da işğal olunmuş Kosalar kəndinin statiskasında 383 ailə təsərrüfatı,1380 nəfər əhalisi var idi.
         Cənab Prezdentimiz İlham Əliyevin sərəncamı ilə məcburi köçkün və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün salınan yeni tipli qəsəbələrdən biri də Gəncə şəhəri ətrafında inşa edilmişdir.15 dekabr 2014 -cü il tarixində 600 ailə üçün salınmış qəsəbədə Kosalar kənd əhalisi məskunlaşdırılaraq fərdi evlərlə təmin edilmişdilər. Hal-hazırda yeni qəsəbədə Kosalar kəndinin 3 tam orta məktəbi, həkim ambulatoriyası, mədəniyyət evi, kitabxana və klubları, tarix-diyarşünaslıq muzeyi və icra nümayəndəliyi tam şəraitlə təmin edilmiş inzibati binalarda fəaliyyət göstərir.
          Sabahını Qarabağsız, Kosalarsız təsəvvür edə bilməyən əhali bütün çətinliklərə sinə gərərək vətən torpağına qayıtmaq ümid ilə yaşayır. Əminik ki, bu arzular gerçəkləşəcək, xarabaya dönmüş vətən torpağında yenidən quruculuq işləri davam etdiriləcək. Şübhəsiz ki, bu xalqın qeyrətli oğullarının qırılmaz əzmkarlığı nəticəsində üçrəngli bayrağımız Şuşada dalğalanacaq. 20l4-cü ilin statistikasına görə 518 ailə təsərrüfatı, l874 nəfər əhalisi olan, hər bir döyüşçüsü Milli Qəhrəman adına layiq, bu gün öz problemlərini qismən də olsa özü həll etmək qüdrətinə malik olan Kosalar əhalisinin döyüşkən qüvvəsi ilə bərabər ziyalı potensialı da gündən-günə artır. Mütəmadi olaraq tələbə adını alan gənclərimiz yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülürlər. Respublikanın müəyyən dairələrində və onun hüdudlarından kənarda Kosalar adlı bir elin adını ucaldıb, hüquqlarını qoruyan hər bir vətəndaşı ilə kənd əhalisi fəxr edir.Əziz oxucum, bu kiçik tarixi məqalədə yaddaş üçün bəzi qaranlıq səhifələri işıqlandırmaq istədim. Nə qədər nail oldumsa bilmirəm, yalnız bir həqiqət var ki,qüdrətli sərkərdəmiz Şah İsmayıl Xətainin 1524-ci ildə öz qanı bahasına yaratdığı Təbrizdən Bakıya, Bakıdan Dərbəndə, Dərbənddən İrəvana, İrəvandan Naxçıvana qədər 410 min kv. km əraziyə malik Böyük Azərbaycan dövlətinin torpaqlarının çoxu zaman-zaman “ürəyi açıq" rəhbərlərin günahı ucbatından yadelli işğalçılar tərəfindən işğal olunub.Bütöv Azarbaycan torpaqlarının hissə-hissə paylanmasında canfəşanlığı olan, sisiyanovlar, mikoyanlar və şaumyanların davamçıları bu gün də öz çirkin niyyətlərini həyata keçirmək arzusundadırlar. Yəqin ki, mənəviyyatsız ermənilərin arzuları ürəklərində qalacaq, yaxın vaxtlarda işğal altında olan Qarabağ və ətraf rayonlarla bərabər Ş.İ.Xatai ordusunun vaxtı ilə qoruduğu sərhədləri Azərbaycan əsgərləri qoruyacaq. Biz bütöv Azarbaycan uğrunda Prezdentimiz cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək işimizlə, amalımızla əlimizdən gələni əsirgəməməli və Ali Baş Komandanın əmrinə hazır olmalıyıq.
                                                          Aqil HƏKİM, «Tərəqqi» medal mükafatçisi, şair-publisist, 
                                                          Kosalar kənd HA-nın baş həkimi.
Paylaşın:

