BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

3 Mayıs 2015 Pazar

GÖZƏL XOCALIDA, O GÖZƏL YERDƏ... KAMAL FƏRHADOĞLU.

Posted at  5/03/2015  |  in  Ümumi hadisələr

         (Ağlamağa, sızlamağa daha son qoyub, yağı düşməndən artıq qisas almaq zamanıdır)
Xocalı, ey yaslı-yaralı yurdum,
Qəddini tez düzəlt, dərdə döz, dayan.        

Cəsur igidləri qoynuna topla,
Ən çətin gündə ol anlara həyan.            

Oğluna, qızına ürək-dirək ver,
Ağrıya, acıya, amandı, gəl döz.
Düşmən hiyləgərdi, arxası vardır,
Hələ ki, ən ağır zamandı, gəl döz.

Zalımlar önündə başını dik tut,
Çəkdiyin acını düşmən bilməsin.
Yaşamağa haqqı olmayan gavur,
Qəddini əyilmiş görüb gülməsin.

 Haqqın var dözməyə,  sinə gərməyə,
İgidlər yurdusan əzəl binadan.
Haqverdi, həm Tofiq, Əlif əvəzi,
Oğullar doğulur yenə anadan.

Böyüyən gənclərə baxıb fərəhlən,
Cəsur igidlərin yenə olacaq.
Yığışıb bir yerə bir yumruq olub,
Şərəfsiz düşməndən qisas alacaq.

Düşmən həm alçaq, həm ağılsızdı,
Başına gələni bilməyir hələ.
Bu ar, bu namusla  yaşamaqdansa ,
Üzünə dirənib ölməyir hələ.

Ramil Usubov tək generalın var,
Onunla fəxr edib öyünmək gərək.
Arzumdur yetişən gənclər içində,
Ramillər, Tofiqlər, Əliflər görək.

İlham Əliyev tək sərkərdəmiz var,
İndi dövran, zaman o zaman deyil,
Ordumuzun gücün,  qüdrətin görüb,
Vaxt çatıb, ey düşmən,öl yerə əyil.

İnşallah, az qalıb, zaman yetişib,
Vətən torpağında gülər üzümüz.
Gözəl Xocalıda, o gözəl yerdə,
Gəzib-dolaşarıq yenə özümüz.
                                                Kamal  Fərhadoğlu
                                                Gəncə

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top