Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Bakı 2015 İlk Avropa Oyunları təntənəli surətdə başa çatdı


       Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.
       Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular.
       Sonra idmançılar kütləvi şəkildə stadiona daxil oldular. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçdilər. Məlumat üçün bildirək ki, 17 gün davam edən yarışlarda 6 mindən çox idmançı 253 medal dəsti uğrunda mübarizə apardı. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşdı.
       Daha sonra Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamladı və tədbirin açılış nitqini söylədi. İri miqyaslı idman tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirən Mehriban Əliyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürür hissi duyduğunu dedi:
       – Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.
        Daha sonra çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi:
        Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak edib. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olunub. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq ediblər.
        Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olunub.

Paylaşın:

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 92 il ötür

       26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul edib

      Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 92 il ötür. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. 
      Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub. 
      Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. 
        Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 
        Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Paylaşın:

İYUNUN 23-Ü DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMIDIR

     
       23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
       Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir.
       Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
      Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir.
      Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
                                                                  ***
      Bu il yanvarın 1-nə olan məlumat əsasən Azərbaycanda dövlət qulluqçularının sayı 30108 nəfər olub, onlardan 28,5 faizini qadınlar təşkil edib.

Paylaşın:

2015-ci ilin ikinci rübü ərzində Xocalı rayon prokurorluğu işçiləri tərəfindən vətəndaşların yerlərdə qəbulu olacaq


1. Goranboy rayonu Meşəli qəsəbəsi                     10.04.2015 Prokuror Ş.Alməmmədov
2. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi 17.04.2015 Prokuror köməkçisi vəzifəsi üzrə             stajor L.Nəcəfova
3. Balakən və Zaqatala rayonları 15.05.2015 Prokuror Ş.Alməmmədov
4. Bakı şəhəri Binəqədi rayonu 29.05.2015 Prokuror köməkçisi vəzifəsi üzrə stajor L.Nəcəfova
5. Gəncə şəhəri Yeni Yaşayış Massivİ 12.06.2015 Prokuror Ş.Alməmmədov
6. Bakı şəhəri Səbail rayonu 26.06.2015 Prokuror köməkçisi vəzifəsi üzrə stajor L.Nəcəfova

                                                                      Xocalı rayon prokurorunun köməkçisi 
                                                                      vəzifəsi üzrə stajor: Leyla Nəcəfova

Paylaşın:

15 iyun "Milli Qurtuluş " günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

        15.06.2015-ci il tarixində Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 15 iyun "Milli Qurtuluş " günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
       Tədbir Xocalı rayon İcra hakimiyyəti Başçısının müavini Lamiə Qarayeva açıq elan edərək 1993-cü 15 iyun tarixinə kimi Azərbaycan xalqmın ictimai, siyasi və mədəni həyatında baş vermiş hadisələr və 15 iyun "Milli Qurtuluş Günü"nün Azərbaycan xalqının həyatında əhəmiyyətindən danışaraq tədbir iştirakçılarına geniş və ətraflı şəkildə məlumat verdi.
       Tədbir Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı musiqili proqramla davam etdi.

Paylaşın:

VƏTƏNİN XİLASI, XALQIN QURTULUŞU.

     
       12.06.2015-ci il tarixdə Xocal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət evində 15 iyun Milli Qurtuluş Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
       Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lamiə Qarayeva 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir. Belə ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı.
       Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
       1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
        Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Paylaşın:

Yap Xocalı rayon Təşkilatı GB açıq havada gənclərlə birlikdə tədbir keçirmişdir.

     
       10 iyun 2015-ci il tarixində Yap Xocalı rayon Təşkilatı Gənclər Birliyi açıq havada gənclərlə birlikdə tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə GB-nin sədr müavini Bəxtiyar Allahverdiyev açaraq ölkəmizdə keçiriləcək idman bayramı münaibətilə hamını təbrik etdi. l-ci Avropa Oyunlarının ölkəmiz adına necə dəyərli olduğunu diqqətə çatdırdı. Ardınca Xocalı rayon İcra Hakimiyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Vaqif Ağayev Ümummilli Liderimiz Heydər Əliyev haqqında geniş nitq söylədi. Ardınca GB-nin sədri Aynurə Abışova Milli Qurtuluş Günü haqqında gəncləri məlumatlandırdı.
       Tədbir gənclərin çıxışları ilə davam etdi.
       Sonda xatirə şəkilləri çəkdirildi.



