Hörmətli İcra Başçısı ! Hörmətli qonaqlar, hörmətli həmkarlar !
Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından keçən 24 il ərzində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də nəzərəçarpan irəliləyişlərə, inkişafa təhsili ən gərəkli sahə hesab edən ümummilli liderimiz Heydər Əliyevin apardığı və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində nail olunmuşdur.”Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini qarşıya qoyan İlham Əliyev cənablarının bütün sahələrdə olduğu kimi təhsil sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. Gələcəkdə Azərbaycanın təhsili sahəsində görüləcək işləri özündə planlı şəkildə əks etdirən “Azərbaycan Təhsilinin İnkişafı Strategiyası”nın Ölkə Başçımız tərəfindən təsdiq olunması və mərhələ ilə həyata keçirilməsi onun Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı göstərməsinin bariz təzahürüdür.2003-cü illə müqayisədə 2015-ci ildə ölkəmizin dövlət büdcəsi 15 dəfə , minimum əmək haqqı 19 dəfə, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər 11 dəfə, təhsilin maliyyələşdirilməsi və investisiya qoyuluşu 49 dəfə, təhsil işçilərinin orta aylıq əmək haqqı 9 dəfə artmışdır. 2003-cü ildən sonra təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqram və layihələrin sayı 28-dir. 2003-2015-ci illərdə ölkə üzrə 3000-ə yaxın yeni məktəb və əlavə korpuslar tikilmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş, təhsil sisteminin informasiyalaşdırılması proqramı respublikanın bütün təhsil müəssisələrində uğurla başa çatdırılmışdır. Respublikanın ümumtəhsil məktəbləri üzrə hər iyirmi şagirdə bir kompüter düşür. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 86 kompüter vardır. Bu kompüterlərdən 12-i Təhsil Nazirliyi tərəfindən Xocalı şəhər 2 saylı tam orta məktəbə verilmişdir. Hal-hazırda rayonumuzda hər 16 nəfər şagirdə 1 kompüter düşür. 2003-cü ildən etibarən respublika üzrə I-XI sinif şagirdlərinin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. 2005-ci ildən indiyə qədər respublika məktəblərinin kadrlarla təminatı proqramı uğurla icra olunmuşdur. Bu illər ərzində 15000 nəfərə yaxın gənc kadr həvəsləndirmə tədbirləri, əlavə güzəştlər tətbiq olunmaqla kadr ehtiyacı olan məktəblərdə əmək fəliyyətinə başlamışlar. Bu illər ərzində Xocalı rayonu üzrə bu kateqoriyadan olan 29 nəfər müəllim rayonumuzun təhsil müəssisələrində əmək fəaliyyətinə başlamışdır. 2004 – 2015-ci illərdə 600-dən çox bal toplayan abituriyentlərin dinamikası artımla inkişaf etmişdir. Son altı il ərzində Xocalı rayonu üzrə ali məktəblərə qəbul olanlardan 7 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır, onlardan 4 nəfəri Prezident təqaüdçüləri olmuşdur. Sevindirici haldır ki, bu ilki məzunlarımızdan 5 nəfəri ali məktəblərə 600-dən yuxarı bal toplayaraq qəbul olmuşlar.
Bütün bu göstərilən uğurlara Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsinə qoşulmasına Ölkə Başçımız İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində nail olunmuşdur. Elə bu siyasətin nəticəsidir ki, 2015-cu ildə Azərbaycan dünyada analoqu olmayan bir möhtəşəmliklə təşkil etdiyi birinci Avropa oyunlarına ev sahibliyi etdi. Bu Azərbaycanın gündən-günə artan nüfuzunun göstəricisidir.
Məcburi köçkünlük şəraitində fəaliyyətinə baxmayaraq respublika təhsilində əldə olunmuş uğurlar Xocalı təhsilinə də sirayət etmişdir.
Məlumat üçün bildiririk ki, 2014-2015-ci tədris ilinin əvvəlindən etibarən Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 ibtidai məktəb və 1 UYM Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 6 bölgədə (Bakı ş, Gəncə ş, Bərdə ş, Şəki ş, Oğuz rayonu, Goranboy rayonu) fəaliyyət göstərir. Bu təhsil müəssisələrindən doqquzu (Xocalı şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəbləri ) “Qaçqın və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramlarına uyğun olaraq inşa oluinmuş yeni müasir tipli məktəb binalarında fəaliyyət göstərirlər. Rayonun Hacıkənd qəsəbəsində fəaliyyət göstərən 3 məktəbi –Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəbləri 2015-ci ilin yanvarından Hacıkənd qəsəbəsindən Gəncə şəhəri Yeni qəsəbə-2-də inşa olunmuş 440 şagird yerlik məktəb binasına köçürülmüşdür.
