BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

17 Mayıs 2015 Pazar

LAÇINIMIZ DA İŞĞALA MƏRUZ QALDI

Posted at  5/17/2015  |  in  Ümumi hadisələr

     

       Laçın rayonu böyük strateji əhəmiyyətə malik olan bir ərazidə yerləşir. Yenilməz bir qala kimi ermənilərin qarşısını kəsirdi. 1905-1906, 1918-1920-ci illərdə də Laçın mənfur qonşumuz olan ermənilərin hücumları qarşısında mərdanə dayanmışdır.
       Rəhmətlik Sultan bəy kimi Xalq Qəhrəmanları ermənilərə saysız-hesabsız itkilər verərək onların Laçını işğal etməyə imkan verməmişlər.
       Bəs indi necə oldu ki, Laçın erməni vandalizminin qurbanına çevrildi? O dövrdə respublikamıza rəhbərlik edənlərin bivecliyi, siyasi savadsızlığı, satqın qüvvələrə yardımçı olmaları sayəsində Laçınımızda işğala məruz qaldı.
      Tarixi arayış: "Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Ermənistanla həmsərhəddir. Sahəsi 1835 km2-dir. Rayonda 1 şəhər, 126 kənd olub. İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu.
      Memarlıq abidələrindən Hoçaz kəndində mağara-məbəd (V əsr), Cicimli kəndində Məlikəjdər türbəsi (XIX əsr), adsız türbə (XVII-XVIII əsrlər), Zeyvə kəndində Kafir qalası (XII əsr), Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, adsız türbə (XIX əsr), Qarıqışlaq kəndində Həmzə Sultan Sarayı (1761), Həkəri çayı üzərində körpü (XVIII əsr), Ağoğlan çayı üzərində məbəd (XIX əsr), Güləbird kəndində türbə (?) vardır.
       Əhalinin orta sıxlığı 1 km2-də 22,8nəfər olub(1981)".
       Mənim uşaqlığım Laçının Arduşlu kəndində keçib. Atam İslam kişi poçtda işləyirdi. Ona həmişə kömək edər, kənd-kənd düşüb qəzetini paylayardım. Ona görə də xarabazara dönmüş kəndləri qarış-qarış gəzmişəm. Laçının işğalından sonra uşaqlıq xatirələrim də məhv olub torpağa gömüldü.
        Laçına 4 istiqamətdən yol gəlirdi. Şuşa-Laçın, Füzuli, Qubadlı-Laçın, Minkənd-Laçın, Səlvə, Piçənis, Şamkənd-Laçın. Bu yollar sehri-məhəbbət idi. Bu yollar bir çox həsrətliləri bir-birinə qovuşdurmuşdur. İndi niyə bu yollar üzümüzə bağlı qalıb?!
       Laçın 227 nəfər şəhid verib. Oqtay Güləliyev, Kamil Nəsibov, İsraiıl Şahverdiyev, Qorxmaz Eyvazov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
       Laçın rayon İH Ağcabədi rayonunun Taxta körpü adlanan ərazisində fəaliyyət göstərir. Bakı şəhərində nümayəndəliyi vardır. Dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğıdan laçınlıların da payına düşüb. Çətin şəraitdə yaşayan əhalinin əsas hissəsi yeni tikilən yaraşıqlı binalara köçürülüblər.
       Dar ağacından asılan Laçınımız, işğal olunan bütün torpaqlarımız azad edilməlidir. Bundan başqa çıxış yolumuz yoxdur.
                                                                               Qasım QIRXQIZLI.
                                                                              "Xocalının SƏSİ" qəzetinin redaktoru
   

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top