BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

2 Aralık 2015 Çarşamba

Xocalı rayon Mədəniyyət evində "Xankəndi" sənədli filmi nümayiş etdirildi.

Posted at  12/02/2015  |  in  Ümumi hadisələr

             02.11.2015-ci il tarixdə Xocalı rayon Mədəniyyət evində  Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xənkəndi  şəhəri haqqında tədbir keçirildi. Tədbirdə Xankəndinin qədim və indiki tarixini əks etdirən "Xankəndi" sənədli filmi nümayiş etdirildi.
            Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə rəhbərləri və 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova iştirak etdi.
            Xocalı rayon İcra Hakimiyyəti  Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiə Qarayeva  tədbiri açıq elan etdi. Tədbirin mahiyyətini açıqladı. O, bildirdi ki, XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı Stepan Şaumyanın adı qoyulan Xankəndinin 1991-ci ildə  adı yenidən bərpa edilmişdir. Xankəndi şəhəri Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir.
            Lamiə xanım çıxışını"Xankəndi" sənədli filminin nümayişi ilə sonlandırdı.


            Sənədli filmdə Xankəndi şəhəri haqqında ümumi məlumat və erməni işğalına məruz qalmasının xronoloji ardıcıllığı göstərildi.
            Sonra çıxış üçün söz millət vəkili Flora Qasımovaya verildi.  Flora Qasımova Xankəndi haqqında məlumat verdi. Nümayiş olunan "Xankəndi" sənədli filmi nümayişinə  dəfələrlə baxsa da yenə diqqətlə baxıb məlumatını artırmaq istədiyini söylədi.  Biz tariximizə, mədəniyyətimizə aid olan bütün informasiyaları artırmalıyıq. Tariximizi, keçmişimizi unutsaq  gələcək nəsilə heç nə ötürə bilmərik.  

             Millət vəkili Xankəndi şəhərinin icra strukturunun yaradılması üçün səylə çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xankəndi şəhər  İcra Hakimiyyəti yaradılarsa vətəndaşlar şikayət və təkliflərini doğru ünvana çatdıra biləcəklər. Onların müraciətlərinə vaxtında baxılacaq. Xankəndi adının batmaması üçün informasiya resurslarımızı Xankəndinə aid məlumatlarla zənginləşdirməliyik. Belə olan halda düşmənlərimiz  bizim doğma torpaqlarımızı heç bir zaman unutmayacağımızı görərlər.  
            Azərbaycan Respublikası  Milli Məclisinə V çağırış seçkilərinin qalib deputatı 1337 səs toplayan Flora Qasımova ona səs verən bütün seçicilərə öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim yeganə dərdimiz  Vətənimizdir - Qarabağdır. Bünün üçün ən sadə vətəndaşdan tutmuş, yüksək vəzifəli şəxslərə qədər hər birimiz ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləməliyik. İnşallah şanlı bayrağımızı Xankəndində və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq. 
            Millət vəkili bundan sonra da vətəndaşların problemləri ilə yaxından maraqlanacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
   Məqalədə yazı işləri davam etməkdədir...                                Qalib Bəyməmmədoğlu


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top