2014-2015-ci tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1388 nəfər (onlardan 10 nəfəri evdə fərdi təhsilə cəlb olunmuşlar) şagirdin təlim-tərbiyəsi ilə 313 nəfər müəllim məşğul olmuşdur. Rayonun Goranboy rayonu ərazisində fəaliyyət göstərən məktəblərində təhsil alan şagird sayının çoxluğu və zəruri ehtiyac nəzərə alınaraq UYM 2015-ci ilin sentyabrından Hacıkənd qəsəbəsindən Goranboy rayonuna köçürülmüşdür. Xocalı rayon UYM-də 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur.Tədris ili ərzində 38 nəfər şagird respublikanın məktəblərinə getmiş, 71 nəfər respublika məktəblərindən rayonumuzun məktəblərinə gəlmişlər. 15 iyul 2015-ci il vəziyyətinə məktəblərimizdə 1271 nəfər şagird yuxarı sinfə keçmişdir.
Rayonda fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsində həyata keçirilən pedaqoji proses RTŞ-nin diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir.
2014-2015-ci dərs ilinin sonunda respublikanın, eləcə də rayonumuzun ümumtəhsil məktəblərinin IX siniflərində 2 fənn üzrə-ana dili və riyaziyyat fənlərindən, XI siniflərində isə 3 fənn üzrə- ana dili , riyaziyyat, xarici dili fənnlərindən mərkəzləşdirilmiş qaydada cavab kartı tətbiq edilməklə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədilə buraxılış imtahanları modelinə uyğun suallar əsasında sınaq imtahanlarının keçirilməsi bir vəzifə olaraq RTŞ əməkdaşlarına və məktəb direktorlarına tapşırılmışdır. 2014-2015-ci tədris ili ərzində RTŞ əməkdaşları, məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən mütəmadi olaraq Xocalı rayon ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanı modelinə uyğun suallar əsasında sınaq yoxlamaları keçirilmiş, sınaq yoxlamalarının nəticələri məktəb direktorları və fənn müəllimləri ilə birgə müzakirə olunmuş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir. 2014-2015-ci tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 110 nəfər şagird olmuş, dərs ili ərzində IX siniflərdən 3 nəfər şagird respublikanın təhsil müəssisələrinə, 1 nəfər peşə liseyinə getmiş, 1 nəfər vəfat etmiş 4 nəfər respublikanın təhsil müəssisələrindən IX siniflərə gəlmişdir. Dərs ilinin sonunda IX siniflər üzrə 109 nəfər buraxılış imtahanlarına buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin IX sinifləri üzrə mənimsəmə faizi bu il 66%-dir. Bu rəqəm 2014-cü ildə 67% olmuşdur.
IX siniflərin buraxılış və qəbul imtahanındakı göstəriciləri.
Yerləşdiriləcək...
2014-2015-ci tədris ilinin əvvəlində rayonun ümumtəhsil məktəblərinin XI sinifləri üzrə 118 nəfər şagird olmuş, dərs ili ərzində 1 nəfər respublikanın təhsil müəssisələrindən XI siniflərə gəlmişdir. XI siniflərdən gedən şagird olmamışdır. Dərs ilinin sonunda 119 nəfər buraxılış imtahanlarına buraxılmış və hamısı buraxılış imtahanlarında iştirak etmişdir. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə mənimsəmə faizi 55%-dir. Bu rəqəm 2014-cü ildə 80% olmuşdur. Rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirən şagirdlərin illik qiymətləri əsasında onların hamısının yekun qiyməti müvəffəq olmuşdur. Bu şagirdlərə 119 ədəd adi nümunəli attestat paylanmışdır.
XI siniflərin buraxılış imtahanlarındakı göstəriciləri:
Yerləşdiriləcək...
Məktəblərimizi bu il bitirən 119 nəfər məzundan 87 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 42 nəfəri ali məktəblərə, 7 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuş,qəbulun səviyyəsi 48% -dir. Ümumi məzunların sayına görə 35%-dir. 2014-cü ildə rayonun tam orta məktəblərini bitirən 101 məzundan 77 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 34 nəfər respubllikanın ali məktəblərinə, 9 nəfər orta ixtisas məktəblərinə qəbul olmuş, qəbulun səviyyəsi 44% olmuşdur. Ümumi məzunların sayına görə 34%-dir.
