BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

24 Mayıs 2015 Pazar

ŞUŞA ŞƏHƏRİNİN VƏ KOSALAR KƏNDİNİN İŞĞALINDAN 23 İL KEÇDİ. Anım mərasimi keçirildi

Posted at  5/24/2015  |  in  Ümumi hadisələr


Şuşa şəhərinin və Kosalar kəndinin işğalı ilə əlaqədar Gəncə şəhərində – yeni salınan qəsəbədə anım mərasimi keçirildi. Mərasimi giriş sözü ilə Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev açdı. Söz rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova verildi. O, çıxışı zamanı dedi:
– Şuşanın və Kosaların işğalından 23 il keçdi. Yer kürəsində müharibələr çox olub. Ermənilər bütün dövrlərdə Azərbaycan xalqına qarşı düşmənçilik hissi ilə yaşamış və etnik soyqırımlar törətmişdilər. Heç bir zaman erməni soyqırımı olmamışdır. Lakin 100 ildir ki, saxta soyqırım haqqında təbliğat aparırlar. Bütün bunlara baxmayaraq xalqımız əzm və dəyanətini qoruyub saxlaya bilmişdir.
İH-nin başçısı daha sonra dedi ki, ermənilər özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün fürsət gözləyiblər və bundan da məharətlə istifadə ediblər. Yer kürəsində baş verən bütün naqis hərəkətlərdə ermənilərin əli vardır.
Rəhmətlik Xəlil Rza Ulutürk Xocalıya gələndə deyirdi ki, ağacla, yaba ilə olsa da silahlanın. O, ermənilərin törətdiyi dəhşətli faciələrdən danışanda hamımız təəccüblənirdik. Çünki 70 ildə aparılan «qardaşlıq» təbliğatının əsas mahiyyəti bizə aydın deyildi. O, dəfələrlə təkrar etdi ki, müharibəyə ciddi şəkildə hazırlaşmalısınız.
O dövrün başıpozuq rəhbərləri səriştəsizliyi, laqeydliyi və biganəliyi özünün acı nəticələrini verdi.
Mərkəzdən kömək olmadığına görə torpaqlarımız işğala məruz qaldı. Qərbi Azərbaycandan köçüb gələnləri siyasətdən uzaq rəhbərlərimiz məcburən Yuxarı Qarabağdan çıxartdılar. O dövrdəki rəhbərlərin şəxsi mənafeləri dövlət və xalq mənafeyindən üstün tutuldu və respublikamızı sonu görünməyən faciələrə düçar etdilər. Biz gələcəyimizə nikbin əhval-ruhiyyə ilə baxırıq və inanırıq ki, yenilməz Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma dədə-baba torpaqlarımızı yağı düşməndən azad edəcəkdir.
Aqil həkim də çıxış edərək Qarabağın, Şuşanın, Kosaların tarixinə nəzər saldı. O dövrdə baş verən hadisələrin əsl mahiyyətini açıqladı, xalqımızın döyüşkən əhval-ruziyyəsini faktların dili ilə açıqladı. O, çıxışında Kosaların döyüşkən oğullarının qəhrəmanlığını qeyd etdi və Kosaların Yuxarı Qarabağı məcburən axırıncı tərk edən yaşayış məskəni olduğunu bildirdi.
Sonra söz Şuşa şəhər sakinləri Yelmar Bağırova və Ələmşah Hüseynova verildi. Çıxış edənlər Şuşanın tarixini müharibə dövründə baş verən hadisələri təhlil etdilər.
Anım mərasimi böyük ürək ağrısı ilə başa çatdı.
İştirakçıların yekdil fikri belə oldu:
Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində biz doğma Qarabağımıza qayıdacağıq.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini qurdu, xalqımızı bir çox bəlalardan xilas etdi. Dahi rəhbərin ideyaları respublikamızda uğurla davam etdirilir.
                                                                                                «Xocalının səsi»

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top