LAÇINIMIZ DA İŞĞALA MƏRUZ QALDI

     
       Laçın rayonu böyük strateji əhəmiyyətə malik olan bir ərazidə yerləşir. Yenilməz bir qala kimi ermənilərin qarşısını kəsirdi. 1905-1906, 1918-1920-ci illərdə də Laçın mənfur qonşumuz olan ermənilərin hücumları qarşısında mərdanə dayanmışdır.
       Rəhmətlik Sultan bəy kimi Xalq Qəhrəmanları ermənilərə saysız-hesabsız itkilər verərək onların Laçını işğal etməyə imkan verməmişlər.
       Bəs indi necə oldu ki, Laçın erməni vandalizminin qurbanına çevrildi? O dövrdə respublikamıza rəhbərlik edənlərin bivecliyi, siyasi savadsızlığı, satqın qüvvələrə yardımçı olmaları sayəsində Laçınımızda işğala məruz qaldı.
      Tarixi arayış: "Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Ermənistanla həmsərhəddir. Sahəsi 1835 km2-dir. Rayonda 1 şəhər, 126 kənd olub. İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu.
      Memarlıq abidələrindən Hoçaz kəndində mağara-məbəd (V əsr), Cicimli kəndində Məlikəjdər türbəsi (XIX əsr), adsız türbə (XVII-XVIII əsrlər), Zeyvə kəndində Kafir qalası (XII əsr), Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, adsız türbə (XIX əsr), Qarıqışlaq kəndində Həmzə Sultan Sarayı (1761), Həkəri çayı üzərində körpü (XVIII əsr), Ağoğlan çayı üzərində məbəd (XIX əsr), Güləbird kəndində türbə (?) vardır.
       Əhalinin orta sıxlığı 1 km2-də 22,8nəfər olub(1981)".
       Mənim uşaqlığım Laçının Arduşlu kəndində keçib. Atam İslam kişi poçtda işləyirdi. Ona həmişə kömək edər, kənd-kənd düşüb qəzetini paylayardım. Ona görə də xarabazara dönmüş kəndləri qarış-qarış gəzmişəm. Laçının işğalından sonra uşaqlıq xatirələrim də məhv olub torpağa gömüldü.
        Laçına 4 istiqamətdən yol gəlirdi. Şuşa-Laçın, Füzuli, Qubadlı-Laçın, Minkənd-Laçın, Səlvə, Piçənis, Şamkənd-Laçın. Bu yollar sehri-məhəbbət idi. Bu yollar bir çox həsrətliləri bir-birinə qovuşdurmuşdur. İndi niyə bu yollar üzümüzə bağlı qalıb?!
       Laçın 227 nəfər şəhid verib. Oqtay Güləliyev, Kamil Nəsibov, İsraiıl Şahverdiyev, Qorxmaz Eyvazov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
       Laçın rayon İH Ağcabədi rayonunun Taxta körpü adlanan ərazisində fəaliyyət göstərir. Bakı şəhərində nümayəndəliyi vardır. Dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğıdan laçınlıların da payına düşüb. Çətin şəraitdə yaşayan əhalinin əsas hissəsi yeni tikilən yaraşıqlı binalara köçürülüblər.
       Dar ağacından asılan Laçınımız, işğal olunan bütün torpaqlarımız azad edilməlidir. Bundan başqa çıxış yolumuz yoxdur.
                                                                               Qasım QIRXQIZLI.
                                                                              "Xocalının SƏSİ" qəzetinin redaktoru
   
Paylaşın:

Böyük Vətən müharibəsi iştirakçısına Belarus prezidentindən təbrik məktubu gəldi.