2015-ci il məzunlarından 5 nəfəri ali məktəblərə qəbul imtahanlarında 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə 1 nəfər 500-dən yuxarı, Xocalı şəhər 3 saylı tam orta məktəb üzrə 1 nəfər 500-dən yuxarı, 2 nəfər 600-dən yuxarı, Xocalı şəhər 4 saylı tam orta məktəb üzrə 1 nəfər 600-dən yuxarı, Kərkicahan qəsəbə tam orta məktəb üzrə 1 nəfər 600-dən yuxarı, Kosalar kənd tam orta məktəb üzrə 2 nəfər 500-dən yuxarı, Başkənd kənd tam orta məktəb üzrə 1 nəfər 500-dən yuxarı, Yaloba kənd tam orta məktəb üzrə 1 nəfər 600-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında rayon üzrə 635 balla Yaloba kənd tam orta məktəbin məzunu Süleymanova Şahnaz Füzuli qızı I yerdə, 631 balla Xocalı şəhər 3 saylı tam orta məktəbin məzunu Hacıyev Anar Həsən oğlu II yerdə, 609 balla Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunu Lətifli Röyal Şahid oğlu III yerdə, 608 balla Kərkicahan qəsəbə tam orta məktəbin məzunu Rəsulova Lamiyyə Famil qızı IV yerdə, 602 balla Xocalı şəhər 3 saylı tam orta məktəbin məzunu İsmayıllı Elvin İsgəndər oğlu V yerdə qərarlaşmışdır. Bu ilki qəbulda XI sinfi bitirən 1 nəfər -Xocalı şəhər 2 saylı tam orta məktəbin məzunu Quliyev Yurxan Süleyman oğlu Daxili Qoşunların Ali Hərbi Akademiyasına, VIII sinfi bitirən 1 nəfər- Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdi Hüseynov Fəxri Etibar oğlu C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşlar. Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov institut əməkdaşları ilə birgə Xocalı şəhər 1 saylı tam orta məktəbdə müəllim,valideyn və şagirdlərlə görüşmüş, rayonun bir neçə məktəbindən seçilmiş 10 nəfər şagird arasında kimya fənni üzrə olimpiada xarakterli yarış keçirmişdir. Yarış iştirakçılarına institutun diplomları və hədiyyələri təqdim olunmuşdur. Eləcə də V. Abbasov institutun elmi şurasının qərarına görə Xocalı rayonu üzrə Prezident təqaüdçülərindən başqa ən yüksək balla ali məktəbə qəbul olunmuş 3 nəfər məzuna institut tərəfindən xüsusi təqaüd ayrılacağını bildirmişdir.
XI siniflərin qəbul imtahanlarındakı göstəriciləri:
Yerləşdiriləcək...
Yerli yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti Başçısının köməkliyi ilə müvafiq təhsil şəraiti yaradılmışdır. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində Qaragav kənd tam orta məktəbin filialının fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.
Bütün dərs ilində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik fondunun və 2014-cü ildə Təhsil Nazirliyindən alınan 67 adda 8166 ədəd dərsliyin hesabına I –XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. Ötən dərs ilində I-VII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak etmişlər. I-VII siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Təhsil sahəsində yeni fənn kurikulumlarının tətbiqi təhsilin məzmununda köklü dəyişikliklər yaratmaqdadır. Yeni tədris ilində respublikanın təhsil müəssisələrində olduğu kimi rayonumuzun təhsil müəssisələrində də I-VIII siniflər üzrə dərslər yeni fənn kurikulumları əsasında tədris olunacaqdır. 2015-2016-cı dərs ilində VIII siniflərdə dərs deyəcək müəllimlərimiz 10 günlük təlim kurslarında iştirak etmişlər. Uzun illər məktəblərimizdə bədii ədəbiyyata olan ehtiyac 2005-2008-ci illərdə Ölkə Başçısı İlham Əliyev cənablarının tapşırığı nəticəsində tam ödənilmişdir. Ölkə Başçısının bu addımı müəllimlər, şagirdlər və rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmışdır. Lakin məktəblərimizdə kifayət qədər bədii ədəbiyyat olduğu halda məktəblərimizin bəzilərində kitabxana işinin təşkili heç də yaxşı vəziyyətdə deyil. Yeni tədris ilində məktəb kitabxanalarında dərsliklərin qorunması və oxu işinin təşkili diqqət mərkəzində saxlanılmalıdır.
2015-2016-cı dərs ilində Təhsil Nazirinin əmrinə uyğun olaraq Xocalı şəhər 1 saylı, 4 saylı, Yaloba , Meşəli, Kosalar və Başkənd kənd tam orta məktəblərin II ,III, IV siniflərində pilot olaraq şahmat fənni tədris olunacaqdır. 2015-ci ildə göstərilən məktəblərə Təhsil Nazirliyi tərəfindən şahmat avadanlıqları verilmişdir.15 sentyabr 2014-cü il tarixdə məktəblərimizin I sinif şagirdlərinə H.Əliyev Fondu tərəfindən verilən məktəbli çanta dəstləri və məktəbli kostyumları paylanmışdır.
Yerli büdcə vəsaiti hesabına tələbata uyğun olaraq lazımi inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları və s. alınaraq məktəblərə çatdırılmış, 2014-cü ilin yay dövründə Xocalı şəhər 4 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri görülmüş, Xocalı şəhər 5 saylı tam orta məktəbi üçün təsərrüfat anbarı tikilib istifadəyə verilmişdir
Dərs ili ərzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri bir sıra bilik və idman yarışlarında iştirak etmişlər. İdman yarışlarında iştirakda Xocalı rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər xüsusilə təqdirə layiqdir.Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəblərdən seçilmiş komanda “Şahin ”hərbi idman oyunlarının zona mərhələsində, Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Cəsurlar” yarışının zona mərhələsində iştirak etmişlər.
21 sentyabr Beynəlxalq sülh günü münasibətilə rayonun təhsil müəssisələri şagirdləri arasında “Biz sülh istəyirik” devizi altında asfalt üzərində rəsm yarışı keçirilmişdir. 21 sentyabr Beynəlxalq sülh günü münasibətilə “Sülh” aylığı çərçivəsində Xocalı rayonunun prokuroru və prokurorluğun əməkdaşları dəfələrlə müəllim və şagirdlər qarşısında maarifləndirici məruzələr etmişlər. 14 iyun 2015-ci il tarixdə “İnsan hüquqları aylığı” çərçivəsində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 məktəbin şagirdləri arasında kross yarışı keçirilmişdir. Xocalı rayon Polis şöbəsinin rəisi və əməkdaşları 2014/2015-ci tədris ilində bir neçə dəfə məktəblilər qarşısında insan hüquq və azadlıqlarının qorunması mövzusunda məruzələr etmişlər.
Rayonun təhsil müəssisələrinin hamısında 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə “Müstəqəlliyimiz əbədidir, dönməzdir” adı altında dəyirmi masalar keçirilmişdir. Dövlət Müstəqilliyi gününə həsr olunmuş rayon səviyyəli tədbirdə Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər. 09 noyabr Bayraq Günü münasibətilə rayonun Xocalı şəhər 4 saylı, 5 saylı, Meşəli, Cəmilli kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin girişindəki Bayraq Meydanında izdihamlı tədbir keçirilmiş, sonra qəsəbənin mərkəzinə qədər yürüş təşkil olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbin bir qrup şagirdinin Dənizkənarı Parkdakı Əzəmətli Bayraq Meydanına ziyarətləri təşkil olunmuşdur.
12 noyabr Konstitusiya Günü münasibətilə rayonun təhsil müəssisələrinin hamısında geniş tədbirlər keçirilmiş, konstitusiyamızın müddəalarının Ulu Öndər H.Əliyevin şah əsəri olması, onun ölkəmizin idarə olunmasında müstəsna rolu vurğulanmışdır.
12 dekabr Ümummilli Liderimizin anım günü münasibətilə məktəblərimizdə silsilə tədbirlər keçirilmişdir. Bütün siniflərdə ilk dərs saatları Ulu Öndərin həyatı və fəaliyyətinə həsr olunmuşdur. Ulu Öndərin irsinin dərindən öyrənilməsi məqsədilə XI siniflərdə təhsil alan 119 nəfər XI sinif şagirdimiz tədris ili ərzində 2 dəfə Ümummilli liderimizin həyat yoluna həsr olunmuş xüsusi dərslərdə iştirak etmişlər.Bu , şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsində müstəsna rol oynamışdır.
Təhsil müəssisələrimizin hamısında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il, Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilmişdir. Məktəblilərimiz bu münasibətlə təşkil olunmuş rayon səviyyəli tədbirlərdə də yaxından iştirak etmişlər.
20 yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların soyqırımı günü, Xocalı rayonu kəndlərinin, eləcə də digər rayonların işğalı ildönümləri münasibətilə rayonun təhsil müəssisələrində bir sıra tədbirlər- dəyirmi masalar, ədəbi- bədii kompozisiyalar, inşa, rəsm sərgiləri, şəhid ailələri, keçmiş döyüşçülərlə görüşlər təşkil olunmuşdur. Bu tədbirlərdə erməni şovinistlərinə nifrət hissi bir daha məktəblilərə aşılanmışdır. Rayonun məktəblərində olan müəllim və şagirdlərin bir hissəsi ölkə daxilində və xaricdə kütləvi informasiya vasitələrində təşkil olunan proqramlarda iştirak etmişlər.
2015-ci ilin aprel ayında məktəblilər arasında keçirilən şahmat yarışının respublika mərhələsində rayonumuzun komandası fəal iştirak etmişdir.
Ulu Öndər H.Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə inşa, rəsm müsabiqəsi, dəyirmi masalar keçirilmişdir.