Paylaşın:

Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.

   
          Bu gün Kəpəz rayon qəsəbə 2-də Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Milli Qurtuluş Günü münasibəti ilə musiqili-əyləncəli tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  İHB-nin İ.Ə.D üzrə nümayəndəsi Şahid Rzayev belə bir tədbirin keçirilməsinin mahiyyətini açıqladı. Sonra söz çıxış üçün ardıcıl olaraq Xocalı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünü idarəetmə orqanları ilə İş Şöbəsinin müdiri Vaqif Ağayevə, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Yaşar Salahova, Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Göyüş Həsənova verildi. Tədbir iştirakçıları Milli Qurtuluş Günü münasibəti ilə öz çıxışlarını etdilər. Çıxış edənlər Milli Qurtuluş Günü və Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti haqqında öz fikirlərini söylədilər.
       Azərbaycan müstəqillik əldə etsə də mənfur qonşumuzun bizə əsrlər boyu bəslədiyi nifrətə düçar olmuşduq. Tarixi torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Qardaş qırğınının, silahlı dəstələrin özbaşınalıqlarının, ölkə daxilində bölgələrə parçalanma meyllərinin qarşısını almaq üçün dahi bir şəxsiyyətə, öndərə böyük ehtiyac var idi. Azərbaycanı belə ağır vəziyyətdən ancaq Heydər Əlirza oğlu Əliyev xilas edə bilərdi. Azərbaycan xalqı özünün xilaskar oğlunu gözləyirdi. 1993-cü il 15 iyunda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə Azərbaycanın üstündəki qara buludlar tədricən çəkilməyə başladı. Bu səbəbdən 15 iyun tarixi Milli Qurtuluş Günü kimi Azərbaycanın tarixinə yazıldı.
         Tədbirdə Kosalar kənd mədəniyyət evinin mədəni-maarif işçilərinin musiqi nömrələri, şagirdlərin səsləndirdiyi şeirlər öz yerini aldı. Sonra Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən
"Aşihara Kaykan" karate klubunun idmançılarının ustalıqları nümayiş etdirildi.
            Tədbir xoş ovqat ilə başa çatdı.




















Paylaşın:

Regional Gender Mərkəzi ictimai birliyinin Xocalı sakinləri ilə görüşü.

       10.06.2015-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Regional Gender Mərkəzi ictimai birliyi Xocalı rayon Mədəniyyət evində Xocalı sakinləri ilə görüş keçirmişdir. Görüş zamanı məişət zorakılığının sosial kökləri araşdırılmış və əsasən bu mövzuda müzakirələr aparılmışdır.
       Tədbirdə Regional Gender Mərkəzi ictimai birliyinin sədri Şərqiyə xanım Dadaşova, Tərəqqi Sosial İnkişaf ictimai birliyinin direktoru Telman Dadaşov, təlimçi Səadət Feyziyeva, hüquqşünas Tural Buluyev və b. iştirak edərək öz fikir və düşüncələrini Xocalı rayonundan olan qadınlarla bölüşmüşlər.

Paylaşın:

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü

       01.06. 2015-ci il tarixində "Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar respublikanın digər regionlarında olduğu kimi Xocalı rayonunun tabeçiliyində olan uşaq bağçaları və körpələr evində də xüsusi səpgili tədbirlər keçirilmişdir.
      Xocalı rayonu üzrə fəaliyyət göstərən hər üç bağçada keçirilmiş tədbirlərdə Xocalı rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.
      Tədbirin sonunda Xocalı rayon İcra Hakimiyyəti tərəfindən bağçalara xüsusi hədiyyələr təqdim olunmuşdur.


Paylaşın:

Ən çox oxunan

Blog Arşivi