       

           9 May Aşağı Ağcakənd qəsəbəsində Böyük Vətən müharibəsinin iştirakçısı 91 yaşlı Xocalı rayon Kosalar kənd sakini veteran döyüşçü Ələkbərov Novruz Əvdil oğluna Böyük Vətən Müharibəsinin 70 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş yubiley medalının və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko cənablarının göndərdiyi təbrik məktubunun  təqdimetmə mərasimi keçirilmişdir. Təbrik məktubunda qələbənin ildönümü münasibəti ilə veteran döyüşçünü təbrik edən prezident Aleksandr Lukaşenko, Faşist Almaniyasına qarşı döyüşlərdə göstərdiyi igidlik və rəşadətə görə Ələkbərov Novruza  minnətdarlığını ifadə edib.
           Təqdimetmə mərasimində Xocalı rayon İcra Hakimiyyətinin Əraziidarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə İş Şöbəsinin müdiri Vaqif Ağayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov, Xocalı rayon Statistika İdarəsinin müdiri Dünyamin Əsədov, Xocalı rayon İHB-nin Kosalar kənd İ.Ə.D - si üzrə nümayəndəliyindən Vasif Bağırov iştirak etdilər.
Novruz Ələkbərov Belarusiyada 206-cı polkun atıcı diviziyasında Həzi Aslanovun ölümündə şübhəli olan Ovanes Baqramyanın dəstəsində plamyotçu olmuşdur. Belarusiyanın alman-faşist işğalından azad olunmasında iştirak etmişdir. Novruz kişi tarixin ən qanlı və uzunmüddətli mühasirələrindən biri olan Leninqradın (İndiki Sankt-Peterburq) Almaniya və Finlandiya ordusunun 872 günlük mühasirəsinin yarılmasında Georgi Jukovun diviziyasında da döyüşmüşdür. Bundan sonra o, Stalinqrad, Livov və Varşavada döyüşlərdə olur. Polşadakı ilk döyüşlərində başından və çiynindən yüngül yara almışdır. Varşavada sol ayağından ağır qəlpə yarası aldıqdan sonra Saratov hospitalına müalicəyə göndərilmişdir. 5 ay müalicə aldıqdan sonra ordu sıralarından təxris olunaraq Vətənə qayıtmışdır. Onun keçdiyi döyüş yolu igidlik və şücaətlə zəngindir. Çoxlu sayda medallarla təltif edilmişdir. Medalların bir qismini köçkünlük zamanı itirmişdir. Böyük Vətən müharibəsinin canlı şahidi və iştirakçısı olan Novruz Ələkbərovla fəxr edirik.
          Böyük Vətən müharibəsinin qanlı-xətalı, ölümlü-itimli döyüşlərindən sağ-salamat çıxan Novruz  Ələkbərov ömrünün qocalıq çağını indi doğma el-obadan didərgin düşərək yaşayır. Şübhəsiz ki, veteran döyüşçünün ən böyük arzusu Qarabağın erməni faşistlərindən azad olunacağı günü görməkdir. Novruz Ələkbərova Allahdan uzun ömür, möhkəm can sağlığı, medallarının sayının daha da çox olmağını və doğma el-obamızı yenidən görməyini arzu edirik.
                                                                                        Qalib Bəyməmmədoğlu 
                                                                                        Bölgə muxbiri
              

Paylaşın:

QARABAĞDA VURUŞAN ERMƏNİ TERRORÇU DƏSTƏLƏRİNİN SİYAHISI.

Paylaşın:

Kosalar kəndinin işğalının 23-cü ildönümü

       

