Təhsil nazirinin
25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq
işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII
sinif şagirdləri arasında baş tutub.
05.11.2015-ci il tarixində Xocalı rayon 1 saylı tam orta məktəbində Xocalı
rayon məktəblərinin VIII sinif şagirdləri arasında fizika, kimya, biologiya
fənlərindən, VII sinif şagirdləri arasında isə riyaziyyat fənnindən fənn
müsabiqəsinin I mərhələsi keçirildi. Müsabiqə iştirakçılarına 30 test sualı
cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
Fənn müsabiqəsinin I
mərhələsində birinci yeri tutan şagirdlər məktəblərini II mərhələdə də təmsil
edəcəklər.
Qalib Bəyməmmədoğlu
Bölgə muxbiri
0 şərhlər: