21.11.2015 - ci
il tarixində Xocalı şəhər 1 saylı Uşaq Musiqi Məktəbində YAP Xocalı rayon Gənclər
Birliyi və YAP Goraboy rayon Gənclər Birliyi arasında görüş keçirildi. YAP Xocalı Gənclər Birliyinin sədri
Aynurə Abışova görüşün məqsədini açdı. Qarşıda keçiriləcək bəzi tədbirlərdə YAP Goranboy rayon Gənclər Birliyi
ilə əməkdaşlıq etməyin faydalı olacağını qeyd etdi. Fransada baş vermiş terror hadislərini qınamaq
və bu ölkənin acısına şərik çıxmaq məqsədi
ilə öz profil şəkillərini Fransa bayrağı ilə bəzəyən sosial şəbəkə istifadəçilərinin
vətənpərvərlik hisslərindən
uzaqlaşdığını söylədi. Bizim xalqın
başına gətirilən terrorlar, faciələr heç zaman unudulan deyil. Sosial şəbəkə istifadəçilərinin öz milli
atributlarımızdan, milli qəhramanlarımızın şəkillərindən, Xocalı faciəsini əks etdirən, işğal
altında olan rayonlarımız haqqında məlumatlar olan şəkillərdən istifadə etməklərinin daha məqsədə uyğun olduğunu vurğuladı və belə hallarda təbliğat işinin
vacibliyini bildirdi.
Sonra YAP Xocalı Gənclər Birliyinin
idarə heyətinin üzvü Hümbətov Rüstəm çıxışında qeyd etdi ki, Fransada baş vermiş belə terror hadisələrini erməni terrorçuları
hələ 1918-ci ildən Azərbaycan xalqına törədib. Terrordan əziyyət çəkmiş bir ölkənin
vətəndaşları kimi biz də terroru lənətləyirik. Ancaq dünyanın gözü qarşısında
baş vermiş Xocalı faciəsinə, Qarakənd faciəsinə və erməni terrorçularının əli
olduğu digər terror hadisələrinə xristian ölkələri göz yumur, diqqət yetirmir. Erməni
terrorçuları hələ də cəzasız qalıbdır.
YAP Goranboy Rayon Təşkilatının təlimatçısı Cavid Müslüm Hüseynli geniş çıxışında dünyada baş verən siyası hadisələrə öz münasibətini
bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti
nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və
bununla Azərbaycanın tarixində yeni dövr başladı. O, bildirdi ki, qarşılıqlı
əməkdaşlıq etmək üçün mütamadi əlaqə saxlamaq lazımdır. Tədbirlərdə həmrəylik göstərmək üçün lazım olan köməkliyi göstərəcəklərini və bu əməkdaşlığın hər iki rayon gənclərinə faydalı olacağını bildirdi.
YAP Goranboy rayon Gənclər Birliyinin
sədri Həsən Şirinov da fikirlərini söylədi.
YAP Xocalı rayon Gənclər Birliyinin
şura üzvləri Ələkbərov Cahid və Həsənli Pərviz erməni
terrorçularının törətdiyi facilərə uşaq vaxtlarından şahidlik etdiklərini, erməni
terrorçularını insanlıqdan uzaq bir
varlıq kimi düşündüklərini qeyd etdilər.
Görüş qarşılıqlı müzakirə əsasında davam
etdi.
Hiç yorum yok:
Yorum Gönder