            Bu gün Xocalı rayon Kosalar kəndinin işğalının 23 - cü il dönümü ilə əlaqədar olaraq Gəncə şəhər qəsəbə 2 - də tədbir keçirildi. Tədbir Mədəniyyət evində baş tutdu.
            Tədbirdə Xocalı rayon İcra Hakiməyyətinin başçısı Şahmar Usubov, aparat işçiləri, Kosalar kəndindən və Şuşa şəhərindən olan məcburi köçkünlər, idarə, müəssisə işçiləri və orta məktəb şagirdləri iştirak etdilər.
            Tədbiri giriş sözü ilə açan Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev tədbirin keçirilməsinin səbəbini açıqladı. Sonra sözü cənab Şahmar usubova verdi. Vətən yolunda şəhid düşmüş insanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Rayon başçısı bildirdi ki, ermənilərin törətdiyi faciləri unutmamaq və gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur. Bundan sonra Kosalar kənd Həkim Ambularatoriyasının baş həkimi Aqil Məmmədov öz çıxışında Kosalar kəndinin tarixini  və müharibənin xrononologiyasını tədbir iştirkaçılarına çatdırdı. Şuşa şəhər sakinləri də çıxış edərək dahilər şəhəri Şuşanın xəyanətin qurbanı olduqları söylədilər. Tədbir orta məktəb şagirdlərinin vətənpərvərllik mövzusunda səsləndirdiyi şeirlərlə davam etdi. Tədbrin sonunda cənab Şahmar Usubov Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində tezliklə Qarabağı erməni quldurlarından azad edəcəyimizdən əmin olduğunu bildirdi.
                                                                                                      Qalib Bəyməmmədoğlu
                                                                                                      Bölgə muxbiri
















Paylaşın:

UNUDULMUŞ QƏHRƏMAN - VAHİD QULİYEV

            Quliyev Vahid Nurməmməd oğlu, 1954-cü ildə Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, Mingəçevir İnşaat Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdi.  Məktəbi bitirdikdən sonra Xankəndində tikinti idarəsində iş icraçısı vəzifəsində çalışırdı. Onun bütün fəhlələri ermənilər idi. Öz peşəsini yaxşı bildiyi üçün, ermənilər ona bir söz deyə bilməzdi. 1988-ci il hadisələri başlananda evini məcburən tərk edir.  Şuşa şəhərində müvəqqəti məskunlaşan Vahid, Şuşa “Tikinti quraşdırma idarəsi”ndə baş mühəndis işləyir. Bundan sonra, həyatını Şuşanın müdafiəsinə bağladı. Ələ keçirdikləri topla Şuşadakı tar sexinin yanından, Xankəndinə yüzlərlə  top mərmisi atmışdır. Bir dəfə də binoklla baxarkən, görür ki, ermənilər Kərkicahan kəndinin üstündəki meşədə çadır qurublar. Topu tuşlayıb elə sərrast atəş açır ki, çadırla birlikdə erməni kafirləri havaya uçurlar.  O vaxt Müdafiə Naziri işləyən Rəhim Qaziyev və Şuşanın katibi Mikayıl Gözəlov idi. Gözəlov Vahidi tanıyır, onunla fəxr edirdi.
         Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə öz kəndimizə gəlir. O,səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı.  İnsafən demək lazımdır ki, o vaxt Sürət Hüseynov bütün qüvvəsini, vəsaitini müdafiə yoluna qoymuşdur. O, Gəncədən general Şerbakla əlaqəyə girib, 1 ədəd “T 55” tank alır. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara  gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür.
       1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.
        Vahid Bakıya gedərək, Müdafiə Nazirliyində, Etibar Məmmədovun yanında olmuş, ancaq qrad qurğusu üçün lazım olan hissələri ala bilməmişdi.
        Vahid: “May ayının 9-da tamam taqətdən düşmüşdüm. Kənddə qalan maşınları məhv etmək üçün, tankı yol aşırımına gətirdim. Uşaqlardan bir kibrit aldım, yanacağı açıb tankı yandırdım. Biz Şırlana çatana qədər, iki maşın və tank yandı. O tankı yandıranda zülüm-zülüm ağladım. Tank bizim xilaskarımız və yaxın dostumuz idi. Çəkdiyimiz ağır məşəqqətlərin belə faciəli sonluqla bitməsi ürəyimə xal salmışdır”.
        Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.

Paylaşın:

İLHAM ƏLİYEV MOSKVADA QƏLƏBƏNİN 70 İLLİYİ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN BAYRAM TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİB


        Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.
       Rusiya Federasiyasına işgüzar səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.
       Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı.
       Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbiçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbiçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.
       Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.
                                                                                                       "Xocalının SƏSİ"
Paylaşın:

Gül bayramı


07.05.2015-ci il tarixdə və Xocalı rayon İcra Hakimiyyətinin və YAP Xocalı rayon təşkilatı təşkilatçılığı ilə Aşağı Ağcakənd qəsəbəsində yerləşən Heydər Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə «Gül Bayramı» keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov başda olmaqla rayonun digər idarə,təşkilat, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak etdi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, daha sonra tədbir geniş musiqi proqramı ilə davam etdirildi. 
Paylaşın:

YAP Xocalı rayon təşkilatının Kəpəz rayon Yeni qəsəbə -2 üzrə ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə voleybol yarışı keçirildi.

         YAP Xocalı rayon təşkilatının Kəpəz rayon Yeni qəsəbə -2 üzrə ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə Ümummilli liderimiz Heydər Əliyevin 92 illik yubileyi münasibəti ilə məktəblər arasında voleybol yarışı keçirildi.
          Yarışın nəticəsində Xocalı rayon Kosalar kənd tam orta  məktəbinin komandası qalib gələrək hədiyyəyə sahib oldu.



Paylaşın:

XOCALININ İŞĞALI ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN KƏNDLƏRİNİN ZƏBT OLUNMA XRONOLOGİYASI

   
30.10.91   Tuğ, Səlakətin kəndləri
12.11.91   Ahullu kəndi
19.11.91   Xocavənd kəndi
15.12.91   Cəmilli kəndi - əhalisi 600 nəfər, şəhid-15 nəfər
21.12.91   Nəbilər kəndi
23.12.91   Meşəli kəndi - əhalisi - 350 nəfər, şəhid-29 nəfər
25.12.91   Həsənabad kəndi
28.12.91   Kərkicahan qəsəbəsi - əhalisi -1800 nəfər, şəhid-33 nəfər
21.02.92  Qaybalı kəndi, Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri - əhalisi 2241 nəfər - şəhid 15 nəfər
15-17.02.92   Qaradağlı kəndi – əhalisi  1200 nəfər, şəhid - 77 nəfər


Azərbaycanın işğal olunmuş əraziləri. Keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti*

Ərazi – 4388 km2
Əhali – 189085
Ermənilər   – 145 450 (76,9%)
Azərbaycanlılar  – 40688 (21,5%)
Ruslar  – 1922 (1%)
Digərləri – 1025(0,6%)

        ___________________________
        * Rəqəmlər H.Əliyev adına fondun «Qarabağ reallıqları» seriyasmdan nəşr etdiyi «Xocalı soyqırımı». Bakı, 2006 broşürasından götürülmüşdür.

Şuşa rayonu
Ərazi – 289 km2
Əhali – 20579
Azərbaycanlılar – 19036(92,5%)
Ermənilər – 1377(6,7%)
İşğal olunma tarixi – 8 may 1992-ci il
          – 12 yanvar 1989-cu il – SSRİ Ali Soveti Rəyasət Heyəti «Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik forması haqqında» qərar verir.
           Məqsəd: Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək. Ancaq xalqımızın apardığı mübarizə nəticəsində bu qərar 1989-cu il noyabrın 12-də ləğv edildi.
           01 dekabr 1989-cu il – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.