Xocalı şəhər 4 saylı tam orta məktəbin VIII sinif şagirdi İbişova Şəbnəm Ceyhun qızı Ulu Öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin respublika mərhələsində II yerə layiq görülmüşdür. Müəllimlər arasında Ulu Öndərin həyatı və fəaliyyətinə həsr olunmuş şahmat yarışının rayon mərhələsi keçirilmiş, 1 nəfər müəllim respublika mərhələsində iştirak etmişdir. Eləcə də 6 nəfərdən ibarət komandamız məktəblilər arasında keçirilən respublika şahmat festivalında iştirak etmişlər.2015-ci ilin may ayında Xocalı rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Ulu Öndər H.Əliyevin ad günü münasibətilə futbol yarışı və şən startlar idman yarışı keçirilmişdir.
07 aprel 2015-ci il tarixdə 11 rayonun iştirakı ilə Samux rayonunda keçirilən intellektual bilik yarışının zona mərhələsində iştirak edən komandamız IV yerə layiq görülmüşdür.
Birinci Avropa oyunları ərəfəsində rayonumuzu təmsil edən Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəblərin vahid komandası Tovuz şəhərində keçirilən voleybol yarışlarının, Kərkicahan qəsəbə tam orta məktəbin komandası isə Şəmkir şəhərində keçirilən güləş yarışlarının zona mərhələsində fəal iştirak etmişlər. Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsində iştirak etmişdir.
Tədris ili ərzində bədii kitablarla mütaliə işinə diqqət artırılmış, nəticədə oxucu sayı əvvəlki dövrlə müqayisədə xeyli artmışdır. Xalq şairi B.Vahabzadənin yubileyi münasibətilə məktəblilər arasında şeir müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. M.Füzulinin “Su” qəsidəsinə həsr olunmuş inşa müsabiqəsinin rayon mərhələsi keçirilmiş, rayon mərhələsi qalibinin inşa yazısı respublika mərhələsinə göndərilmişdir.
15 may Beynəlxalq Ailə günü münasibətilə məktəblilər arasında “Mən və mənim ailəm-birlikdə biz gələcəyik”, “Mən öz valideynlərimlə fəxr edirəm” mövzularında inşa yazı müsabiqəsinin məktəb və rayon mərhələsi keçirilmişdir. Eləcə də “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” mövzusunda diskussiya təşkil olunmuşdur.
Tədris ili ərzində məktəblilərimiz “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının zona mərhələsində iştirak etmişlər.
Məktəblilərimiz arasında “Narkomaniya bəladır” , “Siqaretə yox deyirik” devizi altında kross yarışı təşkil etmiş, aktiv şagirdlər bukletlər hazırlayaraq sinif otaqlarından asmışlar.
Tədris ili ərzində məktəblilərimiz fənn olimpiadalarının zona və respublika turunda fəal iştirak etmişlər. Xocalı şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdləri Hüseynli Gülnar Elgiz qızı biologiya fənni üzrə, Hüseynova Əsmər Valeh qızı tarix fənni üzrə, Kosalar kənd tam orta məktəbin X sinif şagirdi Quluzadə Cavidan Adil oğlu azərbaycan tarixi fənni üzrə, Başkənd kənd tam orta məktəbin XI sinif şagirdi Hümbətova Çinarə Fəxri qızı azərbaycan dili fənni üzrə keçirilən fənn olimpiadalarının zona mərhələsində iştirak etmişlər. 47-ci Beynəlxalq kimya olimpiadasının rayon mərhələsində 10 nəfər məktəbli iştirak etmiş, onlardan 4 nəfəri-1 nəfər Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə, 1 nəfər Yaloba kənd tam orta məktəb üzrə,1 nəfər Başkənd kənd tam orta məktəb üzrə zona mərhələsində iştirak etmişdir. 1 nəfər şagirdimiz-Yaloba kənd tam orta məktəbin XI sinif şagirdi Süleymanova Şahnaz Fizuli qızı Beynəlxalq kimya olimpiadasının respublika turunda fəal iştirak etmişdir.
“Xüsusi istedada malik uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı ” haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 saylı sərəncamına uyğun olaraq RTŞ-də istedadlı uşaqların istedad bankı yaradılmış, həmin uşaqların üzə çıxarılması və istedadlarının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bütün tarixi günlər, əlamətdar bayramlar məktəblərimizdə geniş şəkildə keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq görkəmli yazıçı və şairlərin yubileyləri geniş şəkildə qeyd olunmuşdur.
30 may 2015-ci il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində rayonun 5 tam orta məktəbinin, Hacıkənd qəsəbəsində isə rayonun digər 4 tam orta məktəbinin və 1 UYM-nin şagirdləri arasında “İnsan hüquqlarını qoruyaq” devizi altında asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir.
31 may 2015-ci il tarixdə rayonun hər bir məktəbində son zəng tədbirlərindən sonra şagirdlər və valideynlərin iştirakı ilə dəyirmi masalar, toplantılar təşkil olunmuşdur. Bu tədbirlərdə Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Uşaq Hüquqları Konvensiyası, Insan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlər barədə ətraflı məlumat verilmiş, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması xüsusi vurğulanmışdır.
Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə 2015-ci ilin yay dövründə bir qrup şagirdin Masallı rayonunda yay istirahətləri təşkil olunmuşdur.
Son illərdə Ölkə Başçısının sərəncamı ilə miimum aylıq əmək haqqının və təhsil işçilərinin əmək haqlarının artırılması rayon təhsil işçiləri tərəfindən Ölkə Başçısının təhsil işçilərinə diqqət və qayğısının təzahürü kimi dəyərləndirilmişdir.
Qeyd etmək istəyirəm ki, nailiyyətlərimizlə yanaşı işimizdə nöqsan cəhətlər də var.
1. Yuxarıda qeyd etdiyimiz kimi Xocalı şəhər 1 saylı tam orta məktəbi 2011-ci ilin mart ayından yeni müasir tipli binada fəaliyyət göstərir. Yeni binada kompüter kabineti olmasına baxmayaraq məktəbə bir ştat vahidi kompüter laborantı vəzifəsinə ehtiyac vardır. Bu barədə Xocalı rayon Maliyyə şöbəsinin vasitəsilə Maliyyə Nazirliyinə müraciət olunsa da bu problem bu günə qədər həll olunmayıb.Bu problem 2015-ci ilin yanvarından yeni binaya köçürülmüş Kosalar, Başkənd, Yaloba kənd tam orta məktəblərində də yaranmışdır.
2.Məktəblərimizin hamısında bəzi fənlərin, o cümlədən fizika, kimya və biologiya fənlərinin daha yüksək səviyyədə tədrisi üçün laboratoriya otaqlarına və avadanlıqlarına böyük ehtiyac var.
3. Məktəb direktorları bəzən öz işlərini çevik mexanizmlə, müasir tələblərə uyğun şəkildə qura bilmirlər. Hər bir məktəb direktoru bu barədə ciddi düşünməli, işlərini günün tələbləri səviyyəsində qurmalı, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirməlidirlər.
4.Direktorlar səlahiyyətləri daxilində bəzən vətəndaş müraciətlərinə diqqətlə, düzgün yanaşmırlar. Vətəndaş müraciətlərinə diqqətlə yanaşılması barədə məktəb direktorlarına ciddi tapşırıqlar verilmişdir.
5. Məktəblərdə vəzifə aparan işçilər (direktor müavinləri, məktəb psixoloqları, Uşaq birliyi rəhbərləri, kitabxanaçılar) bəzi hallarda öz işlərinə məsuliyyətlə yanaşmırlar.
Yuxarıda göstərilən nöqsanların nəticəsidir ki, məktəblərdə şagirdlərin nailiyyət səviyyəsi aşağı olur. Göstərilən məsələ RTŞ-nin diqqət mərkəzində saxlanılır və çatışmazlıqların aradan qaldırılması üçün məktəblərə ciddi tapşırıqlar verilir.
Qarşıdan yeni 2015-2016-cı dərs ili gəlir. Bu dərs ilində işlər Azərbaycan Təhsilinin İnkişafı Strategiyasının tələblərinə uyğun şəkildə qurulmalıdır. Artıq biz yarım ildən çox bir vaxt ərzində Dövlət Strategiyasının tələblərindən irəli gələn islahat tədbirlərinin həyata keçirilməsi prosesində iştirak edirik. Böyük Dövlət əhəmiyyəti olan eyni zamanda milli mənafeyə xidmət göstərən islahat tədbirlərinin reallaşdırılmasında hər bir təhsil işçisinin özünə məxsus vəzifəsi vardır. Bu vəzifələrin yerinə yetirilməsi hər kəsin özünütəftiş özünü qiymətləndirmə və özünü yeniləşdirmə mərhələsindən keçir. Müasir zamanda zəruri hesab edilən təhsil innovasiyalarının dəstəklənməsi və inkişaf etdirilməsi, pedaqoji mühitin formalaşdırılması istiqamətində hər bir təhsil müəssisəsində iş aparılmalıdır. Yeni dərs ilində ümumtəhsil sistemində nizam-intizam yüksək səviyyədə təmin olunmalı, şagirdlərin uçotunda qayda-qanuna əməl olunmalıdır.
Bununla da təhsil nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırılacaq, maliyyə və inzibati resuslar vahid təhsil siyasətinə uyğun planlaşdırılacaq. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 27 may 2015-ci il tarixli əmri ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri respublikanın 6 bölgəsində fəaliyyət göstərdiyi üçün komissiya üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir. Komissiyaya 31 valideynin ərizəsi daxil olmuş, onların biliyinin yoxlanılması komissiya tərəfindən həyata keçirilmiş, müvafiq qərar qəbul olunmuşdur.
Məktəb direktorları məskunlaşdıqları yerli rayonların təhsil şöbələri ilə əlaqə yaratmalı və orada təşkil olunan bölmə iclaslarında təhsil işçilərimizin iştirakını təmin etməlidirlər. Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin Maddi-texniki Təchizat İdarəsindən məktəb sənədləri alınmışdır. Məktəblərdəki dərslik fondunun və bu il Təhsil Nazirliyindən alınmış 4429 ədəd dərsliyin hesabına I-XI sinif şagirdlərimizin hamısı 100% pulsuz dərsliklərlə təmin olunacaqdır. 2015-2016-cı dərs ilində I-VII siniflərlə bərabər VIII siniflərimizdə də dərslər yeni fənn kurikulumları əsasında tədris olunacaqdır. Yeni dərs ilində VIII siniflərdə dərs deyəcək müəllimlərimiz təlim kurslarından keçmişlər.
Xocalı rayonu üzrə 2015-2016-cı tədris ili üçün məktəblərdə olan 14 vakant yerdən 9-u imtahan verən müəllimlər tərəfindən seçilmiş, onlardan hamısı ilə əmək müqaviləsi bağlanmışdır. Əgər imtahan verən müəllimlərdən qalan yerlərə gələn olmazsa kadr ehtiyaclarını ödəmək üçün mövcuq qydalara uyğun olaraq ixtisaslı kadrlarla müvəqqəti əmək müqaviləsi bağlanılacaqdır.
I-IV sinif şagirdləri üçün Dövlət Qaçqınkomun verdiyi 336 ədəd məktəbli kostyumları məktəblərə çatdırılmış və 15 sentyabr 2015-ci il tarixdə şagirdlərə paylanacaqdır.
Yeni dərs ilinə hazırlıqla bağlı yerli büdcə vəsaiti hesabına Xocalı şəhər 1 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri görülmüşdür.
Məktəblərin tələbatına uyğun olaraq inventar, avadanlıq , qış yanacağı alınaraq məktəblərə verilmiş, qalan hissəsi isə IV rübdə alınıb veriləcəkdir.
Məktəblərimizin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş və yeni dərs ilinə hazırlıq işləri başa çatdırılmışdır.
Qarşıdan yeni 2015-2016-cı tədris ili gəlir. Bu il ümumtəhsil məktəblərimizdə fəal təlim metodlarının tətbiqi üzrə səmərəli iş sistemi yaradılmalı, bu sahədə respublikada toplanmış təcrübə öyrənilməli, fəal təlim metodları ilə fəaliyyətin hər bir müəllim tərəfindən əsas vəzifə, normativ kimi qəbul edilməsinə nail olunmalıdır.
Yeni tədris ilində görüləcək işlərin mahiyyəti dərindən açıqlanıb bütün təhsil işçilərinə və valideynlərə izah olunmalı, bu istiqamətdə praktik işlər daha da genişləndirilməlidir. Həmin məqsədlə müntəzəm və ardıcıl olaraq “Dəyirmi masa”, seminar və təcrübi konfranslar keçirilməlidir. Təhsil fəaliyyətinin ayrı-ayrı sahələrində demokratikləşdirmə prinsiplərinin tətbiqi yolu ilə keyfiyyətin yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirməli, şagirdlərin şəxsiyyətinə və bacarıqlarına üstünlük verilməlidir.
Məktəblərimizdə məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və xüsusilə kitabxanaların fəaliyyətinə və kitabxana işinin təşkilinə nəzarət gücləndirilməli və yenidən qurulmalıdır.
Təhsil Nazirinin 07.08.2007-ci il tarixli 953 saylı əmrinə uyğun olaraq 2015-2016-cı tədris ilində və sonrakı illərdə şagirdlərin dərslərə məktəbli formalarında gəlməsi işi diqqət mərkəzində saxlanılmalıdır.
İcbari təhsilin yerinə yetirilməsi, I və X siniflərə qəbulun mövcud qaydalar əsasında aparılması , şagirdlərin hərəkətinin uçotunun təşkili və ardıcıl izlənməsi vəziyyəti hər bir məktəb üzrə öyrənilməli, müzakirə və müvafiq qərarlar qəbul edilməlidir. Təhsildən yayınma və təhsildən kənarda qalma halları müəyyənləşdirilməli və zəruri tədbirlər görülməlidir.
Sağlamlıq imkanları məhdud hər bir məktəb yaşlı uşağın aşkar olunması üçün səhiyyə orqanları ilə əməkdaşlıq gücləndirilməli, onların müvafiq təhsil müəssisələrinə cəlbi sahəsində əməli işlər həyata keçirməli, belə uşaqların dəqiq uçotunun aparılması üçün çevik iş mexanizmi yaradılmalıdır.
Ümumtəhsil məktəblərində təlim keyfiyyətinin ardıcıl və sistemli öyrənilib müvafiq təkliflərin müəyyənləşdirilməsi üçün rayon üzrə fəaliyyət planı təsdiq olunmalı, hər bir məktəbdə ayrı-ayrı fənlər, xüsusilə təbiət-riyaziyyat fənləri üzrə şagirdlərin təlim nəticələri hər yarımilin sonunda təhlil edilməli, rayon üzrə ümumiləşdirilməli və yekun olaraq zəruri tədbirlər həyata keçirilməlidir. Müəllimlərin əməyi onların dərs dediyi şagirdlərin təlim göstəricilərinin səviyyəsinə görə qiymətləndirilməlidir.
Tədris ili ərzində təhsilin keyfiyyətinin monitorinqi, fənlər üzrə ayrı-ayrı məktəblər və ümumrayon göstəriciləri təhlil olunmalıdır.
Şagirdlərin fənn olimpiadalarına hazırlığı üzrə işlər yenidən qurulmalı, əlaçı şagirdlərin uçotu aparılmalı, həvəsləndirmə prinsipləri düzgün qurulmalı, bununla əlaqədar rayon Təhsil şöbəsində xüsusi proqram hazırlanıb təsdiq edilməlidir.
Qabaqcıl məktəblərin, məktəb rəhbərlərinin, müəllim və tərbiyəçilərinin iş təcrübəsi öyrənilib ümumiləşdirilməli və yayılması istiqamətində fəaliyyət genişləndirilməlidir. Məktəb direktorları tərəfindən 2016-2017-ci tədris ili üçün kadr ehtiyacı barədə 2015-ci il sentyabr ayının sonunadək Xocalı rayon Təhsil şöbəsinə rəsmi məlumat verilməlidir.
Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilməlidir. Onların Xocalı rayonunun, Qarabağın eləcə də müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi və coğrafiyasının öyrənmələri təmin edilməlidir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları, bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmalıdır. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilməlidir. Bütün bu tədbirlərin şagirdlərin hərbi vətənpərvərlik tərtbiyəsinin gücləndirilməsinə yönəldilməsinə nail olunmalıdır.
Rayon UYM-nin fəaliyyətinin yaxşılaşdırılması sahəsində konkret tədbirlər həyata keçirilməlidir.
Valideyn himayəsindən kənarda qalmış uşaqların sosial müdafiəsi, azyaşlılar arasında hüquq pozuntularının qarşısının alınması, rayonun təhsil müəssisələrinin maddi tədris bazasının möhkəmləndirilməsi, məktəb-valideyn komitələrinin işinin gücləndirilməsi, şagird özünüidarəsinin müasir tələblər baxımından təşkili ön plana çəkilməlidir.
2015-ci il sentyabrın 20-dək hər bir ümumtəhsil məktəbində “İl ” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən fəaliyyət planı hazırlanıb təsdiq olunmalıdır.
Hörmətli konfrans iştirakçıları!
Ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində son illərdə Azərbaycan təhsilində, eləcə də Xocalı təhsilində nəzərəçarpan irəliləyişlər olmuşdur. Mən Xocalı rayonunun təhsil işçiləri adından Azərbaycan Respublikasının Təhsil Nazirliyini, Xocalı rayon İcra Hakimiyyətinin Başçısını və eləcə də ictimaiyyətimizi əmin edirəm ki, rayonumuzun təhsil işçiləri bundan sonra da heç bir çətinlikdən qorxmadan gerilikləri , nöqsanları vaxtında aradan qaldıracaq, öz işlərini günün tələbləri səviyyəsində, gənc nəslin təlim-tərbiyəsi işini müstəqil
respublikamızın inkişafına uyğun şəkildə , təhsilimizin himyədarı olmuş ümummilli liderimiz H.Əliyevin ideyalarına uyğun şəkildə quracaq, yeni dərs ilində qarşıya qoyulan vəzifələr diqqətlə həyata keçiriləcəkdir.
Bu məsul və şərəfli vəzifənin yerinə yetirilməsi işində bütün məktəb rəhbərlərinə , müəllim kollektivimizə uğurlar arzulayır, hər birinizi yeni 2015-2016-cı dərs ilinin başlanması münasibətilə təbrik edirəm.
Xocalı RTŞ-nin
müdiri : Ş.S.Əliyev.