Paylaşın:

Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi

       
         Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1918-1920-ci illərdə – qısa bir vaxt ərzində dünyanın ən böyük ölkələri Azərbaycanın müstəqilliyini tanıdılar. Buna baxmayaraq, Azərbaycanın şimal sərhədlərində qorxulu vəziyyət yaranmışdı. Rusiyadakı Sovet hökuməti Azərbaycanı müstəqil dövlət kimi tanımaq istəmirdi. Rusiya Azərbaycanın zəngin sərvətlərinin, ilk növbədə Bakı neftinin əldən çıxması ilə heç cür razılaşa bilmirdi.
        Odur ki, Bakı neftinə sahib olmaq üçün Rusiyada Azərbaycanı işğal etmək planı hazırlanırdı. Həmin plana əsasən Azərbaycanın daxilindəki rusiyapərəst qüvvələr səfərbərliyə alınmışdı. Bu qüvvələrə Ə.Qarayev başçılıq edirdi.
        Bu işdə Ermənistan da Rusiyaya kömək etdi. Ermənistan nümayəndəsi Rusiyaya bildirmişdi ki, əgər    siz Azərbaycanı tutduqdan sonra onun torpaqlarının bir hissəsini, yəni Qarabağı bizə versəniz, biz də sizə kömək edərik. Qarabağın dağlıq hissəsində ermənilər üsyan qaldırar, Azərbaycan hökuməti də məcbur olub Rusiya ilə sərhəddəki qoşunlarını üsyanı yatırmaq üçün Qarabağa göndərər. Rusiya isə bundan istifadə, edərək öz qoşunlarını Dərbənddən Azərbaycana yeridib, ölkəni asanlıqla işğal edər.
       Ermənilər belə də etdilər. 1920-ci il Novruz bayramı günü erməni quldurları Qarabağın dağlıq hissəsində üsyan qaldırdılar. Azərbaycan hökuməti məcbur oldu ki, özünün 35 min nəfərlik hərbi qüvvələrini üsyançılara qarşı göndərsin. Beləliklə, ermənilər Azərbaycan ordusu hissələrini öz üzərlərinə cəlb etmək məqsədinə nail oldular. Nəticədə Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı. «Qara donlu kafirlər» yenə öz işlərini gördülər...
      1920-cı il aprelin 27-də Rusiyanın 11-ci ordu hissələri Azərbaycan sərhədini keçdilər. Bu, müstəqil Azərbaycan dövlətinə qarşı açıq işğalçılıq yürüşü idi: bu ordunun məqsədi bütün Azərbaycanı işğal etmək idi.
       11-ci ordunun əsgər və zabitləri içərisində çoxlu erməni vardı. Onlar 11-ci ordunun tərkibinə qəsdən daxil edilmişdilər.
       11-ci ordunun Bakıya tərəf hərəkət etdiyi bir vaxtda Bakı bolşevikləri, əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycan Jümhuriyyəti parlamentinə hakimiyyəti təslim etmək tələbini verdilər.
       Parlament dinc əhali arasında qan tökməmək üçün hakimiyyəti Azərbaycan bolşeviklərinə təslim etməy qərara aldı. Bu yolla 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Jümhuriyyəti devrildi. Azərbaycanın Rusiya tərəfindən işğalı başlandı. Azərbaycan xalqının müstəqil bir dövlət halında yaşaması baş tutmadı.
         Mayın 31-də hava işıqlaşanda 11-ci ordu hissələri top atəşinin köməyilə hücuma keçdilər. Bu zaman üsyançılar da qızğın əks-hücuma keçdilər. Lakin onlar yaxşı silahlanmış və sayca çox olan işğalçıların hücumunun qarşısını ala bilmədilər. İşğalçılar şəhərə soxuldular. Şiddətli küçə vuruşmaları başlandı. Şəhərin, demək olar ki, bütün Azərbaycan məhəllələri işğalçıların top atəşi ilə uçurulmuş və dağıdılmışdı. Buna baxmayaraq, Gəncənin qəhrəman üsyançıları mübarizəni davam etdirirdilər.

Paylaşın:

GÖZƏL XOCALIDA, O GÖZƏL YERDƏ... KAMAL FƏRHADOĞLU.

         (Ağlamağa, sızlamağa daha son qoyub, yağı düşməndən artıq qisas almaq zamanıdır)
Xocalı, ey yaslı-yaralı yurdum,
Qəddini tez düzəlt, dərdə döz, dayan.        
Cəsur igidləri qoynuna topla,
Ən çətin gündə ol anlara həyan.            

Oğluna, qızına ürək-dirək ver,
Ağrıya, acıya, amandı, gəl döz.
Düşmən hiyləgərdi, arxası vardır,
Hələ ki, ən ağır zamandı, gəl döz.

Zalımlar önündə başını dik tut,
Çəkdiyin acını düşmən bilməsin.
Yaşamağa haqqı olmayan gavur,
Qəddini əyilmiş görüb gülməsin.

 Haqqın var dözməyə,  sinə gərməyə,
İgidlər yurdusan əzəl binadan.
Haqverdi, həm Tofiq, Əlif əvəzi,
Oğullar doğulur yenə anadan.

Böyüyən gənclərə baxıb fərəhlən,
Cəsur igidlərin yenə olacaq.
Yığışıb bir yerə bir yumruq olub,
Şərəfsiz düşməndən qisas alacaq.

Düşmən həm alçaq, həm ağılsızdı,
Başına gələni bilməyir hələ.
Bu ar, bu namusla  yaşamaqdansa ,
Üzünə dirənib ölməyir hələ.

Ramil Usubov tək generalın var,
Onunla fəxr edib öyünmək gərək.
Arzumdur yetişən gənclər içində,
Ramillər, Tofiqlər, Əliflər görək.

İlham Əliyev tək sərkərdəmiz var,
İndi dövran, zaman o zaman deyil,
Ordumuzun gücün,  qüdrətin görüb,
Vaxt çatıb, ey düşmən,öl yerə əyil.

İnşallah, az qalıb, zaman yetişib,
Vətən torpağında gülər üzümüz.
Gözəl Xocalıda, o gözəl yerdə,
Gəzib-dolaşarıq yenə özümüz.
                                                Kamal  Fərhadoğlu
                                                Gəncə

Paylaşın:

ERMƏNİ SOYQIRIMI OLMAMIŞDIR.



          C.de Malevil: - 1815-ci ildə (erməni) «genosid» olmamışdır.
                                                                         ***
         ABŞ alimləri Jastin Makkarti Karolin Makkartilər erməni soyqırımının böhtan olduğunu dəlillərlə göstərmişdilər. Ermənilərin məhv edilməsinə dair İstanbul hökumətinin hər hansı bir gizli planı haqqında bu günə qədər heç bir sübut aşkar edilməmişdir.
Amerika alimlərinin son qənaəti: - Şərqi Anadoluda hökumət tərəfindən təşkil olunan soyqırım olmamışdır.
         (Jastin Makkarti, Karolin Makkarti, «Turki i arməne», Baku. 1996 qod, str. 72/73).
                                                                         ***
         «Kavkazski kalendar»ın verdiyi məlumata görə indiki Ermənistanın ərazisində əhalinin yalnız 24,8 faizini ermənilər təşkil edirdi.
                                                                         ***
          Ermənilər iyun 1896-cı ildə Van qırğınında məğlub olandan sonra Qafqaza keçib azərbaycanlılara qarşı 1905-1906-cı illər qırğınlarını törətdilər.
                                                                         ***
          1914-cü ildə ermənilər Türk silahları ilə rusların tərəfinə keçib və 1 milyon 600 min türkü qırıblar.
                                                                         ***
           Daşnak hökuməti təcrүbəli generalların komandanlığı altında hərbi birləşmələr yaradıb azərbaycanlı soyqırımına göndərdilər.
           Zəngibasar, Qəmərli, Vedibasardan tutmuş Şərur və Naxçıvanın digər bölgələrindəki azərbaycanlıların qırılması general Avdronikə, Dərələyəz mahalının qırğını general Droya, Göyçə mahalının qırğını general Silikova və Zəngəzur mahalının qırğını isə Ncdeyə tapşırıldı.
Nəticədə Ermənistanın hazırkı ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini qırılmış, yaralanmış və qovulmuşdur (Z.Karkodiyan: «Sovet Ermənistanının əhalisi», 1831-1931).
Ermənilər özləri haqda demişlər:
          – Biz «hay»lar kiçik, azsaylı, zəif və çox hallarda özgələrinin hakimiyyəti altında yaşayan xalqıq.
                                                                                                         Moisey Xorenski,
                                                                                                         V əsr erməni tarixçisi.

          – Mən ermənilərin sakin olduğu bir çox yeri gəzmişəm. Daima xalis erməni olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir.
                                                                                               M.Nalbandyan.

          – Erməni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir. Urartu və başqa qonşuları assimilyasiya etmişdir.
                                                                                               M.Aqanbekyan - akademik.

– Qədim erməni tayfaları Zaqafqaziyada deyil, məhz yuxarı Fərat vadisində məskunlaşmışlar.
«Erməni xalqının tarixi»kitabından.

Paylaşın:

2015-ci ilin 1 rübü ərzində Xocalı rayonunun sosial-iqtisadi vəziyyətinə dair iqtisadi icmal

   
Rayonun yaranma tarixi – 26.XI.1991 
Ərazisi – 0,94 min, kv. km. 
Əhalisi – 28227
O, cüm azərbaycanlılar – 15298
Digər əhali – 12929
İşğal günü – 26.02.1992

           2015-ci ilin I rübü ərzində rayon Statistika idarəsi uçot vahidləri ilə mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) recimində qəbul olunmasını təmin etmişdir. Rüb ərzində tərəfimizdən 2 təhlili məruzə hazırlanmışdır.

            Kənd təsərrüfatı

       2015-ci ilin məhsulu üçün rayonda yazlıq olaraq  hələlik 12 hektarda kartof əkini, 8 hektarda yazlıq müxtəlif növ tərəvəf bitkiləri əkilmişdir. İqlim şəraiti ilə əlaqədar yazlıq bitkilərin əkini davam etdirilir.
      Bitkiçiliklə yanaşı   rayonda  heyvandarlıq   sahəsinədə   xüsusi   fikir verilmişdir. Belə ki, hesabat rübü ərzində əhalidə iri buynuzlu mal-qaranın baş sayı rübün sonuna 3841 baş, qoyun-keçinin baş sayı isə 23570 baş olmuşdur. Rübün sonuna rayonda ət istehsalı 380 sentner, süd istehsalı 6000 sentner, yumurta istehsalı isə 11 min ədəd olmuşdur.

             Demoqrafiq vəziyyət

      2015-ci ilin 1 rübü ərzində rayonumuzun əhalisi 28227 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və digər millətlər, 15298 nəfəri isə azərbaycanlılar təşkil edir. Rüb ərzində 42 uşaq doğulmuş, 12 ölüm halı qeydə alınmış, ölənlərdən 1 yaşa qədər uşaq ölümü qeydə alınmamışdır.
      Rüb ərzində rayona gələnlərin sayı 115 nəfər, gedənlərin sayı 61 nəfər olmuşdur. Rayonda başqa sahələrlə yanaşı təhsil, səhiyyə, mədəniyyət obyektlərində rayon əhalisinə xidmət göstərir. Rayonda rüb ərzində 159.7 min manatlıq təmir-tikinti işləri aparılmışdır.
                                                                                               D.Ə.ƏSƏDOV,
                                                                                               Xocalı RSİ-nin rəisi

Paylaşın:

Köçkünlər üçün 5,1 milyard pul xərclənib



         Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunub.
        Bu barədə Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.
         Baş nazirin müavini deyib ki, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
        Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.
        Bildirilib ki, Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra olunub. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib.
       Əli Həsənov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb.

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi